Daha bir şans
03.02.2023 [10:12]
Tofiq Zülfüqarov: Qərbi Azərbaycan məsələsinə Avropa İttifaqı da qarışmalıdır
Günel ABBAS
Aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurların sayı günbəgün artır. Ali səviyyəli beynəlxalq təşkilatlarda qəbul edilən sənədlər dövlətimizin prinsipial mövqeyini bir daha nümayiş etdirir. Heç şübhəsiz, bu cür mütərəqqi sənədlərin beynəlxalq səviyyədə tanınması bilavasitə dövlətimizin qətiyyətli addımları ilə bağlıdır. Bu nailiyyətlərdən biri də Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin BMT sənədi kimi yayılmasıdır.
Müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
Politoloq Tofiq Zülfüqarov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, beynəlxalq təşkilatlar tərəfindən müraciətin tanınması məsələnin nə dərəcə ciddi şəkildə qoyulmasından asılıdır: “Hesab edirəm ki, indiki mərhələdə BMT-dən başqa məsələyə Avropa İttifaqı da qarışmalıdır. Bildiyimiz kimi Avropa İttifaqı Ermənistana bir missiya göndərib. Ancaq bu missiyanın vəzifələri ilə bağlı tam məlumat bizdə yoxdur. Biz bu missiyanın qarşısına hansı vəzifələr qoyulduğunu diqqətlə öyrənməliyik. Çünki ermənilər missiyanın mahiyyətini sərhəd mövzusu ilə bağlamaq və digər məsələlərə aid etməmək fikrindədir. Məlumata görə, missiyanın vəzifələrindən biri qarşılıqlı etimad prosesinə yardımçı olmaqdır. Hesab edirəm ki, vaxtilə Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış insanlar missiya qarşısında bu və ya digər məsələlər qoymalıdırlar”.
T.Zülfüqarovun sözlərinə görə, BMT ümumi məsələlərə baxan bir təşkilatdır və bu cür konkret məsələlərlə bağlı aşkar müdaxilələri yoxdur: “Buna baxmayaraq, Azərbaycandan daxil olan sənədlər də nəzərdən keçirilməlidir. Bu müraciət və təkliflər də müxtəlif təşkilatlar, ictimai birliklər tərəfindən göndərilməlidir. Bu mənada təbliğat baxımından Qərbi Azərbaycan İcmasının imkanları daha genişdir. Beynəlxalq təşkilatlara həm də təhlükəsizlik məsələləri ilə bağlı müraciətlər edilməli, təkliflər irəli sürülməlidir. Ermənilərin özlərinin etiraf etdiyinə görə, əvvəllər azərbaycanlıların yaşadığı ərazilərdə təxminən 100-dən çox kənd və qəsəbə boşdur, həmin ərazilərə azərbaycanlıların qayıdışını təşkil etmək üçün addımlar atıla bilər. Burada maliyyə köməkliyi də olmalıdır. Ermənistan da etiraf edir ki, kəndlər boş qalıb və orada heç kim yaşamır. Aİ-nin nəzarəti altında prosesin həyata keçirilməsi çox əhəmiyyətli ola bilər.
Ümumiyyətlə, Avropa İttifaqı missiyanı Ermənistana göndərməklə bu regionda çözülməmiş problem olduğunu təsdiq edir. Əgər etimad bərpası prosesindən söhbət gedirsə, deməli, orada postkonflikt şərait mövcuddur. Zəngəzur məsələsinin mövcudluğu Aİ tərəfindən missiya göndərilərkən təsdiqini tapıb. Bu problem də vaxtilə orada yaşayan insanların hüququnun bərpa edilməsi ilə bağlıdır. Məhz buna görə, Qərbi Azərbaycan icması Avropa İttifaqına müraciət etməli və onun prosesdə iştirakını təmin etməlidir”.
Xəbər lenti
Hamısına baxSosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

