Araik Arutyunyan İrəvana çağırılır
22.06.2023 [11:00]
Qarabağ separatçılarının başçısı necə gedəcək, necə gələcək...
Nardar BAYRAMLI
Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. İkinci Qarabağ müharibəsində məğlubiyyətə görə, erməni siyasi dairələri bir-birilərini ittiham edirlər. Hazırda isə Ermənistan parlamentində müharibədə məğlubiyyətin səbəblərini araşdıran istintaq komissiyası müəyyən şəxslərin dindirilməsini davam etdirir. Artıq iyunun 20-də komissiyada baş nazir Nikol Paşinyan dindirilib.
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının rəhbəri, istintaq komissiyasının sədri Andranik Köçəryan deyib ki, Ermənistan silahlı qüvvələrinin baş qərargahının keçmiş rəisi Onik Qasparyan 44 günlük müharibənin araşdırılması məqsədilə parlamentin istintaq komissiyasına dəvət edilə bilər: “Biz eyni adamları ikinci və ya üçüncü dəfə də çağıra bilərik. Məsələn, biz ikinci dəfə Arşak Karapetyanı dəvət etdik. Onik Qasparyanın komissiyada səsləndirdiyi sözlər Nikol Paşinyanın bəyanatı ilə ziddiyyət təşkil etmir”. Diqqət çəkən məqamlardan biri odur ki, Andranik Köçəryan istintaq komissiyasına Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın da çağırılacağını bildirib.
Məlumdur ki, aprel ayından etibarən Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi yaradıb. Qarabağdan Ermənistana və əks istiqamətə gediş-gəliş sərhədçilərimiz tərəfindən yoxlanılır. Belə olan halda, A.Arutyunyan Ermənistana necə gedə və qayıda bilər? Nəzərə alaq ki, Qarabağdakı erməni separatçılarının başçısı beynəlxalq axtarışa verilib. Üstəlik, bütün separatçıların başı dərddədir. Buna nümunə kimi separatçı rejimin keçmiş “dövlət naziri”, erməni milyarder Ruben Vardanyanın da Ukrayna tərəfindən beynəlxalq axtarışa verilməsini göstərmək olar. Vardanyanın adı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib. Bu barədə yayılan xəbərlərdə erməni iş adamının Ukraynanın milli təhlükəsizliyinə, sülhə, insan təhlükəsizliyinə və beynəlxalq düzənə qarşı fəaliyyət göstərdiyi, habelə digər qanun pozuntuları törətdiyi qeyd olunub.
Bununla yanaşı, Vardanyanın ən yaxın adamları Xankəndidən qaçmağa başlayıblar. Belə ki, Ermənistanda nəşr olunan “Joqovurd” qəzetinin yaydığı məlumata görə, Ruben Vardanyanın müşaviri Arman Hakobcanyan bugünlərdə Qarabağı tərk edib. Qəzet bununla bağlı Hakobcanyanın özü ilə də əlaqə saxlayıb. Sözügedən şəxs faktı təsdiqləyib. Lakin o, Qarabağdan necə və kimlərin köməyi ilə qaçdığı barədə danışmayıb. Qəzet yazır ki, Hakobcanyanın Qarabağdan Rusiya sülhməramlılarının maşınları vasitəsilə çıxarılması şübhə doğurmur.
Bütün bunların fonunda Arayik Arutyunyanın İrəvana istintaq komissiyasının iclasına gedəcəyi nə dərəcədə realdır? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Ermənistanda guya hansısa komissiyalar yaradılaraq əhalinin gözünə kül üfürülür. Hamı bilir ki, uzun illər Azərbayanın sülhlə bağlı çağırışları nəticəsiz qaldı. Nikol Paşinyan üçün əslində tarixi bir şərait yetişmişdi. O, bütün imkanlardan istifadə edərək özündən əvvəlki Sarkisyan və Koçaryan xuntasının səhvlərini düzəldə bilərdi. Amma biz gördük ki, Paşinyanın hakimiyyət dövründə daha çox aqressiv yanaşmalar müşahidə edilir.
Politoloqun fikrincə, bu gün 2020-ci il hadisələrini araşdıran komissiyaların heç bir hüquqi və siyasi əhəmiyyəti yoxdur: “Araik Arutyunyanın “dindirlməsi” də erməni xalqını aldatmaq prosesinin davamı sayıla bilər. Ola bilsin ki, onu hansısa onlayn “dindirməyə”, yaxud virtual açıqlamalara sövq etsinlər. Həmçinin sülhməramlıların hansısa maşınlarında dağ-dərə ilə onu daşıya bilərlər. Lakin bu gün Azərbaycan ordusunun, sərhədçisinin gözündən heç nə qaça bilməz. Araikin Xankəndidən çıxarılması böyük “risk” kimi dəyərləndirilə bilər. Paşinyanın belə bir məqamda Araikdən “imtina”sı real görünmür”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47

