ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır
08.04.2023 [10:00]
Vaşinqton Azərbaycanın Orta Dəhliz planlarını dəstəklədiyini bəyan edir
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda, dünyanın aparıcı güclərinin regionda yaranan yeni reallıqlara münasibəti də təsdiqləyir. Azərbaycanın yaratdığı reallıqlar göz önündədir - ölkəmiz böyük bir coğrafiyada stabilləşdirici mövqedən çıxış edir. Bu isə həm də Azərbaycanın tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilməsinə yol açır. Eyni zamanda, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ Azərbaycanın yeni iqtisadi münasibətlər sistemindəki yerini də yüksək dəyərləndirir. Ölkəmizin Orta Dəhlizin inkişafına verdiyi töhfələri qiymətləndirir. ABŞ-ın Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə bildirib ki, ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq. “ABŞ bu təşəbbüsə logistika və nəqliyyat sahəsində təcrübəsini bölüşərək, ABŞ-ın özəl şirkətlərinin öz təcrübəsini fəal şəkildə bölüşməsi ilə dəstək verə bilər”, - o deyib.
Amerikalı rəsmi ölkəsinin özəl şirkətlərin hansı ölkəyə və ya regiona investisiya qoyacağını yönləndirmədiyini deyib. O qeyd edib ki, ölkəsi şirkətlərinin Azərbaycanın bütün bölgələrində fəaliyyətini dəstəkləyir.
Arun Venkataraman, həmçinin bildirib ki, ABŞ şirkətləri Azərbaycanın “yaşıl” enerji ilə bağlı uğurunda iştirakçı olmağa həvəs göstərir: “ABŞ şirkətləri Azərbaycanın “yaşıl” enerji ilə bağlı uğurunda, xüsusilə də külək və günəş enerjisində iştirakçı olmağa həvəs göstərir. Bütün bu sahələrlə yanaşı, kənd təsərrüfatı və qida, logistika, rəqəmsallaşma ilə bağlı birgə işləyə, ABŞ təcrübəsini ilə bölüşə bilər”.
Orta dəhliz ideyası...
Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına artıb. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan son vaxtlarda aktuallığı artan Orta Dəhliz üzrə də ən mühüm halqalardan birini təşkil edir. Respublikamız 10 il bundan əvvəl Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir və Orta Dəhlizin funksionallığının artmasına özünün davamlı töhfələrini verir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına mümkün olacaq. Gələcəkdə Orta Dəhlizin funksionallığını artırmaq üçün bir sıra başqa layihələrin icrası da nəzərdə tutulub.
Yaşıl enerji siyasəti Azərbaycanın ən mühüm prioritetlərindəndir
ABŞ rəsmisinin Azərbaycanın yaşıl enerji uğurlarında iştirakı məsələsinə gəldikdə isə, Qərbin buradakı marağı da anlaşılandır. Yeni dövrün enerjisi sayılan yaşıl enerji istehsalı və istehlakı Azərbaycanın qarşıdakı gələcək üçün ən mühüm prioritetlərindəndir. Hazırda Azərbaycan özünün uğurlu enerji siyasətinin üçüncü mərhələsinə start verib. Bu mərhələ ölkəmizdə bərpaolunan mənbələrdən yaşıl enerji istehsalını həyata keçirmək və onun Avropa istehlakçılarına ötürülməsini təmin etməklə bağlıdır. Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsinə aiddir. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpaolunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Respublikamızın bərpaolunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavata bərabərdir.
Zəngəzur Orta Dəhlizin ən mühüm stansiyalarından biri kimi...
Bütün bunların fonunda isə ABŞ rəsmisinin bu fikirlərini Zəngəzur dəhlizi ilə bağlı Vaşinqtonun rəyi kimi də dəyərləndirmək mümkündür. Belə ki, Zəngəzur dəhlizi Orta Dəhlizin ən mühüm stansiyalarından sayılır. Vurğulanmalıdır ki, Çindən başlanan Orta Dəhliz marşurutunun məhz Zəngəzur dəhlizi boyunca davam etməsi, Avropaya uzanması ən rentabelli və gəlirli marşurut sayılır. Bir müddət öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan etmişdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Beləliklə, ABŞ-ın bu məsələdəki mövqeyi qarşıdakı perspektiv üçün mühüm imkanlar yaradır. Çünki Orta dəhliz layihəsi qarşıdakı zaman kəsiyində dünyanın ən işlək iqtisadi damarı rolunu oynayacaq.
Zəngəzur dəhlizi yaşıl enerji ixracında mühüm rol oynaya bilər...
Eyni zamanda, Zəngəzur dəhlizinin açılması məsələsi ABŞ rəsmisinin Azərbaycanın “yaşıl enerji” fəaliyyətin verdiyi qiymətlə də aktuallşır. Belə ki, Arun Ventakaraman bildirib ki, ABŞ şirkətləri Azərbaycanın “yaşıl” enerji ilə bağlı uğurunda iştirakçı olmağa həvəs göstərir. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərində yaratdığı bərpaolunan enerji resursları isə bu əməkdaşlığın ən mühüm kəsişməsinə çevrilə bilər. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir. Vurğulanmalıdır ki, artıq ayrı-ayrı xarici şirkətlər respublikamızda bərpaolunan enerji sektoruna böyük həcmlərdə investisiyalar yönəltməyə maraq göstərdiyini ortaya qoyub - BP-nin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq. Zəngəzur dəhlizindən, eyni zamanda, elektrik enerjisi ötürüləcək. Azərbaycan bərpaolunan mənbələrindən alınan enerjinin Avropaya ötürülməsi ilə bağlı da addımlar atılır. Xatırladaq ki, 2022-ci ilin dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya çatdıracaq. Bu isə Zəngəzur dəhlizinin açılması məsələsini qlobal miqyasda prioritet məsələyə çevirir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

