Növbəti yalan...
28.02.2023 [10:45]
İrəvan heç bir əhəmiyyətə, təsirə malik olmayan “palata”lara möhtac qalıb
Ermənistan Laçın yolu üzərində azərbaycanlı ekofəalların keçirdiyi etiraz aksiyası ilə bağlı yalanlarını müxtəlif platformalar üzrə “inkişaf etdirməyə” çalışır. Bütün beynəlxalq strukturlarda fiaskoya uğrayan, bütün platformalarda məğlub olan, yalan təbliğatına siyasi don geyindirə bilməyən Ermənistan artıq yeni “fəndlərə” əl atır. Eyni zamanda, ermənilər bütövlükdə, mənəvi dəyərlərə qiymət vermədiyini bir daha ortaya qoyur. Belə ki, Ermənistan KİV-ləri fevralın 26-da Avrasiya İqtisadi Birliyinin (AİB) İctimai Palatası adlanan təsisatının “bəyanatı”nı yayıb. İlk olaraq vurğulanmalıdır ki, bəyanatın məhz Xocalı soyqırımı günündə erməni KİV-i tərəfindən yayılması bir daha onların mənəvi cəhətdən cılızlığının əyani sübutudur. “Bəyanat”a gəldikdə isə özündən əvvəlkilərdən fərqlənməyən və əsassız fikirlərin yer aldığı bu kağızda da ənənəvi “blokada” yalanına müraicət edilib. Hətta bu “bəyanat”da adıçəkilən “palata” bir az da uzağa gedərək Qarabağda qazın verilişinin kəsilməsi kimi yalanlar səsləndirir, bunu Cenevrə Konvensiyası ilə “əsaslandırmağa” çalışıblar.
Maraqlıdır ki, bu “bəyanat”ı yayanların siyahısında Azərbaycana dost olan ölkələrin də adları yer alıb. Amma sonradan bəlli olub ki, bu, bir oyundur - həmin “palata” ilə bağlı araşdırmalar onu göstərir ki, bu, ictimai əsaslarla çıxış edən bir neçə “ekspert yığnağı”ndan başqa bir şey deyil.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə qəzetimizə açıqlamasında bildirib ki, bu “təsisat” özlüyündə heç bir əhəmiyyətə, təsirə malik deyil. Onlar ictimai əsaslarla fəaliyyət göstərən müxtəlif “ekspertlər”dir: “Bu ekspertlər ara-sıra müxtəlif mövzularla bağlı müzakirələr təşkil edirlər. Bu müzakirələr isə AİB-in gündəliyinə belə daxil edilmir, qurumun iqtisadi gündəliyinə təsir belə göstərmir. Bu, sadəcə, ictimai platformadır və burada təmsil olunan insanlar ən yaxşı halda AİB-ə və onun ali orqanı olan üzv ölkələrin dövlət başçıları Şurasına hansısa tövsiyyələr verə bilərlər. Bu təşkilat AİB-in strukturunda yer almayıb. Ona görə də bu insanların çıxışlarına ciddi yanaşmaq düzgün olmazdı”.
Politoloqun fikrincə, Ermənistan KİV-i hər zaman olduğu kimi bu mövzunu şişirdərək gündəmə gətirməyə çalışıb. Bunun altında isə təxribatçı istəklərin yatdığına şübhə yoxdur. “Bu işin arxasında olan insanlar çalışırlar Azərbaycanla AİB-də təmsil olunan ölkələr arasında ziddiyyətlər yaratsınlar. Xüsusilə də biz həmin təsisatın işində bizə dost, qardaş olan ölkələrin nümayəndələrinin də adlarının olduğunu görürük. Və Ermənistan KİV-i bu bəyanatı məhz həmin dövlətin adından səsləndirərək suyu bulandırmağa çalışır. Amma bu, belə deyil. Ermənistan nə KTMT-nin, nə də AİB-in əli ilə Azərbaycana qarşı hər hansı bir addım ata bilməyib. İrəvan bu təşkilatların məhz onun məqsədlərinə uyğun mövqe nümayiş etdirməsini təmin edə bilməyib. Ona görə də indiki halda belə oyuna əl atırlar. Biz bilirik ki, müxtəlif ölkələrdə, eyni zamanda, bizə dost, yaxın olan ölkələrdə də, onların cəmiyyətində də ermənipərəst insanlar yox deyil. Bəzi tədbirlərdə və ya başqa məqamlarda bu insanları ön plana çəkərək ermənilər bunu həmin ölkələrin ictimaiyyətinin reaksiyası kimi qələmə verməyə çalışırlar. Ermənistanın politexnoloqları istəyirlər ki, bizim cəmiyyətimizdə həmin dost ölkələr haqqında ziddiyyətli fikirlər formalaşdırsınlar. Onlar bu yolla süni gərginlik yaratmağa çalışırlar. Beləliklə də, öz məqsədlərinə çatmaq istəyirlər. Məqsədləri isə bəllidir - yalan təbliğata siyasi don geyindirmək. Amma bu niyyətlərinə çata bilmirlər”, - deyə politoloq əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

