İranı qınamağa “cəsarəti” çatmayanlar...
01.02.2023 [10:44]
Baş verən terrorla bağlı səsini çıxartmayan radikal müxalifət hansı haqla “vətənpərvərlikdən” danışır?
Yanvarın 27-də Azərbaycanın irandakı səfirliyinə edilən hücum, baş verən terror aktı Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə qınanıldı, etirazlarla qarşılandı. Bütövlükdə, ictimaiyyət bu məsələdə günahkarların tez bir zamanda ortaya çıxarılması tələbi ətrafında səfərbər oldu, İranın apardığı çirkin siyasəti ifşa etdi. Hətta bir çox partiyalar, o cümlədən QHT-lər bununla bağlı bəyanatlar, müraciətlər qəbul etdilər. Beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edildi.
Amma Azərbaycana qarşı terror aktı həyata keçirən İrana qarşı ölkəmizdə fəaliyyət göstərən bəzi qüvvələrin mövqesizliyi, adekvat olmayan reaksiyası da diqqət çəkir. Bu sırada əsasən Milli Şura, AXCP xüsusi yer alır. Sosial şəbəkələrdə, hətta bəzi ermənipərəst internet kanallarında nümayiş etdirilən mövqe isə bəzi məqamlarda düşündürücüdür. Çünki radikal müxalifət İrandan başqa hər kəsi qınamaqdadır. Onların “reaksiya”sı isə başadüşülən deyil. Axı bu, hakimiyyətin məsələsi deyil, bu, Azərbaycan dövlətinin məsələsidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, İrandakı Azərbaycan səfirliyinin terrora məruz qalması nəinki ölkə daxilində, hətta beynəlxalq sferada böyük rezonansa, qınağa səbəb oldu. Çünki bu, bizim suveren ərazimizə müdaxilə idi, ağır miqyaslı, qanla, ölümlə nəticələnən bir cinayət hadisəsi idi: “Hər kəs məlum terroru şiddətlə qınadı və həmin cinayətə öz kəskin münasibətini bildirdi. Bu sırada Azərbaycanın vətəndaş cəmiyyətinin üzvləri və siyasi partiya təmsilçiləri də xüsusi aktivlik göstərdilər və İrana qarşı İranın layiq olduğu mövqeni sərgilədilər. Açıqca da bildirdilər ki, məsuliyyət İran dövlətinin və hökumətinin üzərindədir. Maraqlısı odur ki, münasibət məsələsində bəzi istisnalar da gözdən qaçmadı. Belə ki, Azərbaycanın radikal müxalifət nümayəndələri susqun qaldılar, səslərini çıxarmadılar. Konkret olaraq AXCP və ona bənzərlər! Haradadır bu saxta “vətən cəfakeşləri” görəsən? Haradadır Əli Kərimli və onun uğursuz yandaşları? Niyə ağızlarına su alıb oturublar? Bu Vətən onların da deyilmi? Şəhid olan, günahsız yerə qətlə yetirilən, terrorun qurbanı olan Orxan qardaşımız onların da mənsub olduğu ölkənin vətəndaşı deyilmi? Əslində bu susqunluq çox böyük müəmmadır. Demək ki, ortalıqda böyük suallar və mübhəmlər var. Onsuz da “Əli Kərimli və onun kimiləri həmişə bu cür hadisələr zamanı spekulyasiyalar etməyə cəhd göstərib, İran faktorundan, din faktorundan, digər faktorlardan öz xeyri üçün faydalanmağa çalışıb. Biz bunu hər zaman görmüşük və sezmişik. İndi isə həmin radikal müxalifətçilər öz sərgilədikləri mövqe ilə kim olduqlarını, nə qədər xain və xəbis, nə qədər namərd və anti-milli olduqlarını bir daha nümayiş etdirirlər. Son terrordan sonra şəxsən mənim düşündüklərim budur: “Əli Kərimli, AXCP və mövzuya səssiz qalan bütün radikal müxalifət nümayəndələri birbaşa xarici xüsusi xidmət orqanlarının casuslarıdır, onların üzərində missiya var və bu səbəbdən hətta terrora belə münasibət bildirməyə cəsarətləri çatmır”.
Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də bildirib ki, milli məsələlərdə hər kəsin bir nöqtəyə vurması vacibdir: “Milli məsələlərdə bütün narazılıqlar, umu-küsülər kənara qoyulur. Bu, dünya praktikasıdır. İran isə Azərbaycanın diplomatik nümayəndəliyinə təcavüz edib, terror aktı törədib, səfirliyimizin təhlükəsizliyini təmin edə bilməyib. Belə bir məqamda təbii ki, bütün siyasi partiyalar, bütövlükdə, ictimaiyyət İranı qınayır, dövlətimizin yanında yer alır. İranın Azərbaycana qarşı yaratdığı problemlər daima qınanır. Dövlətimiz hətta İrandan gözlənilən təhlükələri önləmək üçün addımlar atır. Hətta bununla bağlı bir sıra ölkələrlə əməkdaşlıqlar edilir. Əgər kimlərsə bu məsələdə İranın yanında dayanmaq istəyirsə, İranı haqlı çıxarmaq istəyirsə, bu artıq Azərbaycana qarşı atılan xain addım kimi qiymətləndirilməlidir. Bu, Azərbaycan dövlətçiliyinə qarşı addım atmaqdır. İndiki halda hətta sətiraltı da olsa, İranı müdafiə etmək qəbuledilməzdir. Bu cür halları şiddətlə qınayıram. Ümid edirəm ki, bu cür insanlar öz ritorikalarını tez bir zamanda dəyişəcəklər”.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

