“Vaqner” köçü...
04.08.2023 [11:30]
Belarusa gedən qruplaşma indi də Afrikaya can atır
İyun ayında Rusiyada baş vermiş “Vaqner” hadisəsi hələ də aktuallığını qoruyur. Xatırladaq ki, cəmisi iki gün çəkən “silahlı üsyan cəhdi” dayandırılmışdı - üsyan edən isə Vaqner Qrupu yaxud “Vaqner” ÖHŞ (Özəl Hərbi Şirkət) Rusiyada Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmə idi. Dünyanın bir çox ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri bildirilən qrupa daxil olan muzdlular Rusiyada dövlət çevrilişinə cəhd göstərmiş, Rusiya Prezidenti Putin isə 25 minlik ordusu ilə Moskvaya doğru yürüş edən “Vaqner”i xəyanətdə günahlandırmışdı. Hətta Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açılmışdı.
Amma iyunun 24-ü axşam saatlarında tərəflər arasında “sülh” yaradıldı. Belarus lideri Aleksandr Lukaşenkonun işə qarşıması və vasitəçiliyi ilə Priqojinin yürüşü başa çatdı. Priqojin “rus qanını tökməmək məsuliyyəti ilə” geri çəkildiklərini bildirdi. Razılaşmaya görə, silahlı birləşmənin Belarus ərazilərinə yerləşdirilməsi nəzərdə tutulurdu...
Belarusda axtarılırdı, Sankt-Peterburqda “tapıldı”...
Ötən dövrdə razılaşma müəyyən mənada yerinə yetirildi - artıq 10-a yaxın silah-sursat və ya şəxsi heyət karvanı artıq Belarus sərhədlərini keçib. Amma bu addımın irəlidə nələrə yol açacağı, bu planın və ya razılaşmanın altında hansı məqsədlərin yatması hələ də sirr olaraq qalır. Xüsusi olaraq vurğulanmalıdır ki, əsasən Qərb mətbuatı “Priqojin üsyanı”nın fərqli rakurslardan izahını verməyə çalışır. Amma son baş verənlər bir daha onu göstərir ki, irəli sürülən bəzi proqnozlar doğru çıxa bilər...
Məsələn, Yevgeni Priqojinin iyulun sonunda yayılan fotosu sosial şəbəkələrdə maraqla qarşılanmışdı. Belə ki, onun Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirak etdiyi məlum olmuşdu. O, sammitdə olan Mərkəzi Afrika ölkələrinin nümayəndələri ilə görüşmüşdü. İyunun sonlarında Rusiyada hərbi çevrilişə cəhd edən qruplaşmanın rəhbərinin qiyamdan sonra əvvəl Belarusa getdiyi deyilsə də, daha sonra Sankt-Peterburqda olduğu üzə çıxmışdı.
“Vaqner”lə bağlı yeni “proqnozlar”...
Təbii ki, baş verənlər ortaya bir sıra suallar çıxarıb - Qərb mətbuatı “Vaqner”lə bağlı bir sıra proqnozlar səsləndirir, onun gələcək perspektivini müzakirə edir. Priqojin isə hələ də yeni “iş yeri” axtarmaqdadır. O, Nigerdəki hərbi çevrilişi yüksək qiymətləndirib və ölkədə asayişi bərpa etmək üçün Nigerə “Vaqner” döyüşçülərinin göndərilməsini təklif edib. Priqojinin “Telegram” qruplarında yayılmış səs yazısında çevriliş “Niger xalqının keçmiş müstəmləkəçilərindən qurtulmaq üçün apardığı mübarizə” kimi xarakterizə edilib. “Keçmiş müstəmləkəçilər Afrika xalqlarını nəzarətdə saxlamağa çalışırlar. Bunun üçün bu ölkələri terrorçu və quldurlarla dolduraraq təhlükəsizlik böhranları yaradırlar”, - o deyib.
Priqojin “Vaqner” qrupunun belə vəziyyətlərlə mübarizə aparmaq üçün əlindən gələni edə biləcəyini söyləyib: “1000 Vaqner döyüşçüsü nizam yarada, terrorçuları məhv edə bilər. Dinc əhaliyə zərər vurulmasının qarşısı alına bilər”.
Qərbin “Şimal təhdidi”nə qarşı...
Bu çağırış Rusiyada uğursuz çevriliş cəhdindən sonra ölkəni tərk edən “Vaqner”in Afrikadakı mövcudluğunu saxlamaq niyyəti kimi şərh edilir. Belə ki, bəzi Qərb ölkələrinin “Vaqner”in Belarusa köç etməsindən narahat olduğu bəlli idi. Onlar bunu Avropaya təhdid kimi qiymətləndirirdilər. Hətta Belarusa qonşu bəzi dövlətlər gizli şəkildə sərhədə qoşun belə yığırdı. Qərb mətbuatı isə “Vaqner”in daha da qərbə tərəf “köçməsini” Prezident Putinin yeni planı adlandırırdı. Aparıcı siyasi mütəxəssislər vurğulayırlar ki, Rusiya bu yolla Qərbin Finlandiya və İsveçin timsalındakı “Şimal təhdidi”ni kompensasiya etməyə çalışır. “Vaqner” hər an Şərqi Avropa üçün yeni hücum planını həyata keçirə bilər...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

