Xankəndidə nələr baş verir?
10.01.2023 [10:46]
Vardanyanın yeni siyasi oyunları nəyə hədəflənib?
“Talon kələyi” baş tutmur...
2023-cü ilin ilk ongünlüyündə Qarabağda yaşananlar yeni müzakirələrə yol açır. Belə ki, artıq bir aya yaxındır Şuşa-Laçın yolunda davam edən etiraz aksiyasını dünyaya fərqli rakursdan təqdim etməyə çalışan, hətta guya 120 min erməninin humanitar böhranla üzləşdiyi haqqında əfsanələr uyduran separatçı rejim indi də “talon oyunu”na baş vurur. Qeyd edək ki, özünü separatçıların “dövlət naziri” elan edən Ruben Vardanyan yanvarın 8-də əhaliyə müraciət edərək ərzaq kuponlarının (talonlarının) tətbiqinə hazırlıq barədə məlumat verib.
Xatırladaq ki, kart-talon sistemi ilk dəfə Birinci Dünya müharibəsi zamanı bir sıra dövlətlərdə, eyni zamanda, bizim də daxil olduğumuz Rusiya İmperiyasında tətbiq olunub. SSRİ-də son talon sistemi 1983-cü ilin iyulun 15-dən tətbiq olunmağa başlayıb. Əvvəllər olduğu kimi, budəfəki sistemin mahiyyəti də defisit malları satmaq üçün pulla yanaşı, xüsusi talonların tələb olunmasından ibarət idi. Əvvəlcə talonlar bəzi qıt olan xalq istehlakı malları üçün verilirdi, ancaq sonradan bir çox ərzaq məhsullarına (tütünə, arağa, kolbasaya, sabuna, çaya, yarmaya, duza, şəkərə, bəzi hallarda çörəyə, mayonezə, yuyucu toza və s.) tətbiq olunmağa başladı.
“Talon” oyunu baş tutmur - yayılan görüntülər aclığı təsdiqləmir
İndiki halda isə, separatçı rejim bu addımı atmaqla bir sıra “hədəf” müəyyənləşdirir. Məsələn, talon tətbiqi separatçıların “humanitar fəlakət” kampaniyasında mühüm ştrixlərdən sayıla bilər. Amma Vardanyan unudur ki, müasir dövrdə bütün informasiyalar rahat şəkildə əldə edilir, yayılır - yəni, Vardanyan bu kimi addımlarla dünyanı aldada bilməyəcək. Ona inandığını “israr edənlər” isə yenə də fakt qarşısında gülünc vəziyyətə düşəcəklər.
Axı Vardanyanın “aclıq” bəyanatları sosial şəbəkələrdə ermənilərin Qarabağdakı restoranlarda yeyib-içdiklərini əks etdirən görüntülərlə “müşayiət olunur”. Artıq vəziyyət o həddə çatıb ki, “Erməni İnqilabçı” adlı teleqram səhifəsində Qarabağdakı ermənilərə çağırışlar edilib. Həmin çağırışda deyilir: “Zəhmət olmasa, öz tanışlarınızdan xahiş edin ki, İnstaqram səhifələrində oturduqları restoranlarda yemək şəkillərini paylaşmasınlar. Bu, utancverici görünür”.
Vardanyanın rıçaqa çevirmək istədiyi “talon” variantı ilk addımdaca fiaskoya uğradı. Yəni, separatçı rejim bu kimi ucuz kampaniyalardan istifadə etməklə heç bir uğur qazana bilməz. Amma məsələyə bir az daha fərqli rakursdan yanaşdıqda bəlli olur ki, Vardanyanın talonqarışıq bütün bəyanatlarının arxasında fərqli siyasi məqsədlər dayanır...
Qarabağ boşaldılır?
Məsələn, Vardanyan bəzi imkanlı şəxsləri bu “ağır günlərdə” Qarabağı tərk etməkdə ittiham edib. “Biz bilirik ki, bir varlı ailə öz əlaqələrindən istifadə edərək tətilə çıxıb və bu, böyük səs-küyə səbəb olub”. Vardanyan ad çəkmədən qeyd edib ki, Qarabağ əhalisinin 90 faizi vəziyyəti sakitliklə qəbul edir, “lakin bir neçə yolverilməz insident” var.
O, bildirib ki, bəziləri benzini çörəyə dəyişir, halbuki benzin təcili yardım maşınlarına lazım olduğundan ümumi fonda verilməlidir. O, daha sonra mağaza sahiblərini qohum və tanışlarına mal paylamaqda ittiham edib. Vardanyan “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın “istefası” ilə bağlı da açıqlama verib. “Dünən bir sıra KİV-lər naməlum “telegram” kanalına istinad edərək, guya mənim yazımı Vitali Balasanyanın istefası ilə bağlı şərhlərlə dərc ediblər. Qərarlar... Mən Arayik Arutyunyanı müzakirə etmirəm və Vitali Balasanyanın xidmətlərinə hörmətlə yanaşıram. Nəzərinizə çatdırmaq istəyirəm ki, nə sosial şəbəkələrdəki rəsmi səhifələrimdə, nə də digər platformalarda bu mövzuda heç bir şərh verməmişəm”, - Vardanyan bildirib.
Bu kimi ziddiyyətli açıqlamalar bir sıra mətləbləri gün üzünə çıxarır:
- Vardanyanla separatçı rejimin digər üzvləri arasında kəskin anlaşılmazlıqlar var;
- Separatçı rejimin digər üzvləri Vardanyanı qəbul etmirlər - hətta onun Qarabağa “pul xərcləməyə” gəldiyini bilsələr belə;
- Nəhayət, Vardanyanın, dolayısı ilə onun arxasında gücün məqsədi Qarabağ və ya separatçılar deyil. Plan İrəvan və Paşinyandır.
Son hadisələr bir reallığı da ortaya çıxarıb - Vardanyan ilə Paşinyanın “dueli” Qərb ilə Rusiya arasında gedən savaşın görünməyən tərəfidir. Bu mənada Vardanyanın İrəvan yolunda Qarabağdan “tramplin” kimi istifadə etməyə çalışması ilk baxışdan ortaya çıxır...
Vardanyanın “arzusu” İrəvandır...
Vardanyanın regiona gəlməsinin səbəbləri bəllidir. Onu buraya göndərənlər Azərbaycanın prosesdəki üstünlüyünə kölgə salmaq, danışıqları bu yolla uzatmaq niyyətindədirlər. Amma bunu düşünənlər həm də yaxşı dərk edirlər ki, Qarabağa kimin gəlməsindən asılı olmayaraq heç nə dəyişmir. Bu mənada, Vardanyan üzərindən oynanılan oyunun miqyası da böyüyür.
Paşinyan da onun ətrafında oynanılan oyunları görür. Ard-arda Qərbə etdiyi səfərlər, KTMT-dən çıxış uğrunda “apardığı mübarizə” və ən əsası sülh prosesini yekunlaşdırmaq arzusu onun da sonunu gətirə bilər. Prosesi təhlil etdikdə bir fakt aydın görünür - Paşinyan bütün gücünü Vardanyanın fiaskosuna yönəldib. Təsadüfi deyil ki, bu iki şəxs arasında gedən qarşılıqlı mübarizə bütün çılpaqlığı ilə ortadadır. Məsələn, Vardanyan talon tətbiqi “qərarı” ilə də Ermənistanın, bu ölkənin siyasi rəhbərliyinin Qarabağdakı erməniləri unutduğunu “göstərməyə” çalışır. Paşinyan isə bütün dünyaya separatçılarla hər hansı bir əlaqəsinin olmadığını, onları tanımadığını nümayiş etdirməyə səy göstərir. Onun ard-arda atdığı addımlar, verdiyi bəyanatlar bunu deməyə əsas verir. Paşinyan özünü xilas etmək üçün bütün mümkün qabaqlayıcı tədbirləri görməyə çalışır. O anlayır ki, Qarabağdakı silahlı birləşmələrin ərazini tərk etməsinə lap az qalıb. Bu mənada, Vardanyan artıq Paşinyanın yeni “əvəzedicisi” də sayıla bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

