Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif olunub

Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif olunub

03.02.2023 [15:31]

Fevralın 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif olunması ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Həmçinin Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) və İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalına layiq görülüblər.

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30