Gecikmiş qərar...
30.12.2022 [10:10]
“Qızılbulaq” və “Dəmirli”də iş dayanıb
M.ABDULLAYEV
Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin sərvətlərimizi talamalarına, ekologiyamıza ziyan vurmalarına son qoyulur. Bu günlərdə “Qızılbulaq” qızıl və “Dəmirli” qızıl və mis-molibden yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti fəaliyyətini dayandırdığını açıqlayıb. Əslində, bu, gecikmiş bir qərardır.
“Base Metals” şirkətinin fəaliyyətini dayandırması barədə qərar verməsi Azərbaycan cəmiyyətinin Qarabağ iqtisadi rayonunda ermənilərin qeyri-qanuni iqtisadi fəaliyyətinə kəskin etirazını bildirməsinin nəticəsidir. Bəhs olunan yataqlar Azərbaycanın mülkiyyətidir və onlar üzərində sərəncam vermək hüququ respublikamıza məxsusdur. Yataqların istismarı ancaq Azərbaycanın müvafiq qurumlarının icazəsi əsasında həyata keçirilə bilər. İndiyədək belə bir icazə alınmasa da, qondarma “DQR”in cinayətkar rəhbərlərinin xeyir-duası ilə xarici şirkətlər təbii sərvətlərimizin talanmasını davam etdirirlər. Belə qanunsuz fəaliyyət isə iqtisadi və ekoloji fəsadlara yol açır. Müşahidələr onu deməyə əsas verir ki, “Qızılbulaq” və “Dəmirli” yataqlarının istismarı zamanı heç bir norma və tələbə əməl olunmayıb, ağaclar qırılıb, ərazi ölü zonaya çevrilib. Təbii ki, bunlar da Azərbaycan cəmiyyətində etirazlar yaradır. Azərbaycanlı ekoloqlar və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin Xankəndi-Şuşa yolunda Qarabağ iqtisadi rayonunda yerləşən yataqların ermənilər tərəfindən qanunsuz istismarı ilə bağlı dekabrın əvvəlindən etibarən dinc aksiyalar keçirlər. Artıq 19 gündür ki, davam edən aksiyalarda iştirakçıların əsas tələbləri bəhs olunan yataqlarda Azərbaycanın müvafiq qurumlarının razılığı olmadan həyata keçirilən iqtisadi fəaliyyətin dayandırılmasıdır. Aksiya iştirakçıları tələb edirlər ki, ərazilərimizdə ermənilərin sərvətlərimizi talamalarına son qoyulmalı və fəsadlar aradan qaldırılmalıdır.
Aksiyalar fonunda Ermənistan hakimiyyəti və Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərinə xüsusi gündəliklə göndərilən R.Vardanyan süni ajiotaj yaratmağa çalışırlar və iddia edirlər ki, guya azərbaycanlı ekoloqların keçirdikləri aksiyalar Xankəndidə və digər yaşayış məntəqələrində erməni əhali üçün humanitar böhran yaradıb. Əslində, Ermənistan hakimiyyəti və Xankəndidə zühr edən Vardanyan belə ajiotaj yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini ermənilərin onilliklər boyunca Azərbaycan ərazilərində həyata keçirdikləri qeyri-qanuni iqtisadi fəaliyyətdən yayındırmaq məqsədi güdürlər. Zamanında Ermənistanın sabiq prezidenti R.Köçəryan ölkəsinin qızıl ixracı ilə öyünürdü. Ermənistanın xarici bazarlara çıxartdığı tonlarla qızıl məhz işğal altındakı Azərbaycan ərazilərində qanunsuz yollarla hasil edilirdi. Ermənistan mətbuatında Azərbaycanın işğal altındakı ərazilərində qurulan qızıl biznesinə bilavasitə R.Köcəryanın nəzarət etdiyi barədə çoxsaylı araşdırma yazıları dərc olunub. R.Köçəryan və digərləri zamanında bu qanunsuz qızıl hasilatından böyük həcmlərdə gəlir əldə ediblər.
Belə görünür ki, şübhəli keçmişə malik R.Vardanyanı da Xankəndinə gətirən səbəblərdən biri məhz qızıl biznesindən əldə edəcəyi gəlirlərlə bağlı xəyalları olub. Bu şəxs şübhəli keçmişə malikdir. Verilən məlumatlara görə ofşorlarda çirkli pulların yuyulması ilə məşğul olub, ciblərini rus xalqından oğurladığı pullarla doldurub. Məlum geosiyasi hadisələr fonunda onun da adı sanksiyalar üzrə “qara siyahılara” salınıb. Bunun fərqində olan R.Vardanyan itirdiklərinin yerini Qarabağda qızıl biznesindən əldə edəcəyi qazanc hesabına dolduracağını güman edirdi. Xatırladaq ki, 44 günlük müharibədən sonra bəhs olunan yataqların istismarı dayandırılmışdı. Paralel şəkildə postmüharibə dövründə Ermənistandan xarici bazarlara qızıl ixracı da əhəmiyyətli dərəcədə azalmışdı. Vardanyanın Xankəndidə zühr etməsindən sonra isə yataqların istismarına yenidən start verilib. Diqqətçəkən faktdır ki, Ermənistan qızıl ixracını yenidən artırıb. Azərbaycanın orbitdəki peyklərindən ötürülən təsvirlər vasitəsilə “Qızılbulaq” və “Dəmirli” yataqlarının ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin tikintisinin aparıldığı müəyyənləşdirilib. Nəticədə ətraf mühitə böyük ziyan dəyib.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçirən “Base Metals” şirkəti ermənilərin “Vallex Group” şirkətlər qrupunun törəməsidir. Qurum Xankəndidəki qondarma “hökumətin” əsas “vergi” ödəyicilərindən biridir. Lixtenşteyndə qeydiyyatdan keçmiş “Base Metals” şirkəti 2002-ci ildən “Qızılbulaq” mis-qızıl və “Dəmirli” yataqlarının istismarını həyata keçirib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

