Rumıniyalı qonaqlar AMEA-da Azərbaycan ziyalıları ilə görüşüb
14.07.2011 [06:55]
Buxarest şəhərinin II sektorunun meri Nekulay Ontsanunun başçılıq etdiyi nümayəndə heyəti dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında qurumun üzvləri ilə görüşüb. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov dost ölkədən gəlmiş nümayəndə heyəti ilə görüşdən məmnun olduğunu bildirib: “Bilirik ki, Rumıniya Azərbaycanla dost ölkədir. Onu demək kifayətdir ki, Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət məhz Rumıniya olmuşdur”.
Onun sözlərinə görə, bu fakt iki ölkə arasındakı münasibətləri göstərir. AMEA prezidenti, həmçinin, Azərbaycanla Rumıniya arasında hərtərəfli əməkdaşlığın mövcud olduğunu söyləyib: “Bu gün istər iqtisadiyyat, istər siyasət, istərsə də mədəniyyət sahəsində bu əməkdaşlıq əlaqələri ildən-ilə güclənir, genişlənir”.
AMEA prezidenti bu əlaqələrin elm və təhsil sahəsində də mövcud olduğunu bildirib: “Həm Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bu cür əməkdaşlıq həyata keçirilir, həm də ikitərəfli, müştərək elmi-tədqiqat işlərinin görülməsi yönündə əlaqələr qurulur”.
AMEA prezidenti, daha sonra qonaqları Azərbaycan Elmlər Akademiyasının yaranması və fəaliyyəti ilə bağlı məlumatlandırıb: “Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılmışdır. Hələ II Dünya müharibəsinin davam etdiyi bir vaxtda Azərbaycanda bu qurum yaradıldı. Bu gün Akademiyada 10 min nəfər əməkdaş çalışır, burada 40-a yaxın elmi tədqiqat institutu fəaliyyət göstərir. Akademiyanın bir sıra muzeyləri var: Tarix muzeyi, Arxeologiya və Etnoqrafiya muzeyi, Ədəbiyyat muzeyi, Təbiətşünaslıq muzeyi və s. Akademiyanın nəzdində Milli Ensiklopediya fəaliyyət göstərir. Elmlər Akademiyasının iki böyük botanika bağı var. Eyni zamanda, akademiyanın böyük elmi kitabxanası var və yeni kitabxana binası tikilməkdədir. Elmlər Akademiyasının Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Azərbaycanın digər regionlarında filialları fəaliyyət göstərir. Bu, böyük bir təşkilatdır və statusuna görə Azərbaycanda elmin idarə olunması, elmin təşkili və onun yönləndirilməsi məhz AMEA tərəfindən həyata keçirilir. Keçən il Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanda elmin inkişaf strategiyası təsdiq olunub. Bu strategiyanın həyata keçirilməsi əsasən Elmlər Akademiyasına tapşırılıb”.
Beynəlxalq əməkdaşlığın AMEA üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan M.Kərimov Rumıniya nümayəndə heyətinin səfərini elm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da önəmli hadisə adlandırıb.
Sonra millət vəkili Asəf Hacıyev qonaqları təqdim edərək ümummilli lider Heydər Əliyevin xatirəsinə göstərilən hörmətə görə Nekulay Ontsanuya təşəkkür edib: “Buxarest şəhəri 4 sektora bölünür. Bunlardan ikinci sektorda ümummilli lider Heydər Əliyev adına möhtəşəm bir park salınıb. Ulu öndərin həmin parkda büstü qoyulub”.
Millət vəkili belə bir parkda çoxlu sayda insanın istirahət etməsini əsas gətirərək bunun Azərbaycanın təbliğinə kömək etdiyini bildirib. O, siyasi xadimlərin, elm və mədəniyyət adamlarının yer aldığı Rumıniya nümayəndə heyətinin səfərinin iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması baxımından faydalı olduğunu söyləyib.
Tədbirdə çıxış edən Buxarest şəhərinin II sektorunun meri Nekulay Ontsanu AMEA-nın prezidentinə və tədbir iştirakçılarına təşəkkür edib: “Rumıniya həqiqətən də Azərbaycanın dostudur. Bütün görüşlərdə də deyirəm və bir daha demək istəyirəm ki, Rumıniya istənilən beynəlxalq təşkilatda Azərbaycanı dəstəkləyir. Əmin olun ki, Azərbaycan xalqının və dövlətinin uğurları bizi də sevindirir. Eyni zamanda, biz Azərbaycanın gələcək iqtisadi və digər sahələrdə layihələri ilə də tanış olmuşuq. Biz Bakıda Yazıçılar Birliyində də çox görüşlər keçirdik. Azərbaycanın ən böyük elm mərkəzi olan AMEA-da olmaqdan da qürur duyuram”.
Rumıniyalı qonaq, həmçinin, bir neçə il əvvəl Prezident İlham Əliyevlə görüşünü xatırladaraq Azərbaycan dövlətinin başçısını Rumıniyada qarşılamaqdan fəxr duyduğunu bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının üzvlərinin müxtəlif beynəlxalq tədbirlərdə iştirakını diqqətlə izlədiyini söyləyib. O, həmçinin, əlavə edib ki, ümummilli lider Heydər Əliyev Rumıniyada tanınan insandır: “Buna görə də, Azərbaycan xalqının ümummilli liderinə olan hörmətin göstəricisidir ki, Buxarest şəhərində Onun büstünü ucaltdıq”.
Azərbaycanın güclü dövlətə çevrildiyini söyləyən rumıniyalı qonaq respublikamızda elm sahəsinə çox böyük önəm verildiyini vurğulayıb.
Rumıniya Elmlər Akademiyasının vitse-prezidenti Mario Sala isə hər zaman adını eşitdiyi ölkə olan Azərbaycanı yaxından görməkdən məmnun olduğunu bildirib və ölkəsinin əsas elm müəssisəsi barədə məlumat verib: “Rumıniya Milli Elmlər Akademiyası bu il 145 illik yubileyini qeyd etdi. Bizim Akademiyamız XIX əsrdə Avropa elmlər akademiyalarının yarandığı dövrdə meydana çıxıb. Rumıniya Elmlər Akademiyası (EA) yaranarkən onun 3 şöbəsi var idi”.
Onun sözlərinə görə, akademiya iki böyük inkişaf mərhələsindən keçib: “Bunlardan birincisi, 1948-ci ilədək olan mərhələ, ikincisi, 1948-ci ildən sonrakı dövrdür. Bu, həmin ildə EA-nın tərkibində elmi araşdırmalar mərkəzinin yaradılması ilə bağlı idi. Rumıniya EA-nın tərkibində 65 institut və 4 araşdırma mərkəzi var”.
M.Kərimova rumın dilinin lüğəti kitabını hədiyyə edən qonaq kitab barədə də qısa məlumat verib: “Rumın dili lüğətinin 37-ci nəşri çapdan çıxıb. Bu lüğətdə təxminən 2 min söz var. Kitaba baxsanız, orada Azərbaycan və ümumiyyətlə, türk dillərindən çoxlu sayda alınma sözlərin olduğunu görərsiniz”.
M.Sala iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnun olduğunu da bildirib.
Rumıniya Milli Elmlər Akademiyasının həqiqi üzvü Avqustin Bzura isə ölkəmizlə bağlı xoş təəssüratlarını dilə gətirib: “Azərbaycana səfərim mənə göstərdi ki, ölkənizdə elm və mədəniyyətin inkişafına dövlət səviyyəsində çox böyük diqqət ayrılır. Bu o deməkdir ki, rəhbərliyiniz ölkənin gələcəyini düşünür. Bu isə məni çox sevindirir. Bir ölkənin elmində, mədəniyyətində inkişaf yoxdursa, o ölkənin inkişafından, gələcəyindən danışa bilmərik. Rumıniya Elmlər Akademiyasının inkişafında da istər üzvlərinin, istərsə də, Rumıniyanın bir çox tanınmış alimlərinin böyük rolu olub. Əgər Rumıniya və digər ölkələrdə, elm, mədəniyyət sahəsində xüsusi diqqət olmazsa, ölkənin inkişaf etməsi çox çətin olar”.
O, iki ölkənin elm adamları və EA-ları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Rumıniya ilə Azərbaycan arasında elmi əlaqələrin inkişafında göstərdiyi dəstəyə görə Mahmud Kərimova hədiyyələr təqdim olunub.
Tədbiri yekun nitqi ilə başa çatdıran M.Kərimov Azərbaycanla Rumıniyanın bundan sonrakı əməkdaşlığı üçün hər cür şəraitin olduğunu bildirib: “Əsas odur ki, Azərbaycanda da, Rumıniyada da elmin inkişafına dövlətin böyük dəstəyi, qayğısı var. Rumıniya EA-da səfərdə olarkən məni akademiyanın yeni inşa olunan kitabxanasına apardılar. O zaman Rumıniyanın bir çox çətinlikləri, iqtisadi problemlərinin olmasına baxmayaraq, dövlətin kitabxana tikməsi ölkənin gələcəyinin çox işıqlı, parlaq olacağını göstərirdi. Bu gün biz onun şahidi oluruq ki, Rumıniya həm Avropanın tərkib hissəsidir, həm də müstəqil dövlət kimi sürətlə inkişaf edir. Mən çox şadam ki, Azərbaycanla siyasi, iqtisadi sahələrdə möhkəm əlaqələr qurulur və bir çox beynəlxalq məsələlərdə eyni mövqedən çıxış edirik”.
AMEA-nın prezidenti iki ölkə arasında elm sahəsində əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümid etdiyini bildirib.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

