Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərar bu gün veriləcək...

Qərar bu gün veriləcək...

22.02.2023 [10:05]

Azərbaycan ictimaiyyəti Beynəlxalq Ədalət

Məhkəməsindən obyektiv mövqe gözləyir

Beynəlxalq Ədalət Məhkəməsində baxılan məsələ dövlətimiz tərəfindən ermənilərin hərbi cinayətlərinin sənədləşdirilməsi və müvafiq beynəlxalq məhkəmələrə təqdim olunması istiqamətində aparılan işlərin tərkib hissəsidir.

Ermənistan bəşəri dəyərlərə, humanizm prinsiplərinə hörmətsizlik nümayiş etdirib, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozub

N.BAYRAMLI 

“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb. Müvəqqəti tədbirlərin görülməsi barədə vəsatətlə bağlı məhkəmə qərarının elan ediləcəyi tarix açıqlanıb. Belə ki, qərar bu gün Haaqa Sülh Sarayında keçirilən iclasda elan olunacaq. Qərarı iclasa sədrlik edəcək hakim Joan E. Donoghue oxuyacaq.

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın sorğusu üzrə açıq dinləmələr yanvarın 31-də keçirilib. Dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib. Həmin dinləmələr Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki ərazilərində minaların və partlayıcı tələlərin qəsdən yerləşdirilməsinin davam etməsi nəticəsində “artan itkilərin qarşısını almaq üçün təcili tədbirlər görmək” məqsədilə Azərbaycanın Məhkəməyə bu il yanvarın 4-də ikinci müraciəti ilə əlaqədar təşkil olunub. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra böyük əksəriyyətinin mülki şəxslər, o cümlədən 2 jurnalist olmaqla, 280-dən çox azərbaycanlı mina və ya digər partlayıcı qurğuların qurbanı olub.

Azərbaycanın müraciətində Ermənistan tərəfindən 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli Bəyanata əsasən bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəldikdən sonra belə, ərazilərimizdə minalar yerləşdirməyə davam etdiyini göstərən yeni sübutlar əks olunub. Azərbaycanda 2022-ci ilin avqustundan etibarən 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar edilib. Ermənistanın davranışı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın və digər beynəlxalq qanunlar üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan ərazisinə qeyri-qanuni olaraq gətirilmiş bu minaların 1600-ü, həmçinin mina tələlər Ermənistanın etnik təmizləmə kampaniyası və Azərbaycan ərazilərinin qanunsuz işğalı nəticəsində 30 il əvvəl azərbaycanlıların qovulduğu mülki ərazilərə basdırılaraq, bu, məcburi köçkün ailələrinin və icmaların öz evlərinə geri qayıtmasının qarşısını alıb. Məcburi köçkünlərimizin öz evlərinə qayıtmasına imkan yaratmaq məqsədilə Azərbaycanın Laçın və Kəlbəcər rayonlarının və əvvəllər işğal olunmuş digər rayonlarının azərbaycanlı mülki şəxslərin qayıdacaqları şəhər, kənd və digər ərazilərində minaların, mina tələlərinin və hər hansı bir digər partlayıcı qurğuların yeri, miqdarı, növü və xüsusiyyətləri barədə məlumat verməklə Azərbaycanın operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməni həyata keçirməsi istiqamətində Ermənistan tərəfindən dərhal bütün lazımi addımlar atılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilib.

Azərbaycan, həmçinin Laçın yolundan istifadə etmək də daxil olmaqla, ölkəmizin ərazisində azərbaycanlı mülki vətəndaşların qayıdacaqları bu ərazilərdə mina və mina tələləri basdırmaq və ya onların yerləşdirilməsini dəstəkləmək üçün hər hansı növbəti səyləri dərhal dayandırması və bundan imtina etməsi ilə bağlı Ermənistana göstərişin verilməsini məhkəmədən xahiş edib. Bundan əvvəl, 7 dekabr 2021-ci il tarixində məhkəmə Ermənistanın davam edən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın pozuntularına qarşı qorunmaq üçün müvəqqəti tədbirlər haqqında Azərbaycanın ilk sorğusunu təmin edərək, azərbaycanlılara qarşı yönəlmiş irqi nifrətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi Ermənistana tapşırmışdı.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Azərbaycan dövləti Ermənistanın törətdiyi cinayətlərin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Beynəlxalq Ədalət Məhkəməsində baxılan məsələ dövlətimiz tərəfindən ermənilərin hərbi cinayətlərinin sənədləşdirilməsi və müvafiq beynəlxalq məhkəmələrə təqdim olunması istiqamətində aparılan işlərin tərkib hissəsidir. Ermənistan bəşəri dəyərlərə, humanizm prinsiplərinə hörmətsizlik nümayiş etdirib, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozub. Ermənistanın cinayətlərinin hüquqi qiymətləndirilməsində, işğal nəticəsində dəymiş ziyanın hesablanmasında beynəlxalq hüquq mütəxəssisləri də iştirak edir.

 “Azərbaycan ötən ilin dekabr ayında isə Ermənistanla bağlı Avropa Məhkəməsinə şikayət etmişdi. Həmin şikayət Laçın şəhəri, Zabux və Sus kəndlərinin mülki əhalisinə vurulan ziyanla bağlı idi. Dövlətimiz məhkəmələrə şikayət edərkən beynəlxalq hüquqa istinad edir. Ona görə də, qaldırılan iddia tam əsaslıdır”, - deyən politoloq qeyd edib ki, Azərbaycan xalqı Beynəlxalq Ədalət Məhkəməsindən obyektiv qərar gözləyir.

Paylaş:
Baxılıb: 462 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31