/ / YAP Mərkəzi Aparatında Malayziyanın Birləşmiş Malay Milli Təşkilatının nümayəndələri ilə görüş keçirilib
YAP Mərkəzi Aparatında Malayziyanın Birləşmiş Malay Milli Təşkilatının nümayəndələri ilə görüş keçirilib
04.07.2023 [21:51]
İyulun 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında ölkəmizdə səfərdə olan Malayziyanın Birləşmiş Malay Milli Təşkilatının (UMNO) nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Malayziyanın Azərbaycan üçün dost ölkə olduğunu bildirib. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan YAP Sədrinin müavini Azərbaycanla Malayziya arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Tahir Budaqov qeyd edib ki, hər iki ölkə ikitərəfli əlaqələrlə yanaşı, Qoşulmama Hərəkatı çərçivəsində də fəal əməkdaşlıq edir. Eyni zamanda, Malayziya hər zaman Azərbaycanın haqq işini, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dövlət səviyyəsində bəyanatlar yayıb.
YAP Mərkəzi Aparatının rəhbəri qarşılıqlı səfərlərin önəminə toxunaraq iki ölkə arasında fəal siyasi dialoqun iqtisadi-ticari əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığını söyləyib.
Tahir Budaqov siyasi partiyaların əməkdaşlığının Azərbaycan-Malayziya işbirliyinin dərinləşdirilməsinə mühüm töhfə olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Bakıda YAP-ın ev sahibliyi ilə keçirilən ICAPP-ın bir sıra tədbirlərində, o cümlədən 2022-ci il noyabrın 22-də "Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu" mövzusunda xüsusi konfransında UMNO-nun da daxil olduğu Malayziyanın iqtidar koalisiyasında yer alan siyasi partiyaların nümayəndələrinin iştirak etməsi ikitərəfli və çoxşaxəli əlaqələrin inkişafına təkan verib. Tahir Budaqov parlamentlərarası əlaqələrin genişləndirilməsinin də əhəmiyyətindən bəhs edib və bu sahədə təmasların sıxlaşdırılmasının önəmli olduğunu vurğulayıb.
Yüksək diqqətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Malayziyanın Cohor ştatının naziri, UMNO Gənclər Birliyinin rəis müavini Mohd Hairi Bin Mad Shah Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edib. O qeyd edib ki, Malayziya Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir.
Mohd Hairi Bin Mad Shah hazırda 3 milyondan çox üzvü olan UMNO-nun fəaliyyəti haqqında məlumat verib və bu siyasi partiyanın Malayziyanın müstəqillik qazandığı 1957-ci ildən ölkənin əsas hakim partiyası olduğunu diqqətə çatdırıb. O, təmsil etdiyi təşkilatın Yeni Azərbaycan Partiyası ilə çoxşaxəli əlaqələrin qurulmasında və inkişafında maraqlı olduğunu bildirib. Mohd Hairi Bin Mad Shah YAP-ın gənclər siyasəti sahəsində təcrübəsinin onlarda xüsusi maraq doğurduğunu və bu istiqamətdə qarşılıqlı fikir mübadiləsinin aparılmasının böyük önəm daşıdığını vurğulayıb.
Görüşdə, həmçinin YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Malayziya xarici işlər nazirinin siyasi katibi Akmal Zharif Bin Ahmad Kamal və UMNO-nun Qadınlar Birliyinin kommunikasiyalar üzrə sədri Rosni Binti Zahari çıxış edərək partiyalar arasında münasibətlərin inkişafı və iki ölkə gənclərinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi ilə bağlı fikirlərini bildiriblər.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

