“Maypole” fondunun “feminist” macəraları...
15.02.2023 [10:55]
Fransadan tənzimlənir
“Maypole” fondunun dəstəklədiyi layihələr - İspaniyanın Kataloniya separatçı bölgəsinin müstəqillik hərəkatı, feminist hərəkatları...
Laçın-Xankəndi yolunda ötən ilin dekabrın 12-dən başlayan ekoaksiya erməniləri və onların havadarlarını fakt qarşısında tərksilah etdi. Separatçıların Azərabaycanın milli sərvətlərini viran etməsinə və daşımasına qarşı yönələn bu aksiyanın tələbləri haqlı olduğu qədər arqumentlidir. Bu faktlara qarşı kontur-arqument qoya bilməyən ermənilər və onların havadarları aksiyanı fərqli müstəvilərdə izah etməyə çalışırlar, ona “blokada” donu geyindirməyə niyyətlənirlər. Təbii ki, bu cəhd də baş tumur.
Artıq 66 gündür ki, davam edən aksiyaya qarşı hətta beynəlxalq müstəvilərdə belə müxtəlif əsassız “rəylər”in formalaşdırılmasına çalışılır. Buna paralel olaraq isə beynəlxalq fondların əli ilə fərqli mövzular da “gündəmə gətirilir”. Belə ki, artıq bəzi ölkələrə “bağlı olan” fondlar Azərbaycanda QHT, media, feminizm kimi məsələlər üzərindən manipulyasiyalara cəhd edirlər. Artıq bu cəhdlərin bəzi işartıları da ortadadır. Amma aparılan “kampaniyada” məqsədin nə olduğu ilk baxışdan üzə çıxır.
Son iki ildə Azərbaycana hədəflənmiş qrant müsabiqələrində dəyişikliklər olub
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, ən yeni tarixdə cəmiyyətlərin parçalanmasına yönəlik hibrid üsullardan, təbliğat vasitələrindən istifadə edilməkdədir. Bunlardan biri isə feminist təbliğatdır. Ailə və ənənəvi institutların dağıdılmasına yönələn bu təbliğat cəmiyyətdə radikalizmi, qarşıdurmanı dəstəkləməyə hesablanıb. Kənar qrupların “qadın haqları uğrunda mübarizə” adı altında siyasi aksiyalar təşkil etməsi isə ümumiyyətlə, cəmiyyət üçün ziyanlıdır: “Artıq iki aydır Qarabağda resursların talanması əleyhinə Laçın yolu üzərində Azərbaycanlı ekoaktivistlərin etiraz aksiyaları davam edir. Paralel olaraq bütün dünyada erməni lobbisi və “fürsət”dən Azərbaycana qarşı istifadə etmək istəyən dairələr “Xankəndi blokadası” və “aclıq realiti şousu” təbliğatına səfərbər olublar. Eyni zamanda, beynəlxalq donor təşkilatları da Azərbaycanda QHT, media, feminist və s. kimi mövzularda fəaliyyətlərin dəstəklənməsi üçün iri həcmli vəsaitin ayrılması proseslərinə start veriblər. Qeyd edilməlidir ki, son iki ildə beynəlxalq donor təşkilatlarının Azərbaycana hədəflənmiş qrant müsabiqələrində bir sıra dəyişikliklər olub. Ənənəvi şəkildə dəstəklənən spesifik sahələrə ayrılan qrant həcmləri ifrat dərəcədə artıb, spesifik sahələrin arealı isə genişlənib. Bundan öncə maliyyə ayrılan sahələrə indi bir sahə də əlavə olunub. Belə ki, ənənəvi demokratiya, media, hüquqi maarifləndirmə, ifadə azadlığı, siyasi iştirakçılıq və s. kimi mövzulara bir də antimilitarist hərəkatların dəstəklənməsi əlavə olunub”.
Layihələr “yerli şəraitə uyğun şəkildə” və“müvafiq üsullarla”maliyyələşdiriləcək...
Politoloqun sözlərinə görə, Azərbaycan QHT və media cəmiyyətinə çox da tanış olmayan, hüquqi şəxs olmayan, amma qrant verən birlik kimi “məşhur olan” “Maypole” fondu sırf bu spesifik sahəyə fokuslanıb. Onun sözlərinə görə, “Maypole” fondu artıq iki ildir beynəlxalq donor təsisatı kimi Azərbaycanda militarizm və müharibəyə qarşı feminist fəaliyyətləri maliyyələşdirən layihələr həyata keçirir. “Fondun rəsmi saytında təşkilatın militarizm və müharibənin bir çox formalarına qarşı fəaliyyətlərə dəstək göstərdikləri qeyd edilib. Xüsusi olaraq qeyd olunub ki, yerli şəraitə uyğun şəkildə mübarizə aparan aktivistlərə fəaliyyətlərini qurmağa bir başa dəstək veriləcək. Bu istiqamətdə istənilən aktivlik və layihələrə maliyyə dəstəyi verən fondun əsas məqsədi proseslərə beynəlxalq təsir göstərməkdir. Məsələnin bir maraqlı tərəfi də “Maypole” fondunun bu fəaliyyəti məxfi yerinə yetirməsidir. Fondun rəsmi saytında 2022-ci il üçün Azərbaycana qrant müsabiqəsi haqqında heç bir məlumat tapılmasa da, bu məlumatları qrantlar haqqında ümumiləşdirilmiş məlumatlar paylaşan saytlarda tapmaq olur. Onlardan bir neçəsində fondun 2022-ci ildə Azərbaycan üçün qrant ayırması haqqında elanlar verilib”, - deyən Y.Hacıyeva vurğulayıb ki, son illər bir sıra beynəlxalq fondlar fəaliyyətlərinin və maliyyələrinin izlənməsinin qarşısını almaq üçün qrant məlumatlarını ikinci və üçüncü sinif “paylayıcı saytlar” vasitəsi ilə elan edirlər. Eyni zamanda, yayılan elanda “Maypole” fondunun militarizmə fəal şəkildə meydan oxuyan yaradıcı, qeyri-zorakı layihələri təşviq etməsi haqqında anons verilib. Fond bu tip antimilitarist fəaliyyətləri fərdi və həmçinin qruplar şəkilində həyata keçirənlərə maliyyə ayırmağı planlaşdırır: “Məlumatda xüsusi qeyd olunub ki, fond layihələri “yerli şəraitə uyğun şəkildə” və “müvafiq üsullarla” maliyyələşdiriləcək və çatdıracaq. Elandan aydın olur ki, “Maypole” fondu Azərbaycanlı feministlərin anti-militarizm, müharibə əleyhinə etirazlarını, silah ticarətinə qarşı tədbirlərini, silah sistemlərinə qarşı dirənişlərini, silahsızlanma siyasətini və proseslərini dəstəkləyən fərdləri və ya qrupları maliyyələşdirir”.
Mənbə Fransaya gedib çıxır...
Y.Hacıyeva bildirib ki, “Maypole” fondunun maliyyəsi hesabına əldə edilən nəticələr haqqında geniş danışmaq olar, amma bir nümunədə fondun fəaliyyəti və 2020-ci ildən sonra Azərbaycanda qrant müsabiqəsini genişləndirməsinin səbəbləri haqqında aydın təsəvvürlər yaranır. Belə ki, 1981-2000-ci illərdə fondun maliyyəsi ilə həyata keçirilən “Graham Qadın Sülh Düşərgəsi” Böyük Britaniya və ABŞ Hərbi Hava Qüvvələrinin təlimlərini pozmağa, ABŞ bazalarının Britaniya ərazisindən çıxarılmasına yönəlmiş etiraz aksiyaları həyata keçirib. “Maypole” fondunun daha sonrakı illərdə İspaniyanın Kataloniya separatçı bölgəsinin müstəqillik hərəkatında, Cənubi Amerikada Kolumbiyanın inqilabçı bölgələrində FARC müqavimət qruplarında feminist hərəkatları və fərdləri dəstəkləyib: “2021-ci il qrant elanında “Maypole” fondu dünyanın hansı bölgələrində müharibə əleyhinə fəaliyyət üçün vəsait ayırmaları haqqında geniş məlumatlar var. Bu siyahıda Əfqanıstan, Ermənistan, Albaniya, Əlcəzair, Andorra, Anqola, Antiqua və Barbuda, Argentina, Avstraliya, Avstriya, Azərbaycan, Baham adaları, Bəhreyn, Banqladeş, Barbados, Belarus, Beliz, Benin, Bermud, Butan, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Braziliya, Bruney, Bolqarıstan, Burkina Faso və s. kimi dövlətlər yer alır. “Maypole” fondu Azərbaycanda müharibə əleyhinə aktivləri məhz ikinci Qarabağ müharibəsi, Azərbaycanın qələbəsindən sonrakı müddətdə aktiv vəsait ayırmağa başlayıb. Azərbaycan üçün 2021-ci il ərzində fondun ayırdığı maliyyənin həcmi haqqında açıq mənbələrdən məlumatlar əldə etmək mümkün olmasa da, birliyin dövri hesabatlarından aktivlərin tarixləri haqqında məlumat əldə etmək mümkündür. Bu 2021 və 2022- ci il Ermənistan və Azərbaycan sərhədində hərbi gərginlik aylarına təsadüf edir və sərhəddə hərbi əməliyyatlar ərəfəsi, müharibə əleyhinə kampaniyaların aparılması müddətləri ilə uyğun gəlir”.
Politoloq onu da bildirib ki, indiki halda adıçəkilən fond da daxil olmaqla bu kimi təbliğatların genişləndirilməsində istifadə olunan “mənbələr”in qidalandığı donorların da mənbəyi Fransaya gedib çıxır.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

