II tura start verildi!
16.05.2023 [10:10]
Türk seçicisi “bölünmüş hökumət” istəməz
AK Partiyanın qələbə qazandığı seçkilərdə rekord seçici fəallığı
Türkiyədə keçirilmiş 14 may seçkiləri dünyanın siyasi gündəminin əsas müzakirə predmetidir. Bəlli olduğu kimi, ötən həftənin bazar günü Türkiyə seçiciləri ölkələrinin 13-cü prezidentini və 28-ci çağırış parlamentini seçmək üçün seçki məntəqələrinə gəliblər. Qeyd edək ki, ölkə başçısı olmaq uğrunda hazırki Prezident Rəcəb Tayyib Ərdoğan, Məhərrəm İncə (namizədliyini geri götürüb), Kamal Kılıçdaroğlu və Sinan Oğan mübarizə aparıb. Türkiyə üzrə ümumi parlament seçkilərinə isə 24 siyasi partiya və 151 müstəqil deputat namizədi qatılıb. Ölkə daxilində və xaricdə ümumilikdə 64 milyon 190 min 651 seçici var. İlkin hesablamalara görə, seçici fəallığı 88,92 faiz təşkil edib.
Türkiyə üçün bir ilk...
Qeyd edək ki, ümumi nəticələrə görə, Türkiyədə prezident seçkilərində ikinci tur keçiriləcək. Bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, Türkiyədə Prezident seçkiləri çərçivəsində ölkədaxili verilən səslərin 100%-i sayılıb. Nəticələrə əsasən, Prezident seçkilərində “Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49, 62%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,89%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədrinə isə seçicilərin 0,44%-i səs verib.
Qeyd edək ki, prezident seçkilərindəki ikinci tur Türkiyə üçün də bir ilk olacaq. Bununla bağlı məlumat verən Ahmet Yener vurğulayıb ki, növbəti tur üçün ölkə xaricində səsvermə mayın 23-də başlayacaq. Təbliğat kampaniyasına isə artıq start verilib.
Cumhur İttifaqı parlamentdə çoxluğunu qorudu...
Parlament seçkilərinin nəticələri isə Türkiyə Böyük Millət Məclisdəki balansı dəyişməyib. Nəticələrə görə, Məclisdə çoxluq yenə AK Partiya, MHP və Yeni Rifah partiyalarından ibarət Cumhur İttifaqına məxsus olub. İlkin nəticələrə görə, İttifaq 49,46 faiz səs qazanıb. Millət İttifaqı 35,02, Əmək və Azadlıq Alyansı 10,54, ATA İttifaqı 2,44, Sosialist Güc İttifaqı 0,29 faiz seçici etimadı əldə edib. Ayrı-ayrı partiyalara gəldikdə isə AK Partiya 35,58, CHP 25,33, MHP 10,07, IYI Partiya 9,69, Yaşıl Sol Partiya 8,81, Yeni Rifah Partiyası 2,82, Zəfər Partiyası 2,23, Türkiyə İşçi Partiyası 1,73, Böyük Birlik Partiyası 0,99, Məmələkət Partiyası isə 0,92 faiz səs qazanıb.
Qeyd edək ki, bu səs faizi ilə AK Partiya təxminən 270 deputat yeri qazanıb. MHP isə parlamentdə 52 deputatla təmsil olunacaq. Cumhur İttifaqının başqa bir üzvü Yeni Rifah Partiyası isə yenidən 5 mandata sahib olacaq. AK Partiya siyahılarından seçilən 3 HUDA PAR və 1 DSP üzvü də millət vəkili statusu qazanıb. Böyük Millət Məclisində 14 siyasi partiya təmsil olunacaq.
Türk seçicisi "bölünmüş hökumət” istəməz
AK Partiyanın qələbə qazandığı seçkilərdə rekord seçici fəallığı
Türkiyədəki seçkilər dünya mətbuatının da əsas gündəmini təşkil edib. Türkiyənin “Hürriyyət” qəzetinin yaydığı məlumata görə, 14 ?ay seçkilərini diqqətlə izləyən xarici mətbuat hazırk? Prezident Ərdoğanın seçicilərin etimadını qazandığını yazıb. İngiltərənin BBC və Associated Press (AP) xəbər agentlikləri Ərdoğanın üstün olduğunu xüsusi vurğulayıb. “The Economist” də Cumhur İttifaqının parlament seçkilərində mühüm üstünlük əldə etdiyini bildirib.
AFP xəbər agentliyi Türkiyənin ən əhəmiyyətli seçkisinin ikinci tura vəsiqə qazana biləcəyini bildirərək, Ərdoğanın gecə yarısı xalqın qarşısına alqışlarla çıxdığını ifadə edib.
Associated Press (AP) xəbər agentliyi isə St. Lawrence Universitetinin amerikalı doktoru Howard Eissenstatın fikirlərini yayıb. AP-yə verdiyi açıqlamada Eissenstat AK Partiyanın parlament seçkilərindəki uğurunun ikinci tur üçün hazırki Prezident Ərdoğana böyük üstünlük vəd etdiyi fikrində olduğunu deyib. Eissenstata görə, Türk seçicisi “bölünmüş hökumət” istəməz.
Türkiyədə gərgin yarışın ikinci turda davam edəcəyini yazan İngiltərənin “Teleqraf” nəşri səsvermədə rekord sayda seçicinin iştirak etdiyini bildirib. BBC telekanalı “Gərgin gecədən sonra Ərdoğanın üstünlüyü var” başlığı ilə tamaşaçılarının qarşısına çıxıb.
Britaniyanın “Ekonomist” qəzeti də Prezident Ərdoğanın rəqibindən irəlidə olduğunu yazıb. Nəşr CHP-nin qurduğu ittifaqın parlament seçkilərində cəmi 35% səs qazanmaqla daha pis nəticə göstərdiyini bildirib.
ABŞ-ın “Washington Post” qəzeti seçkinin Türkiyənin ən uğurlu siyasətçisi və iyirmi ildir şəriksiz liderlik edən Ərdoğan üçün mühüm sınaq adlandırıb. İlkin nəticələrə görə üstünlüyün Prezident Ərdoğana məxsus olduğunu vurğulayan CNBC bildirib ki, hazırki Prezident seçicilərin etimadına arxayın görünür. ABŞ-ın ən böyük media orqanı CNN isə seçkiləri üçüncü sırada başa vuran Sinan Oğanın səslərinin ikinci turda həlledici rol oynaya biləcəyini vurğulayıb.
Alman mediası da prezident Ərdoğanın qələbəsindən yazıb. Bildirilib ki, seçkilər ikinci tura qalsa da, Prezident Ərdoğan açıq favoritdir.
Aİ prosesi diqqətlə izləyir
Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə keçirdiyi mətbuat konfransında Türkiyədəki seçkilərdə müşahidə olunan seçici fəallığını yüksək qiymətləndirib. AK sədri Türkiyəni mühüm tərəfdaş adlandırıb və seçicilərin seçkilərdəki fəal iştirakının yaxşı xəbər olduğunu bildirib: “Bu, Türk xalqının seçkilərdə iştirak etmək, səs vermək kimi demokratik hüquqlarından istifadə etməkdə qərarlı olduğunun və demokratik təsisatlara dəyər verdiyinin bariz göstəricisidir. Bu, dünənki seçkilərdə böyük qələbədir. Seçkilər açıq şəkildə davam edir. Artıq ikinci tura baxmaq lazımdır, bu məsələ ilə bağlı bəyanatları çox diqqətlə izləyirik və seçkinin ikinci turunun necə nəticələnəcəyini görməliyik”.
Fon der Leyen ilə birgə mətbuat konfransında iştirak edən Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də prosesi yaxından izlədiklərini bildirib. Mişel də nəticənin necə olacağını yaxından izləyəcəklərini dilə gətirib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30

