Rədd edildi...
26.04.2023 [10:55]
Azərbaycanın etirazları nəticəsində
Haaqa Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxmayacaq
Azərbaycan tərəfi aprelin 21-də “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında” Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını rəsmən Beynəlxalq Ədalət Məhkəməsinə (Haaqa Məhkəməsi) təqdim edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb.
Qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistan bir neçə dəfə Haaqa Məhkəməsində ölkəmizə qarşı iddia qaldırıb. Amma məhkəmə həmin iddiaları ya rədd edib, ya da ümumi tövsiyə xarakterli qərar çıxarıb. Buna nümunə kimi Ermənistanın Laçın yolu ilə bağlı iddiasını göstərmək olar. Rəsmi İrəvan məhkəməyə təqdim etmişdi ki, guya Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını Azərbaycan hökuməti təşkil edib. Lakin Beynəlxalq Ədalət Məhkəməsi həmin iddianı rədd etmişdi. Məhkəmənin qərarında Laçın yolunda humanitar məqsədlər üçün sərbəst istifadənin təmin olunması əksini tapırdı ki, Azərbaycan hər zaman yolun bu məqsədlər üçün istifadəsində heç bir problem olmadığını bəyan edib. Həqiqətən də, 10 noyabr birgə bəyanatına uyğun olaraq, Azərbaycan Laçın yolundan humanitar məqsədlər üçün istifadəyə tam şərait yaradıb. Bu baxımdan, Ermənistanın sözügedən iddiası da fiaskoya uğradı.
Qeyd edək ki, Haaqa Məhkəməsinin səlahiyyətləri yalnız dövlətlərarası mübahisələrə aiddir. Məhkəmənin Ermənistanın iddiasına baxılmasını dayandırması isə tamamilə məntiqlidir. Ən azı ona görə ki, Ermənistan 30 il ərazində Azərbaycan ərazilərini işğal altında saxlayıb, həmin ərazilərdə bütün infrastrukturu, o cümlədən yüzlərlə yaşayış məntəqəsini yer üzündən silib. O ərazilərdə yaşayan insanlar isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Bütün bunlar isə azərbaycanofobiyanın Ermənistanın dövlət siyasəti səviyyəsində olduğunu təsdiqləyir. Belə olan halda, rəsmi İrəvanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı irqi-ayrıseçkiliyə görə iddia qaldırması tamamilə absurddur.
Öz növbəsində Azərbaycan dövləti haqlı olaraq Ermənistanın törətdiyi cinayətlərə görə Haaqa Məhkəməsinə müraciət edib. Məhkəməyə təqdim edilmiş iddia sənədləri otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Sənəd Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir. Ermənistanın qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı düşünülmüş və məqsədyönlü etnik təmizləmə siyasəti ilə müşayiət olunub. 2020-ci ilə qədər davam edən bu fəaliyyətin məqsədi Azərbaycan rayonlarının dağıdılması, talan edilməsi və istismarı yolu ilə ölkəmizin ərazisində erməni yaşayış məskəni yaratmaq məqsədi daşıyıb. Azərbaycan 2020-ci ildə torpaqlarını azad etdikdən sonra sözügedən ərazilərdə dəlillərin genişmiqyaslı toplanması işini həyata keçirib. Ermənistanın yüz minlərlə insanın həyatını, saysız-hesabsız ailələri və icmaları, əvəzolunmaz mədəni irsi və ətraf mühiti məhv etməsinin miqyası həqiqətən də dəhşətlidir.
Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında, azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Xüsusilə, etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb. Azərbaycanın müraciətində, həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlılara dair bütün məlumatları açıqlamaqla bağlı öhdəliklərini yerinə yetirməsinin, qanunsuz ələ keçirilmiş bütün əmlak və torpaqları azərbaycanlılara geri qaytarmasının, nifrət zəminində təbliğatı dayandırmasının və insan hüquqlarının otuz il ərzində pozulmasına görə məsuliyyətə cəlb olunmasının vacib olduğu vurğulanıb. Dövlətimiz sözügedən cinayətləri törədənlərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri bundan sonra da davam etdirəcək.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

