/ / İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB
İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB
18.12.2022 [12:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olması qeyd edildi, həm Azərbaycan Prezidenti, həm də Səudiyyə Ərəbistanının Kralı və Vəliəhdinin səyləri nəticəsində əlaqələrimizin daha da möhkəmləndiyi vurğulandı.
Dövlətimizin başçısı bundan əvvəl Xalid bin Əbdüləziz Əl-Falihlə görüşünü məmnunluqla xatırlayaraq Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclasının uğurla keçəcəyinə əminliyini bildirdi. Əməkdaşlığımızın gündəliyinin daha da genişləndiyini deyən Prezident İlham Əliyev sabah keçiriləcək Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı biznes forumunun əhəmiyyətini qeyd etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı əsaslar yaratdığını dedi və biznes sahəsində əməkdaşlığın, o cümlədən investisiya və energetika sahələrində əlaqələrin genişləndirilməsi üçün hər iki tərəfin qarşılıqlı maraq göstərdiyini bildirdi, bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihəni əməkdaşlığın faydalı nümunəsi kimi qiymətləndirdi. Prezident İlham Əliyev alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün ölkəmizin böyük potensiala malik olduğunu dedi.
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığından nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza nəzərdə tutulan səfərini, orada aparılan yenidənqurma işlərinə göstərdikləri marağı və Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrinin ölkəmizə investisiya qoymaq istəklərini yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı ilə keçirilən görüşdən şərəf hissi duyduqlarını bildirən Xalid bin Əbdüləziz Əl-Falih əməkdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin verdiyi tapşırıq və tövsiyələrə görə minnətdarlığını bildirdi.
Qonaq İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud və Vəliəhdi Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını və son dövrlərdə ölkəmizin əldə etdiyi böyük uğurlar münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi.
Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycana OPEK+ çərçivəsində əməkdaşlıq və Səudiyyə Ərəbistanının bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsində verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Qonaq qeyd etdi ki, ölkəsi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi məsələsindəki haqlı mövqeyini hər zaman dəstəkləyib.
Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan böyük bərpa və yenidənqurma işlərinin Səudiyyə Ərəbistanı Krallığında hələ də böyük sevinclə izlənildiyini vurğuladı. Səudiyyə Ərəbistanının Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edən qonaq dedi: “Biz çox şadıq və ümid edirik ki, yenidənqurma və bərpa işləri vasitəsilə sizin sülh mərhələsinə keçidiniz uğurlu olacaq”. Qonaq bunun bölgəyə firavanlıq gətirəcəyinə ümidvar olduğunu bildirdi.
Xalid bin Əbdüləziz Əl-Falih ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsinin əhəmiyyətini vurğuladı.
Qonaq Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanın həyata keçirdiyi layihələrin, bu baxımdan dünən Rumıniyada imzalanan Sazişin əhəmiyyətinə toxundu.
Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmi vurğulandı, ölkəmizdə bərpaolunan enerji generasiya layihələrində Səudiyyə Ərəbistanı Krallığından olan şirkətlərin iştirakı müzakirə edildi. Qeyd edildi ki, Səudiyyə Ərəbistanı Krallığı bu istiqamətdə, həmçinin kənd təsərrüfatında və digər sahələrdə yeni layihələrə investisiya qoymaqda maraqlıdır.
Görüşdə Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondunun və Dövlət İnvestisiya Fondunun ölkəmizdəki layihələri maliyyələşdirməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkli çəkdirildi.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

