Cənubi Qafqazın yeni xəritəsi...
21.02.2023 [10:30]
Politoloq: Azərbaycanın qlobal siyasi münasibətlər sistemində mövqelərini möhkəmləndirməsi ölkəmizə diqqəti daha da artırır
N.BAYRAMLI
Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması, təcavüzkar Ermənistanın məğlub edilməsi Cənubi Qafqazda yeni vəziyyət və reallıqlar yaradıb. Prezident İlham Əliyevin siyasi iradəsi ilə böyük tarixi dəyişikliyə imza atılıb. Bu kontekstdə regional miqyasda formalaşan yeni geosiyasi reallıqlar ciddi aktuallıq kəsb edir. Azərbaycan faktiki olaraq konfrontasiya geosiyasi xəttini sındıraraq regionu əməkdaşlıq və təhlükəsizlik müstəvisinə çıxardı. Bunun tarixi, siyasi, sosial, mədəni, iqtisadi və hərbi-strateji nəticələri özünü göstərməkdədir.
Hazırkı mərhələdə qlobal geosiyasi dinamikanın sürətlə dəyişdiyini ekspertlər də daim vurğulayırlar. Belə ki, müəyyən geosiyasi güclər regionda öz maraqlarını təmin etmək üçün bölgədə gərginliyin saxlanmasına maraqlı idilər. Bu amil regional təhlükəsizliyə ciddi təhdid idi. Uzun illər Ermənistan-Azərbaycan münaqişəsinin həll ediməməsi, işğalçıya qarşı hər hansı təzyiqin göstərilməməsi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməməsi də buradan qaynaqlanırdı. Belə şəraitdə Cənubi Qafqazda risklər çoxalır, əməkdaşlıq və sabitlik üçün müxtəlif maneələr yaradılırdı. Bütün bunlar Cənubi Qafqazı qlobal geosiyasətin ən həssas məkanlarından birinə çevirmişdi. Amma 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək regionda baş verən geosiyasi-hərbi proseslər vəziyyəti kökündən dəyişdi. Bu proseslərin mənbəyində Azərbaycanın siyasi rəhbərliyinin qətiyyətli hərbi, siyasi, diplomatik və informasiya siyasəti dayanırdı. Cənubi Qafqazın geosiyasi mənzərəsinin formalaşmasında 44 günlük Vətən müharibəsi həlledici rol oynadı. Azərbaycan bununla faktiki olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıq, bölgənin yeni xəritəsini formalaşdırdı. Burada təhlükəsizlik amili öndə dayanır.
Bugünlərdə baş tutmuş Münhen Təhlükəsizlik Konfransında da Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə mövzusu oldu. Bu mövzuda keçirilən panel iclasında regionun hər üç dövlətinin lideri iştirak etdi. Panel iclasında Prezident İlham Əliyev demək olar ki, Cənubi Qafqazın təhlükəsizlik baxımından yeni xəritəsini təqdim etdi. Panel iclasından sonra jurnalistlərə müsahibəsində dövlətimizin başçısı bu mövzuda suala cavab verərkən bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişib: “Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir”. Bundan sonra da Azərbaycanın daxili işlərinə heç kimin qarışmasına imkan verilməyəcəyini deyən Prezident İlham Əliyev ölkəmizin Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarı olduğunu da vurğulayıb.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirib ki, Azərbaycanın hazırda qlobal siyasi münasibətlər sistemində mövqelərini möhkəmləndirməsi ölkəmizə olan diqqəti daha da artırır. Şübhəsizdir ki, Prezident İlham Əliyevin siyasi qətiyyəti və uzaqgörənliyi indi Mərkəzi Asiyadan Avropaya qədər hər kəsin marağına səbəb olur. Azərbaycan dünyanın ən vacib təşkilatlarının, eyni zamanda, nüfuzlu konfransların daimi iştirakçısıdır. Dövlətimizin başçısının siyasi kursu dünya tərəfindən diqqətlə izlənilir və tədqiq edilir. Azərbaycan çətin geopolitik sınaqlar qarşısında optimal həll yolları təklif edən dövlət kimi tanınır.
Onun sözlərinə görə, ölkəmizin mövqeyi dünyada vacib qərarların alınmasına da birbaşa təsir göstərir: “Azərbaycan Münhen Təhlükəsizlik Konfransının daimi iştirakçılarından biridir. Ölkəmizin önəmli və kilid geopolitik mövqeləri, həmçinin Azərbaycanın vacib kommunikasiya nöqtələri üzərindəki coğrafi mövqeyi hər kəs tərəfindən qəbul edilir. Azərbaycan Münhen Təhlükəsizlik Konfransının illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Builki Münhen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham Əliyevdir. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, bu marşrutların şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, Orta Dəhliz kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu effektiv tərəfdaşlıqlar, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münhen Təhlükəsizlik Konfransı kimi mötəbər forumun maraq dairəsindədir. Prezident İlham Əliyevin ötən illərdə Münhendə yaddaqalan çıxışları da məlumdur”.
Politoloq qeyd edib ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycana maraq yüksək olur. Unutmaq olmaz ki, Konfransda təkcə siyasətçilər və ölkə rəhbərləri deyil, şirkətlər də təmsil olunurlar. Buna görə işğaldan azad olunmuş ərazilərə yeni investisiyaların cəlbi baxımdan da tədbirin mühüm əhəmiyyəti olacaq. Son illər müşahidə edirik ki, Azərbaycanın fikirləri və mövqeyi olmadan vacib tədbirlər həyata keçirilmir. Cənubi Qafqazın yeni xəritəsinin təqdim edilməsi fonunda da tədbirin mühüm əhəmiyyəti var. Cənab Prezident Azərbaycanın sabitlik və sülhə töhfəsini bir daha bütün dünyaya göstərdi.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

