Xarici siyasətimizin BMT qələbəsi
04.02.2023 [10:34]
Səməd Seyidov: Sənədin böyük hüquqi ədalət var
Günel ABBAS
Mövcud olduğu regionun lider ölkəsi Azərbaycan beynəlxalq diplomatiyada da üstünlüyünü göstərməyə davam edir. Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycan dünya ölkələri, beynəlxalq təşkilatlarla münasibətlərini milli maraqlarımıza xələl gəlmədən, beynəlxalq hüquq normaları əsasında qurur. Müasir dünyada bu şərtə əməl etməyən dövlətlər az deyil. Əslində, təcavüzkarlıq məhz bu faktoru lazımi səviyyədə nəzərə almamaqdan qaynaqlanır. Ermənistanın davranışları buna əyani misaldır. Azərbaycan humanizm mövqeyindən çıxış edərək məsələni sənədlər üzərində həll etməyə yönəldir. Dövlətimizin belə nailiyyətlərdən biri də Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin BMT sənədi kimi yayılmasıdır.
Müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzeti ilə bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, müraciətlər BMT kimi ən ali beynəlxalq təşkilatda rəsmi olaraq həm qeydiyyatdan keçir, həm də qəbul olunur: “Bu, öz-özlüyündə həddindən artıq vacib bir məsələdir. Həm də ona dəlalət edir ki, sənədin içərisində böyük bir hüquqi ədalət var. Sənəd hansısa formada standartlara uyğun olmasaydı, beynəlxalq qanunvericiliyi öz içərisində ehtiva etməsəydi, beynəlxalq ədalət prinsiplərini özündə cəmləşdirməsəydi, təbii ki, BMT onu rəsmi sənəd kimi qəbul edə bilməzdi. Bu nöqteyi-nəzərdən sözügedən sənədin qəbul olunması yeni perspektivlər açır. Əslində, bizim istəyimiz ondan ibarətdir ki, beynəlxalq səviyyədə, xüsusilə BMT səviyyəsində azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaları təsdiq olunsun. Bizə məhz o sənəd vacibdir. Düşünürəm ki, bu istiqamətdə görülən işlər mütləq nəticəyə gətirib çıxaracaq.
Ona görə ki, bundan öncə sadaladığım məsələlər beynəlxalq təşkilatları sözün yaxşı mənasında bu sənədi qəbul etməyə məhkum edir. Necə ki, bəzi təşkilatlar Azərbaycan torpaqlarının işğalı ilə bağlı illər boyu bu sənədləri, xüsusilə də BMT-də 4 qətnaməni ləğv etməyə çalışsalar da, edə bilmədilər. Başqa beynəlxalq təşkilatlar bu sənədi təsdiq etdilər və öz qətnamələrində əks etdirdilər. Ona görə də məhz bu kimi problemləri həll etmək üçün yaradılmış təşkilat məsələni daha yüksək mərhələlərdə müzakirə edib, qəbul olunmasına mütləq şərait yaratmaq istiqamətində mühüm addımlar atacaq”.
S.Seyidov bildirib ki, bundan sonra artıq əlimizdə presedent var: “Şəraitdən istifadə edərək həm bu təşkilatda, həm də başqa beynəlxalq təşkilatlarda bu məsələni gündəmə gətirib müzakirə etməliyik. Xatırladım ki, bir milyon qaçqın haqqında danışırdıq, onların böyük bir hissəsi məhz Ermənistandan olan qaçqınlardır. Yəni onlar əslində, etnik təmizləmələrə məruz qalmış insanlardırlar. Ona görə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu məsələ ilə məşğul olması üçün əlində konkret sənəd var. Özü də yalnız bu təşkilatlarda yox, başqa təşkilatlarda da eyni statusda olan məsul şəxslər var.
Hesab edirəm ki, bu sənədin qəbul olunması apardığımız beynəlxalq siyasətin nə dərəcədə düzgün olduğunu bizə göstərir. Əminəm ki, biz gələcəkdə bu istiqamətdə daha çox sənədlərin qəbul olunmasına, bu məsələnin daha aktuallaşmasına şahidlik edəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

