Yan senatorlar “Parisi partladır”...
05.08.2023 [10:50]
Natali Qule ölkəsi adına üzr istədi...
Fransa bir ovuc maddiyat əsirinin maraqlarının oyuncağına çevrilib
II Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin regionda yaratdığı siyasi-hərbi vəziyyət yeni mənzərə formalaşdırdı. Artıq bütün dünya Azərbaycanın di?təsi ilə formalaşan bu yeni reallıqları qəbul edir, regiona münasibətdə artıq bu kontekstdən çıxış edirlər. Hətta uzun illər bu və ya digər şəkildə işğalçı Ermənistana, qondarma erməni separatizminə dəstək verən dövlətlər və beynəlxalq statuslu təşkilatlar belə seçim qarşısındadırlar - ya beynəlxalq hüququn, ədalət prinsiplərinin yanında yer almalı, ya da... Fransa kimi seperatizmi dəstəkləməli, terrorçu zehniyyətin yanında yer almalı, cinayətkar mühitin inkişafının tərəfdarı kimi çıxış etməli, sülhə mane olmalı...
Fransanın “qara ləkəsi”...
Artıq aylardır, illərdir ki, bu ölkə özünün ermənipərəst mahiyyətindən qurtula bilmir - bir zamanlar “Dağlıq Qarabağ münaqişəsi”nin tənzimlənməsində vasitəçi rolu oynamağa çalışan ATƏT-in “Minsk Qrupu”nun həmsədrlərindən olan Fransa ermənipərəst siyasətindən əl çəkmək niyyətində deyil. Fürsət düşdükcə, öz “bacısına” dəstək verməyə çalışan Paris çirkin əməllərindən əl çəkmir. Amma Fransanın ölkəmizə qarşı apardığı bütün kampaniyalar bumeranq effekti ilə üzünə çırpılır - ötən dövr ərzində yaşanan istər Frankofoniya, istərsə də BMT fiaskosu buna real sübutlardır. Azərbaycan öz yolunda inamla irəliləyir. Belə demək mümkündürsə, Fransanın etdikləri və ya etməyə çalışdıqları bizim üçün heç bir əhəmiyətə malik deyil. Amma, deyəsən, ölkəsinin bu utancverici və qeyri-demokrativ mövqeyi Fransanın bəzi vicdanlı insanlarına olduqca pis təsir edir. Belə insanlar bir ovuc “siyasətçinin”, erməni lobbisinin “əsirinə” çevrilmiş və pula satılmış şəxslərin ölkələrini biabır etməyə yönəlik fəaliyyətini ürək ağırısı ilə izləyir - həmin insanlar həqiqəti görür və təbliğ edir, sadəcə olaraq madiyyata uyaraq Fransanın imicinə qara ləkə yaxan “senatorlar”ı bu çikin yoldan çəkindirə bilmir.
“Mən Fransanın bu cür mövqe sərgiləməsinə görə üzr istəyirəm”
Məsələn, Fransa Senatının üzvü Natali Qule mətbuata açıqlamasında bildirib ki, Fransanın Qarabağla bağlı hazırki siyasəti erməni diasporunun təsir gücünün göstəricisidir. Bu, həmişə belə olub. Yəni, köhnə ssenari yenə də davam edir. Xanım Qule Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsinin hökumətə müraciət edərək Qarabağdakı qondarma rejimə dəstək verilməsi ilə bağlı tələb irəli sürmələrini qətiyyətlə qınayıb: “Fransadakı erməni diasporu sülh əleyhinə fəaliyyət göstərir. Onlar görmək istəmirlər ki, Ermənistan Ukraynanın legitim mövqeyinə qarşı Rusiyanı, dünyanın qalan hissəsinə qarşı İranı dəstəkləyir. Fransanın bu cür mövqe sərgiləməsi siyasəti dramatikləşdirərək, seçkilərdə erməni seçicilərdən səs toplamaq məqsədi daşıyır. Onlar həmçinin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün tarixi torpaqlarını tələb etməsini də dini müstəviyə daşıdılar. Guya ki, “yaxşı erməni xristianlar” “pis müsəlman azərbaycanlılara” qarşı mübarizə aparır. Mən Fransanın bu cür mövqe sərgiləməsinə görə üzr istəyirəm”.
Xanım Qulenin bu mövqeyi əsl vicdanlı və ədalətli bir insan mövqeyi olmaqla yanaşı, öz ölkəsini, dövlətini sevən bir vətəndaşın mövqeydir. N.Qule senator kimi bir sıra həqiqətləri görür və buna susmur:
- Fransa Ermənistanın haqsız mövqeyini dəstəkləməklə özünün beynəlxalq imicinə zərbə vurur;
- Rəsmi Paris qondarma separatçılara dəstək nümayiş etdirməsi beynəlxalq hüquqa qarşı hörmətsizlikdir;
- Azərbaycana qarşı haqsız kampaniyalar təşkil edən Fransa dünya ictimaiyyətini özünə qarşı qaldırır;
- Ən nəhayət, Fransanın bu qeyri-adekvat mövqeyi regionda sülhün formalaşmasına mane olur, bu isə öz növbəsində yeni qlobal iqtisadi münasibətlərə təhdid yaradır.
Hər zaman həqiqətləri söyləyən Qule...
Azərbaycan ictimaiyyətinə yaxından tanış olan, Nizami Gəncəvi Beynəlxalq mərkəzin üzvü Natali Qule hər zaman ölkəsində həqiqətləri deyən, dövlətinin milli maraqları kontekstində çıxış edən, beynəlxalq hüquqa qarşı hörmət nümayiş etdirən siyasətçi kimi tanınıb. Azərbaycanın dostu olan xanım Qule 2016-cı il aprelin 3-də, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların başlamasından bir gün sonra Ermənistanın hərəkətlərinin pislənməsini və Azərbaycana dəstək tələbi ilə BMT-yə müraciət edən ilk siyasətçi olub. 2020-ci il Vətən müharibəsi dövründə də N.Qule Azərbaycanı birmənalı şəkildə dəstəkləyib, qələbə münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Azərbaycana qarşı dost münasibətinin qarşılığı olaraq 2014-cü ildə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb.
Rəsmi Paris üçün üzqızardıcı hal...
Xanım Qulenin bu “üzrü” bir çox mətləblərdən xəbər verir. Fransa özünü demokratiyanın “beşiyi” olan ölkələrdən saysa da, atdığı addımlar heç də bunu təsdiqləmir. Beynəlxalq sənədlərə, konvensiyalara və razılaşmalara zidd olan, separatizmə dəstək verən bu ermənipərəst və birtərəfli mövqe ilə Fransa özünün dövlət maraqlarını zərbə altına qoyur. Demək ki, rəsmi Paris üçün öz dövlət maraqları erməni lobbisinin maraqlarının gerisindədir. Bu isə dövlət olaraq Fransa üçün üzqızardıcı haldır...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

