AXCP ərazi bütövlüyümüzə qarşı...
26.04.2023 [10:15]
Partiyanın sədr müavininin “anklav” təxəyyülü, yoxsa qəsd?
Siyasətlə məşğul olan və ya olduğunu iddia edən hər bir şəxsin siyasi savada, siyasi fəhmə malik olması mütləq şərtdir. Başqa sözlə, siyasət “kənardan göründüyü” və ya kimlərinsə qələmə verməyə çalışdığı qədər asan bir meydan deyil. Bunun bilicisi olmaq üçün mütləq siyasi savada malik olmalı, siyasi biliklərlə tanış olmalı, texnologiyaları mənimsəməlisən. Amma...
İllərdir ki, heç bir faydalı işi və ya əməli olmayan, xalqa xeyri dəyməyən, milli maraqlar haqqında ümumiyyətlə düşünməyən Xalq Cəbhəsi Partiyasının “funksionerləri” kimi “siyasətçi” olmaq üçün isə oxumaq lazım deyil. Nurəddin Məmmədlinin timsalında “partiya sədrinin müavini” kimi “mühüm bir postu” zəbt etmək üçün hansı siyasi savada malik olmanın konturları bəllidir...
Qeyd edək ki, AXCP sədrinin müavini Nurəddin Məmmədli sosial şəbəkələrdə paylaşdığı statusu ilə “gündəmə” gəlib. Düzdür, bu postun əsas motivi “anklav” məsələsinin üzərinə fokuslansa da, Nurəddin Məmmədlinin yazdığı post bir sıra məqamları ilə diqqət çəkir - məsələn, orada milli maraqlarla səsləşməyən mühüm nüanslar yer alır...
AXCP-nin “anklav” “düyünü”...
İlk olaraq sosial şəbəkə istifadəçilərinin əksəriyyətinin haqlı narazılığına səbəb olan “anklav” məsələsinə toxunaq - N.Məmmədli postunda bildirir ki, Laçın-Xankəndi “dəhlizində” (dəhliz məsələsinə də gələcəyik) sərhəd-keçid postunun qurulması ilə ermənilərin “anklava” döyüş-sursat vasitələrinin daşınmasının qarşısı alındı. Ola bilsin ki, Nurəddin Məmmədli anklavın nə olduğunu bilmir və bu başadüşüləndir. Amma ən azından paylaşdığın postunda istifadə etdiyin yad sözün mənasını axtarmaqdamı gəlməyib bu şəxsin ağlına? Ən azından axtarış sistemlərində anklavın nə olduğunu dəqiqləşdirə bilərdi. Axı, Qarabağı “anklav” adlandırmaqla N.Məmmədli erməni iddialarını dəstəkləmiş olur. Anklav bir dövlətin kiçik bir hissəsinin ölkədən kənarda, başqa bir dövlətin içində yerləşməsidir. Qarabağda heç bir qanuni dövlət olmadığı üçün o, Ermənistanın və ya başqa bir dövlətin anklavı deyil. Yəni, Əli Kərimlinin müavinin iddiaları ermənilərin nəinki “milli”, hətta milsiz maraqları ilə də üst-üstə düşür.
Halbuki, dünyada anklavların bir çox “örnəkləri” mövcuddur. Hətta uzağa getməyək, elə Orta Asiyada SSRİ-dən bu kimi saysız problem yadigar qalıb. Və ya San-Marino dövləti, Vatikanın özü və Afrikada onlarla belə kiçik “dövlətlər” anklavdır. Amma heç bir halda Qarabağ anklav deyil, ola da bilməz...
“Yadelli” xislətlilər...
Əslində, paylaşılan postun mahiyyətinə, AXCP-nin məram(sızlığı)na diqqət yetirdikdə insanda anklav məsələsinin heç də “siyasi savadsızlıqdan qaynaqlanan səhv” olmadığı qənaəti formalaşır. Bu şəxslərin özlərini xalqın içində “yadelli” kimi aparması insanda ikrah doğurur. 3 ildir ki, regionda formalaşan yeni reallıqlar Azərbaycan dövlətinin, bu dövlətin başçısının apardığı uğurlu siyasətin nəticələridir. Yaranan siyasi situasiyalar diqqətlə təhlil edilir, atılan addımlar dəyərləndirilir, vaxtı və zamanı zərgər dəqiqliyi ilə ölçülür.
Əli Kərimli və onun ətrafı isə ən adi imtahandan kəsildilər - İranın Azərbaycan üzərinə siyasi demarşının qarşısında özlərini “ələ verdilər”. Ə.Kərimli İrana “məsləhət verirdi” - bu ölkəni siyasi casuslarını ifşa etməməyə çağırırdı. Bu çağırışın arxasında qorxu da vardı - birinci ifşa olunanların sırasında Ə.Kərimlinin ən yaxın müttəfiqlərinin adları hallanıb. Beləliklə, Ə.Kərimli çıxılmaz vəziyyətdə qalaraq İrana “məsləhətlərini” dilə gətirib”.
Səhv təsadüf idimi?
İndiki halda isə N.Məmmədli hətta Paşinyan deyəni belə demir. Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, qəbul edir. Adını “professor” qoymuş N.Məmmədli isə erməni “dili” ilə danışır. Bunun təsadüfi olmadığını da düşünməyə yer var - çünki, Məmmədli “anklav”la yanaşı “dəhliz” kimi bir söz də işlədib. Halbuki Ermənistan özünə şamil olunduğu halda dəhliz sözünü qətiyyətlə rədd edir, bunu ərazi bütövlüyünün “şübhə altına” alınması kimi qəbul edir. N.Məmmədli isə Laçın-Xankəndi yoluna münasibətdə “dəhliz” sözünü işlədərək “anklav” fikrində qəti olduğunu deməyə çalışıb. Yəni, bu təsadüfi “səhv” deyil - qəsddir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

