2011-ci ilin birinci yarısında iqtisadiyyatda inkişaf meyilləri müşahidə olunub
14.07.2011 [06:59]
Azərbaycanda həyata keçirilən mükəmməl iqtisadi siyasət respublikamızın 2011-ci ilin birinci yarısını bütün makroiqtisadi parametrlər üzrə yüksək inkişaf templəri ilə başa vurmasına səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar ilin ilk yarısında ölkəmizin dinamik inkişafını daha da sürətləndirib və bütün iqtisadi sektorlarda yüksək artım indikatorları əldə olunub. Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib. ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva etmiş olur.
2011-ci ilin ötən 6 ayı ərzində Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, diversifikasiya siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafını sürətləndirən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib.
Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib ki, ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər uğurla həll olunub: “Bir sözlə, ölkəmizin ümumi inkişafı bu altı ayda çox uğurlu, dinamik olmuşdur. Yenə də deyirəm, bütün iqtisadi infrastruktur və sosial məsələlər öz həllini tapmışdır. İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində ilk dəfə olaraq, Azərbaycan büdcəsi - büdcə xərclərimiz 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir. Əlbəttə, bu, bizə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq”.
Qeyd edək ki, ötən 6 ayda əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul (üDM) 0,9 faiz artıb. üDM-in bütün bölmələrində artım meyilləri qeydə alınıb. Hesabat dövründə özəl sektorda və neftdən kənar sahələrdə pozitivlik daha çox nəzərə çarpıb. Qeyri-neft sektorunda artım 7,2 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə əhəmiyyətli dərəcədə yüksək göstərici deməkdir.
Bildirmək yerinə düşər ki, qeyri-neft sektorunun inkişafı hökumətin iqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmağa xidmət edən strateji məqsədlərinə nail olduğunu şərtləndirir. Dövlət başçısının qeyd etdiyi kimi, neftdən kənar sahələrin yüksək artım dinamikası, xüsusilə də, sənayenin qeyri-neft bölməsindəki aktivlik ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm effektiv nəticələr verdiyini təsdiqləyir: “Azərbaycanda qeyri-neft sektoru artmışdır. Artım 7,2 faiz təşkil etmişdir. Bu, əslində son illər ərzində apardığımız islahatların nəticəsidir. çünki əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaqdır”.
2011-ci ilin birinci yarısında əhalinin pul gəlirləri, orta aylıq əməkhaqqı, banklara qoyulan əmanətlərin həcmi artıb, digər sosial göstəricilərdə mühüm inkişaf meyilləri qeydə alınıb. Əhalinin real pul gəlirləri 17 faiz artıb, inflyasiya isə 8,8 faizə bərabər olub. Yəni, vətəndaşların gəlirləri istehlak qiymətləri indeksini 2 dəfə üstələyib ki, bu da onların sosial vəziyyətinin yaxşılaşmasına imkan verib. Yeri gəlmişkən, Prezident İlham Əliyev bir neçə ay əvvəl keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında müvafiq orqanlara pensiyaların artırılması və həmin sahədə mövcud olan uyğunsuzluqların aradan qaldırılması barədə tapşırıq vermişdi. Dövlət başçısının tapşırığına uyğun olaraq bu məsələ tam həll olunub və 900 min vətəndaşın sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar addımlar atılıb. Cənab Prezident bu tədbirlərin mühüm səmərə verəcəyinə əminliyini ifadə edib: “Azərbaycanda isə 900 minə qədər pensiyaçının pensiyası 40 faiz artmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün iqtisadi uğurlar bizə imkan verir ki, sosial sahədə daha da ciddi addımlar ataq. Mən əminəm ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması nəticəsində bir milyona qədər Azərbaycan vətəndaşı maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdıracaqdır”.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla reallaşdırılması ölkəmizin maliyyə qüdrətinin daha da yüksəlməsinə, valyuta ehtiyatlarının artmasına da əhəmiyyətli zəmin yaradıb. Artıq respublikamızın strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artaraq 38 milyard dolları ötüb. Xatırladaq ki, Avropanın və Amerikanın inkişaf etmiş əksər ölkələrində valyuta ehtiyatları aşağı düşüb. Azərbaycanın böyük həcmdə strateji valyuta ehtiyatları qarşıya qoyulan bütün proqramların - iqtisadi, sosial, hərbi, ekoloji, infrastruktur, investisiya və digər sahələr üzrə mühüm dövlət proqramlarının icra olunmasına dərin əsaslar yaradır. Eyni zamanda, valyuta rezervlərinin artması hesabına qeyd olunan sahələrə əlavə maliyyə mənbələrinin yönəldilməsi üçün güclü imkanlar mövcuddur.
Onu da qeyd edək ki, hesabat dövründə iqtisadiyyata sərmayə qoyuluşları da artmaqda davam edib. İstər daxili, istərsə də xarici sərmayələrin artım tempi infrastruktur və investisiya layihələrinin icrasının sürətlənməsinə, yeni-yeni layihələrin reallaşmasına imkan verir. Bunun nəticəsidir ki, son dövrlər Bakının qəsəbə və kəndlərinin, regionlardakı bütün yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmət növləri ilə təminatı daha da yaxşılaşır, həmin sahələrdə əlavə tədbirlər görülür. Eləcə də, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsaitlərin və güzəştli kreditlərin, subsidiyaların həcmi də çoxaldılır. ümumiyyətlə, dövlət başçısının bəyan etdiyi kimi Azərbaycan iqtisadiyyatının uğurla inkişafı qarşıdakı aylarda daha da sürətlənəcək. Hökumətin məqsədi isə insanların daha da yaxşı yaşamalarına nail olmaqdan ibarətdir: “Bizim siyasətimiz çox açıqdır. Həm xarici siyasət, həm daxili siyasət, iqtisadi və sosial məsələlərlə bağlı olan siyasətimiz bir məqsədi güdür ki, ölkəmiz daha da güclənsin, bölgədəki mövqeləri daha da möhkəm olsun, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Bizim bütün iqtisadi göstəricilərimiz gördüyümüz işlərin bariz nümunəsidir”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52

