AXCP sədri istintaqa cəlb olunacaqmı?
06.02.2023 [21:22]
MÜBARİZ
İranın Azəbaycanda qurduğu cəsus şəbəkəsi ifşa olunur. Elə bu günlərdə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bu şəbəkənin 39 nəfər üzvü müəyyənləşdirilərək saxlanılıb. Şəbəkənin daha geniş tərkibdə fəaliyyət göstərdiyi ehtimal olunur. Bu məqamda bir xatırlatma etmək istərdik. Hələ bir qədər bundan əvvəl AXCP sədri Əli Kərimli bəlli səbəblərdən okeanın o tayında lövbər salan və Azərbaycan əleyhinə təbliğatla məşğul olan Sevinc Osmanqızının internet televiziyasına müsahibəsində aşağıdakı fikirləri səsləndirib: “İran rəsmiləri Azərbaycanla bu münaqişəni, mübahisəni dərinləşdirən zaman bir itkilərini də nəzərə almalıdırlar. Dediyim kimi, onlar uzun illər ərzində səy göstəriblər, Azərbaycanda müəyyən bir şəbəkə qurublar. Özlərinə bağlı olan bir şəbəkə var. İstənilən situasiyada İranın mövqeyini müdafiə edən bir şəbəkə var, onları da pis vəziyyətdə qoyurlar” .
Bu sitatla bağlı bəzi məqamları qeyd etmək istərdik. Əvvəla, burada AXCP yetkilisinin İran rəsmilərinə və onların ölkəmizdə olan uzantılarına-burada qurduqları cəsus şəbəkəsinə təəssübkeşliyi açıq-aydın hiss olunur. Əli Kərimli İran rəsmilərinə Azərbaycana qarşı fəaliyyət sərgiləyərkən ehtiyatlı davranmağa və illər boyunca səy göstərib respublikamızda qurduqları şəbəkəni qorumalarına çağırış edib. Onun təəssübkeşliyi başqa bir söhbətin mövzusudur.
Bəhs olunan sitatda diqqəti çəkən əsas məqam isə Əli Kərimlinin İranın Azərbaycanda qurduğu cəsus şəbəkəsi barədə kifayət qədər geniş məlumata malik birisi kimi danışmasıdır. Şübhəsiz ki, hüquq-mühafizə orqanlarının apardığı əməliyyatdan Əli Kərimli də xəbərsiz deyil. AXCP yetkilisi xüsusi səylə İran rəsmilərini Azərbaycanda qurduqları şəbəkəni qorumağa çağırış edirsə, deməli, o daha geniş tərkibdə mövcud olan cəsus şəbəkəsinin digər, hələ saxlanılmamış üzvlərinin çirkin fəaliyyətindən də xəbərdardır. AXCP sədri belə bir açıqlama ilə çıxış edirsə, bunun hüquqi müstəvidə məsuliyyətini də daşıyır. O, əlində olan faktlarla hüquq-mühafizə orqanlarına İranın ölkəmizdəki cəsus şəbəkəsinin yerdə qalan üzvlərinin də aşkarlanmasına kömək edəcəkmi? Əslində, belə bir şəbəkənin mövcudluğunu təsdiqləyən Əli Kərimli tərəddüd etmədən bu addımı atmalıdır. O bunu etməyəcəksə, deməli, bəlli niyyətdə olan İran rəsmilərinin, cəsus şəbəkəsinin yanında yer alır və məcburi qaydada istintaqa ifadə verməyə çağırılmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

