Etirazlar yenidən alovlanır...
18.04.2023 [10:45]
İran hakimiyyəti sözündən döndü
Molla rejimi geyim azadlığı ilə bağlı vədinə “xilaf” çıxır
İranda ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ilə başlanan etirazlar artan-azalan templə artıq 8 aydır ki, davam edir. SEPAH dəstələrinin özbaşınalığına etirazdan qaynaqlanan aksiyalara vəhşicəsinə müdaxilələr edildi - hətta etirazçılar həbs olundu və edam edildilər. Qeyd edək ki, artıq lokal çəçivədən kütləvi hala çevrilmiş aksiyaların tələbləri sırasında mühüm məsələlərə rast gəlinir:
- İnsan hüquq və azadlıqlarının təmini;
- Vətəndaşların sosial tələblərinin nəzərə alınması;
- Əxlaq polisinin ləğvi;
- İnternetdən azad istifadə;
- Məcburi hicab qadağasının aradan qaldırılması kimi bir sıra tələblər etirazçılar üçün mühüm əhəmiyyətə malik idi.
Amma bu tələblər sırasından yalnız əxlaq polisinin ləğv olunması, digər mühüm problemlərin həlli istiqamətində hər hası addımın atılmaması etirazların yeni mərhələsini şərtləndirə bilər. Bu səbəbdəndir ki, İran rejimi özü üçün “arqument” axtarışına çıxıb...
“Çöldə düşmən axtarışı” metodu işə düşdü...
Belə ki, etirazçıların tələblərini yerinə yetirmək istəməyən İran hakimiyyəti fərqli yollarla öz fikirlərini “əsaslandırmağa” çalışır. Məsələn, İran prezidenti İbrahim Rəisi Tehranda ölkə üzrə tələbə birliklərinin nümayəndələri ilə görüşdə hicab və internet istifadəsi kimi problemlərə toxunub. Rəisi ölkədə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və məcburi hicab tətbiqində yaşanan problemlərlə bağlı fikirlərini səsləndirib. O bildirib ki, hakimiyyət hicab problemini mədəni yanaşma ilə həll etməyə çalışır. Rəisi İranda hicabın “təhlükəsizlik” məsələsinə çevrilməsinə icazə verməyəcəklərini ifadə edib: “Düşmən hicabın İranda təhlükəsizlik məsələsi olmasını istəyir. Hökumət olaraq lazım olan proqramları həyata keçirərək buna icazə verməyəcəyik”.
İranda sosial şəbəkələrin qadağan edilməsinə münasibət bildirən Rəisi beynəlxalq sosial media platformalarının İranda nümayəndəliyinin olması lazım olduğunu, əks halda onların fəaliyyətinə icazə verilməyəcəyini qeyd edib:
“Biz ölkəmizdə nümayəndəlik açmağı qəbul edən heç bir platformaya qadağa qoymamışıq. Hökumət olaraq məqsədimiz ölkədə internetdən istifadəni təhlükəsiz etməkdir. Bu səbəbdən bu platformaların İranda nümayəndəlikləri olmalıdır”.
Hakimiyyət “islahatlar” vədini unudub...
Göründüyü kimi, İran hakimiyyəti etirazların səngiməsindən istifadə edərək yenidən özünün diktator üzünü göstərməyə başlayıb. Etirazların sərt dövründə islahatlara gediləcəyi, qadağaların aradan götürüləcəyi ilə bağlı vədlər verən hakimiyyət bu dəfə də xalqı aldatmağa çalışır. Qeyd edək ki, ötən ilin sonunda əxlaq polisini ləğv edən İran hakimiyyəti bunu “islahatların başlanğıcı” kimi qələmə vermişdi. Ardından isə ölkə Konstitusiyasında dəyişikliklərin mümkünlüyü ilə bağlı fikirlər irəli sürülürdü - hətta konstitusiyasının bəzi maddələrinin dəyişdirilməsinin mümkünlüyü bildirilirdi. Bununla bağlı prezident Rəisi bildirmişdi ki, Konstitusiyada heç bir çıxılmaz vəziyyət yoxdur: “Onun təşkili, hazırlanması və yekunlaşdırılması Konstitusiyanın həyata keçirilməsində, ölkənin işlərinin idarə olunmasında istənilən çıxılmaz vəziyyətlə üzləşəcək şəkildə həyata keçirilib. Zərurət yarandıqda Konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər”.
Amma zaman keçdikcə, küçə etirazları səngidikcə hakimiyyət verdiyi sözdən qaçmağa niyyətlənib. Təbii ki, baş verə biləcək hallar və qarşadıkı mərhələnin çətinliyi də bəllidir - İran hakimiyyəti artıq uzun illərdir ki, davam etdirdiyi sərt qadağaları aradan qaldırması vətəndaş qarşıdurması qaçılmaz ola bilər.
Geyim qadağası hər zaman aktualdır
Qeyd edək ki, ötən ilin yayında da analoji hal baş vermişdi - İranda bir çox qadın geyim qanunlarının sərtləşdirilməsinə cavab olaraq həm qapalı, həm də ictimai yerlərdə hicablarını çıxarmış, foto və videolarını sosial şəbəkələrdə paylaşmışdı. Sosial şəbəkədə özünün çəkdiyi videoda etiraz etməsinin səbəbini açıqlayan bir qadın “Məcburi hicaba yox! Qaydalara yox demək üçün bu gün başımı örtmədən işə getdim. Ürəyimizin istədiyini etməli, sərbəst geyməliyik”, demişdi.
Ümumiyyətlə, İranda son illərdə oxşar kampaniyalar keçirilib, qadınların hicab tələbinə etirazı #MySecretFreedom və #WhiteWednesday kimi həştəqlərlə müşayiət olunub. Hətta qadınların çəkdikləri videolara ölkədə bir çox kişi də dəstək verib. Tehranda məscidin divarına yazılan “Çörək, iş, azadlıq və istəyə bağlı qapanma” mesajı sosial mediada çoxları tərəfindən paylaşılıb. Həmin
dövrdə də hakimiyyət qadınların azadlıq tələbini xarici faktorlarla əlaqələndirməyə çalışmışdı - İranın Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ajeei qadınların nümayişinin arxasında xarici qüvvələrin olduğunu demişdi.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

