Əli Kərimlini Ermənistan KİV-lərində “qəhrəmana” çevirən status
28.12.2022 [10:20]
MÜBARİZ
Bu dəfə Əli Kərimli Ruben Vardanyanın Xankəndidə düzənlədiyi növbəti mitinqdən danışıb. Daha doğrusu, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Əli Kərimlinin bəhs olunan paylaşımı ilə son günlərdə Ermənistan mətbuatında sözügedən mitinqlə bağlı dərc olunan yazıların məzmununda heç bir fərq yoxdur. Aydın şəkildə hiss olunur ki, AXCP sədrinə və Ermənistan KİV-lərinə tezislər eyni mərkəzlərdən ötürülüb. Konkret faktlara keçək. Ermənistan mətbuatında tez-tez Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində yüz mindən çox erməni əhalisinin yaşadığı barədə xəbərlər dövriyyəyə buraxılır. O da iddia olunur ki, Xankəndidəki son mitinqə toplaşanların sayı 50 mini ötüb. Əslində isə bəhs olunan ərazilərdə erməni əhalisinin sayı bundan bir neçə dəfə azdır, mitinqə də Ermənistan KİV-ində göstərilən qədər adam yığışmayıb. Ancaq söhbət Ermənistan KİV-indən gedirsə, şişirdilmiş rəqəmlərin təqdim olunmasının məntiqi başa düşüləndir.
Məntiqi izahı olmayan isə Əli Kərimlinin R.Vardanyanın mitinqinə toplaşanların sayını ermənilərsayağı şişirtməsidir. Bəhs olunan mitinq barədə Azərbaycan mətbuatında da geniş materiallar dərc olunub. Faktlara və xüsusi metodologiya əsasında aparılmış hesablamalara əsasən Xankəndidə baş tutan mitinqə məcburi qaydada və yaxud maddi maraq müqabilində gətirilənlərin sayı 10 mini ötmür. Əli Kərimli isə R.Vardanyanın Xankəndidə düzənlədiyi şounu xoşbəxtcəsinə “izdihamlı mitinq” kimi təqdim edir. Görəsən, ermənilərin Xankəndidəki baş meydana seyrək halda toplaşmaları niyə Əli Kərimlinin gözünə “izdihamlı mitinq” kimi görünür?
AXCP liderinin daha bir səslənməsinə diqqət yetirək. Əli Kərimli həm də Amerika kəşf edibmiş kimi, Vardanyanın Rusiyanın emissarı olduğunu bildirir. AXCP liderindən çoxdan naftalin iyisi gəldiyini bilirdik. Ancaq onun belə axsadığını, gündəmdən, siyasi proseslərdən bu dərəcədə geri qaldığını təsəvvür etməzdik. R.Vardanyanın Moskvanın layihəsi kimi xüsusi gündəliklə Xankəndinə göndərildiyini Azərbaycanda hamı bilir. Əli Kərimlinin belə köhnə mövzu ilə özünə xal qazanmaq istəyi isə əbəsdir.
Əcəba, Ə.Kərimli onu erməni KİV-lərində “qəhrəmana” çevirən bu statusu niyə yazdı? Deyir, ayının min oyunu var, bir armudun başında. Əli Kərimlinin də bütün bu səslənmələrində və davranışlarında yeganə məqsədi xaricdəki anti-Azərbaycan dairələrdən daha böyük həcmlərdə qrantlar qopartmaqdır. Həmin mərkəzlərin rəğbətini qazanmaq, onlardan böyük həcmlərdə qrant almaq üçün Azərbaycan əleyhinə fəaliyyətlə bağlı daha böyük hesabatlar tələb olunur. Əli Kərimli də qrant dəlisidir. Ona pulun ucunu göstərsən, erməniyə dayı da deyər, hələ o tərəfə də keçər...
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

