Paşinyanın “Nazeli düyünü”...
05.07.2023 [11:06]
Baş nazirin sözçüsünün “təkzib” oyunu...
İki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən Paşinyan, İrəvana qayıdanda tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan sonradan başqa hava “çalır”.
Ermənistan siyasi hakimiyyətinin hansı sözünə inanaq?
Məsələn, bir müddətdir ki, Ermənistanın siyasi rəhbərliyi ilə qondarma separatçı rejim arasında qəribə bir hal müşahidə edilməkdədir. Sonuncu dəfə Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını bildirən Ermənistan qondarma rejimlə heç bir əlaqəsinin olmadığını iddia edirdi. Hətta dövlətin aparıcı simaları, məsələn Alen Simonyan, Armen Qriqoryan, hətta baş nazir Paşinyan belə Qarabağın Azərbaycanın daxili işi olması faktını təsdiqləyirlər. Qondarma separatçılar isə Ermənistanı onları “unutmaqda” ittiham edir. Məsələn, qondarma rejimin “deputatı” Metaxe Akopyan bildirib ki, “Laçın dəhlizi”nin blokadasından sonra” Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan “həmkarı” Artur Tovmasyanla telefon əlaqəsi saxlamayıb. Simonyanın özü də Qarabağın Azərbaycanın ərazi olduğunu bir neçə dəfə etiraf edib.
Bağdasaryanın “özünütəkzibi”...
Amma deyəsən, Ermənistan hakimiyyətində kimsənin kimsədən “xəbəri” yoxudur. Ermənistanın baş naziri Nikol Paşinyanın ofisi hökumət rəsmilərinin qarabağlı həmkarları ilə əlaqəni kəsməsilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib. Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkədə bildirib ki, bu cür iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, baş nazir Paşinyan dəfələrlə “Dağlıq Qarabağ”ın “rəhbəri” Araik Arutyunyanla intensiv, gündəlik təmaslardan danışıb, sonuncu da bu məlumatı təsdiqləyib. Bağdasaryan ötən ilin sonunda “blokada”nın nəticələrini aradan qaldırmaq və humanitar böhranı həll etmək üçün Ermənistan hökumətində baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi ilə “işçi qrup”un belə yaradıldığını xatırladıb. Qrup “Dağlıq Qarabağ”ın “blokada” şəraitində təcili yardım tədbirlərinin hazırlanması və həyata keçirilməsi ilə məşğuldur.
Paşinyanın yolayrıcı...
Beləliklə, Ermənistanın ikiüzlü siyasəti növbəti dəfə ortaya çıxır. Bağdasaryan birbaşa Paşinyanın sözçüsüdür və sadə məntiqlə baş nazirin iradəsindən kənar fikirlər səsləndirə bilməz. Simonyanı “təkzib” etməklə isə o, özünün “rəhbəri” Paşinyanı çox biabırçı bir vəziyyətə salır. Bu isə o deməkdir ki,
- ya Paşinyan yenidən daxili auditoriyanın rəğbətini qazanmaq üçün bu kimi simulyasiyalara əl atır;
- ya separatçı rejimin “yaşamasını” istəyən və bunu maliyyələşdirən lobbi təşkilatlarının ianələrini əldə etmək arzusundadır;
- ya Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı sadəcə “blefdir”;
- ya da separatçı rejimi dəstəkləyən hansısa gücdən və ya dövlətdən qorxur - bu səbəbdən də, rejimlə əlaqələrini kəsmədiyini Bağdasaryanın dili ilə aktuallaşdırır.
Bütün hallarda Paşinyanın ikili oyun oynadığı bəllidir. Qeyri-səmimi davranışı, sülh prosesinin uzadılmasına xidmət edən “tryukları”, hətta sülhün pozulmasına yönəlik bəzi təxribatlar Paşinyanın yenidən “odla oynadığını” deməyə əsas verir. Erməni baş nazir özünü yol ayrıcına gətirib çıxarıb -o çıxıb özünün “sözcüsü”nü təkzib etməli və növbəti dəfə bəyan etməlidir ki, “Qarabağ Azərbaycandır!” və Azərbaycanın diqtəsi ilə ərsəyə gələn sülhü imzalamalıdır. Əks halda Azərbaycanın ərazi bütövlüyünü tanıya-tanıya bu kimi açıqlamaların verilməsi suveren ərazilərə müdaxilə kimi qiymətləndirilir. Bu isə Ermənistana qarşı beynəlxalq təzyiqin artmasına yol açacaq...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57

