YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Oğuzda gənclərlə görüşüb
07.07.2011 [09:57]
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi” layihəsi davam edir. Layihə iştirakçıları ötən gün Qəbələ rayonunda olublar. Gənclər əvvəlcə rayondakı Heydər Əliyev Muzeyi, Tarix-diyarşünaslıq muzeyi və “Heydər Əliyev İrsi”ni Araşdırma Mərkəzinin Qəbələ regional bürosu ilə tanış olublar.
Dünən isə YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Oğuzda yerləşən “Afra” oteldə gənclərlə görüşüb.
Görüşdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev də iştirak ediblər.
“Gənclik və müasirlik” mövzusunda aparılan müzakirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov gənclərə uğurlar arzulayıb. Əli Əhmədov “Yay məktəbi”ndə gənclərin bir-birlərini tanıdığını, ünsiyyət qurduqlarını, fikir mübadiləsi apardıqlarını deyib: “Bu layihə YAP-ın bir ailə kimi möhkəmləsinə töhfə verir. Siz burada müxtəlif mövzularda fikir mübadiləsi aparırsınız. Biz YAP-ın hər bir gənc üzvünün ölkənin ictimai-siyasi həyatında iştirak etməsini istəyirik. Sizin Azərbaycanın inkişafında böyük rolunuz olacaq. Siz bu gündən gələcək həyata yaxşı hazırlaşmalısınız, yaxşı təcrübəyə malik olmalısınız. Əgər bunlar olsa, Azərbaycanın inkişafına öz töhfənizi verəcəksiniz”.
Millət vəkili Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət insanlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir: “Dövlət başçısının həyata keçdiryi siyasət bu günümüzün və gələcək həyatımızın yaxşılaşdırılması istiqamətindədir. Bir neçə aydan sonra partiyamızın üzvlərinin sayı 550 minə yaxınlaşacaq. üzvlərimizin isə 40 faizi gənclərdir. Bu, Azərbaycan gənclərinin Prezidentimizin həyata keçirdiyi siyasətə inamını ifadə edir. Biz istəyirik ki, siz YAP-ın həyata keçirdiyi siyasəti cəmiyyətdə yayasınız, öz yaşıdlarınızla bölüşəsiniz”.
YAP Sədrinin müavini əlavə edib ki, bəzən gənclər arasında az sayda müxtəlif təxribatlara uyanlar olur. Onların aldadılmış, səhv yola çəkilmiş gənclər olduğunu deyən millət vəkili, gənclərin vəzifələrindən birinin də bu qism insanları səhv yoldan çəkindirmək olduğunu bildirib: “Onların kimlərinsə məqsədlərinə xidmət etmələrini, aldadılmalarını istəmirik. Bu, cəmiyyətimiz üçün itkidir. Siz onları düz yola çəkməlisiniz. Azərbaycan 90-cı illərin əvvəllərində çox böyük faciələr yaşayıb. Anarxiya baş alıb gedirdi, iqtisadiyyat iflic olmuşdu, ölkə bütövlükdə müflis olmuşdu. Azərbaycan bir neçə nəfərin başa bəla siyasəti nəticəsində pis vəziyyətə qalmışdı. Lakin ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. İndi sabitlik, dinclik, rifah, inkişaf təmin olunub.
Bu il Azərbaycanda həyat səviyyəsi ötənilkindən daha yaxşıdır. Gələn il builkindən daha da yaxşı olacaq. Bunu siz özünüz gündəlik həyatınızda görürsünüz. İnsanların daha yaxşı yaşamaq istəməsi və hökumətin bu istiqamətdə səy göstərməsi inkişafın nümunəsidir. Azərbaycan inkişaf edir və bu inkişaf davamlı olacaq”.
YAP-ın dünyagörüşlü, müasir düşüncələrə malik gəncləri olduğuna görə məmnunluq hissi keçirdiyini qeyd edən millət vəkili Əli Əhmədov onların ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə əmin olduğunu deyib.
çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı gənclərlə fikir mübadiləsi aparıb, onlara uğurlar arzulayıb.
Daha sonra çıxış edən millət vəkili Şəmsəddin Hacıyev hazırda Azərbaycanın inkişafının çox yüksək səviyyədə və bu inkişafın nəticələrinin göz qabağında olduğunu bildirib: “Bu inkişaf tempini saxlasaq, görün 5-10 ildən sonra ölkəmiz hansı səviyyədə olacaq. Hədəfimiz inkişaf etmiş ölkələrin sırasında olmaqdır. Dünya azərbaycanlılarının III qurultayında da qeyd olundu ki, Azərbaycanın ancaq hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən artıqdır. Biz artıq hərbi texnika, mərmilər istehsal edirik, biz artıq sosial yönümlü bazar iqtisadiyyatını yaratmışıq. Burada da ən başlıca rolu insan oynayır. Bu siyasəti insanlar həyata keçirir. Bu gün Azərbaycanın siyasətinin məqsədi məhz əhalinin rifahıdır”.
Ş.Hacıyev yaxşı mənada bu günkü gənclərə həsəd hissi keçirdiyini deyib: “Bizim vaxtımızda belə imkanlar yox idi. Bunu qiymətləndirmək lazımdır. Belə görüşlər olduqca əhəmiyyətlidir. üç il öncə “Yay məktəbi”nin iştirakçıları 100 nəfər idisə, hazırda onların sayı 600 nəfərdir”.
ölkə başçısının söylədiyi “Biz artıq müdafiə taktikasından hücum taktikasına keçməliyik” fikrini xatırladan millət vəkili gənclərimizi daha aktiv olmağa çağırıb: “Müasir gəncliyimiz Azərbaycan xalqının tarixini, mədəniyyətini yaxşı bilir. Daim proseslərdə fəal olmaq lazımdır. YAP-a təşəkkürümü bildirirəm ki, gənclərə belə şərait yaradır və partiyanı gəncləşdirir. Bu, gələcəyin partiyasıdır”.
Görüşdə “Yay məktəbi”ndə gənclərin fəaliyyəti haqqında fotoslayd şəklində məlumat verilib və tədbir maraqlı diskussiya şəraitində davam etdirilib.
Gənclərdən YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Kübra Əliyarlı, Lamiyə Cəlilova, Arzu Quliyeva və digərləri çıxış edərək, partiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, “Yay məktəbi”ndə gənclərin asudə vaxtının səmərəli təşkili, onların bir-biri ilə münasibət qurması üçün lazımi şərait yaradılıb. İyulun 9-dək davam edəcək tədbirdə gənclər üçün intellektual və əyləncəli yarışlar da təşkil olunacaq. Eyni zamanda, “Yay məktəbi”ndə YAP-ı təmsil edən deputatlar, komitə sədrləri, eləcə də hökumət nümayəndələri gənclərin qonağı olacaqlar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşəcək, gəncləri maraqlandıran sualları cavablandıracaqlar.
Xatırladaq ki, respublikanın Qəbələ, Oğuz və Lerik rayonlarında keçiriləcək “Yay məktəbi”ndə ümumilikdə 600-dək gəncin iştirakı nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

