Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Macarıstan Prezidenti: Enerji resurslarımızı şaxələndirmək üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır

Macarıstan Prezidenti: Enerji resurslarımızı şaxələndirmək üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır

30.01.2023 [19:30]

Macarıstana rəsmi səfərinizdən şəxsən şərəf hissi duyuram. Bilirəm ki, dünən yaxşı proqramınız olub. Ümid edirəm ki, icra hakimiyyətinin rəhbəri, Baş nazirlə keçiriləcək görüşlə səfəriniz yaxşı davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstan Prezidenti Katalin Novak Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə bildirib. 

Enerji sahəsində əməkdaşlığın ölkələrimiz arasında ən mühüm məsələlərdən biri olduğunu vurğulayan Macarıstan Prezidenti deyib: “Əfsuslar olsun ki, sizdən fərqli olaraq, bizim bəxtimiz o qədər gətirməyib. Yüz ildən artıq dövr ərzində biz öz təbii enerji sərvətlərimizdən məhrum olmuşuq. Onlar artıq bizdə deyil. Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır”.

Prezident Katalin Novak qeyd edib ki, Macarıstan hazırda Rusiyanın neft və qazından asılıdır: “Biz həmin məsələni, hazırda davam edən müharibəni və gözləntiləri müzakirə etdik”.

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31