Pelosinin xələfi...
02.12.2022 [10:41]
Ceffrisin ədalət və hüquq prinsiplərinə sadiq qalacağına ümid etmək olarmı?
ABŞ Konqresinin Nümayəndələr Palatasına keçirilən aralıq seçkilərdən sonra Nyu-Yorkdan olan konqresmen Hakim Ceffris qanunverici orqanın yeni lideri seçilib. Qeyd edək ki, Hakim Ceffris ABŞ Konqresində belə yüksək vəzifə tutan ilk Afrika mənşəli amerikalı kimi tarixə düşüb. Seçki zamanı 52 yaşlı Ceffrisə bütün konqresmenlər tərəfindən yekdilliklə etimad göstərilib. Hakim Ceffris 2013-cü ildən Nümayəndələr Palatasında demokratların lideri olan Nensi Pelosini əvəz edəcək. Hakim Ceffrisin əsas müavini isə Nümayəndələr Palatasının üzvü, Massaçusets ştatından olan 59 yaşlı konqresmen Ketrin Klark olacaq. Klark əvvəllər Demokratlar Partiyasının fraksiyasının sədr müavini kimi Ceffrisin yanında fəaliyyət göstərib və spikerin köməkçisi vəzifəsinə qədər yüksəlib. Senatda çoxluğun lideri Çak Şumer Ceffrisin bu vəzifəyə seçilməsini ABŞ Konqresi tarixində “dönüş anı” adlandırıb.
Konqres Pelosinin göz yaşlarına inanmadı...
Konqresin nümayəndələr palatasındakı bu dəyişiklik Azərbaycan ictimaiyyətində də böyük maraq doğurur. İlk növbədə, Ceffrisin bu vəzifədə əvəz etdiyi Nensi Pelosinin qatı ermənipərəst mövqeyi bunu deməyə əsas verir. Bəlli olduğu kimi, Pelosi hələ 1990-cı illərdən konqresdə ermənipərəst mövqeyi ilə tanınmışdı. Sonradan palatanın spikeri olması ona bu məsələdə xüsusi “imtiyazlar” da qazandırdı. Hətta bu ilin sentyabrında Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi qərəzli fikirlər cəmiyyətdə böyük və haqlı etiraz doğurmuşdu. Pelosinin fikirləri regional sülhə təhdid yaratmaqla yanaşı, beynəlxalq təhlükəsizliyə də ağır zərbə idi. Eləcə də, bu fikirlər ABŞ-ın Cənubi Qafqaz siyasətinə də böyük təhdid yaradırdı. Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliyə obyektivlikdən, ədalətdən çox uzaq, ermənipərəst münasibət bildirmək, Azərbaycanın ünvanına əsasız ittihamlar səsləndirmək özünü siyasətçi adlandıran şəxs üçün qəbuledilməz hal sayıldı. Bu, açıq şəkildə anti-Azərbaycan təbliğatı aparmaq, ermənipərəst mövqe nümayiş etdirmək kimi dəyərləndirildi. Qondarma erməni soyqırımı abidəsinin önündə tökdüyü göz yaşları isə Pelosinin əsl simasını ortaya qoyurdu.
Halbuki ədalətdən danışan N. Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.
Ceffrisə olan ümidlər...
Siyasi kuluarlarda Nensi Pelosinin erməni lobbisinin bəzi nümayəndələri ilə qaranlıq işbirliklərinə dair də informasiyalar dolaşırdı. Ermənistana səfəri zamanı onun adı ermənilərlə çirkli pulların yuyulmasında hallanmışdı. Belə ki, Nensi Pelosinin İrəvana səfər xərclərinin ödənilməsi haqqında açıq mənbələrdə verilmiş informasiyalarda bildirilirdi ki, səfər hazırda separatçı qüvvələrin “əsas nümayəndəsi” sayılan rusiyalı milyarder Ruben Vardanyan tərəfindən maliyyələşdirilib. Onun bankı vasitəsilə Vaşinqtondakı lobbiçilərin hesabına 75 milyon dollar vəsait köçürülüb. Bu məbləğin 50 milyon dolları Demokratlar Partiyasına “birdəfəlik ianə” kimi nəzərdə tutulmuşdu. Yerdə qalan 25 milyon dollar isə Nensinin 72 saatlıq səfərinin təhlükəsizlik və digər xərclərinə sərf edilmişdi.
Bu mənada, yeni spikerin Azərbaycana münasibətdə daha fərqli mövqe tutacağına, ədalət, hüquq prinsiplərinə sədaqətli olacağına ümid bəsləmək mümkündür. Ceffrisin ən azından özünün sələfi kimi İrəvanda erməni soyqırımı abidəsinin önündə göz yaşları axıtmayacağına inanmaq istərdik...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

