İki müraciət, iki keyfiyyət, iki səviyyə…
07.08.2023 [15:05]
Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar beynəlxalq aləmin diqqətini də özünə cəlb edir. Demək olar ki, bütün spektrlar üzrə - siyasi, iqtisadi hətta hərbi situasiya, aparılan danışıqlar və onun məzmunu, xalqların sülhə hazırlanması və ya hazırlıq səviyyəsi kimi detallar beynəlxalq gündəmdə tez-tez müraciət və müzakirə edilən mövzulardır. Beynəlxalq diqqətin səbəbi isə məlumdur – Cənubi Qafqaz qarşıdakı dövrdə yeni siyasi-iqtisadi nizamın əsas stansiyalarından biri kimi çıxış edəcək. Bu mənada, regionda formalaşacaq təhlükəsizlik arxitekturasının detalları hər kəs üçün maraq doğurur.
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsi yayımlandı. Eyni gündə telekanal Ermənistanın baş nazirinin də müsahibəsini yayımladı. Müsahibə əsasən danışıqlar prosesinə, gedişata iki tərəfin baxış bucağının müəyyənləşdirilməsinə xidmət edirdi. Bütövlükdə dünyada müsahibələrə maraq olduqca böyük idi. Hər kəs həm də ortadakı səviyyə fərqindən bəhs açırdı – Prezident İlham Əliyevin intellektual yanaşmaları, sülh və gələcəklə bağlı açıq və praqmatik fikirləri bütün dünyada hər zaman olduğu kimi təqdir edilirdi. Amma Ermənistan baş nazirinin yenə də rabitəsiz fikirləri, məsələyə yanaşmada qeyri-adekvat mövqe sərgiləməsi "göz oxşayırdı"….
Paşinyanın yadda qalan tək bir cümləsi var - o da qüsurlu…
Bu məsələ ilə bağlı fikirlərini bölüşən "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev sosial şəbəkədə "İki müraciət, iki keyfiyyət, iki səviyyə - Əliyev və Paşinyan nə dedilər?" başlıqlı post paylaşıb. Baş redaktor bildirib ki, bir neçə gün əvvəl məşhur “Euronews” televiziyasının müxbiri Şuşada Azərbaycan Prezidentindən, İrəvanda isə Paşinyandan geniş müsahibə götürmüşdü. Həcmcə böyük olan hər iki müsahibə “Euronews” məkanında yayıldı: "Deyə bilmərəm ki, hansı müsahibə zamanca əvvəl götürülmüşdü.Ancaq bəzi suallar hər iki liderə verilib və elə bu da cavabları müqayisə etməyə hədsiz maraq yaradıb... Eyniyyət təşkil edən bir suala hər iki liderin cavablarını müqayisə edək. Müxbir hər iki ölkə başçısına qarşı tərəfin xalqına nə kimi mesajlarınız var deyə sual edib. Sualda müxbirin insafən dərin məntiqə söykəndiyini danmaq mümkün deyil. Belə ki, müxbir "liderlər olaraq öz aranızda ünsiyyətdə olduğunuz üçün xalqlara nə demək istədiyinizi soruşmaq istəyirəm" deyib".
Əvvəlcə Paşinyanın cavabına və onun Azərbaycan xalqına müraciətinə toxunan A.Quliyev bildirib ki, erməni baş nazirin təxminən 40 - 50 cümləlik cavabının içində yadda qalan tək bir cümləsi var - o da qüsurlu. "Məsələn, dedi ki, həm Azərbaycan ictimaiyyəti, həm də Ermənistan ictimaiyyəti öz hakimiyyətlərindən sülh tələb etməlidir. Cavabın və mesajın yarımçıq olması öz yerində, üstəlik dediyim kimi həm də qüsurludur. Qüsur ondadır ki…
1. Paşinyan erməni xalqının sülh tələbini nəzərə almadığını açıb göstərir;
2. Ya da Paşinyan inzibati amirliklə erməni xalqının öz sülh tələbini ifadə etməsinə imkan vermir;
3. Paşinyan xalqların öz hakimiyyətlərindən sülh tələbinin zəruri olduğunu müharibədən əvvəl niyə dilə gətirmədi?
4. Xalqların öz hakimiyyətlərindən sülh tələb etməsindən əvvəl hakimiyyətlərin, ilk növbədə Paşinyanın öz xalqını sülhə hazırlaması lazımdır. Halbuki hazırlamır.
Əslində Paşinyan məsələni bu cür qoymaqla onu açmış olur ki, öz xalqına sülh mesajları verməkdən qorxur və sülh təşəbbüslərinin liderlərdən yox, cəmiyyətdən gəlməsini özünə çıxış yolu hesab edir. Ancaq əsil lider odur ki, həm öz xalqını dinləyə bilsin, həm də müharibənin və sülhün zamanını dəqiq müəyyənləşdirərək öz xalqını ona doğru yönəldə və toparlaya bilsin. Daha Paşinyan kimi xalqın rəyi arxasınca sürünmək yollarını axtarmasın", - deyə A.Quliyev bildirib.
Prezident Əliyevin Ermənistan ermənilərinə əsas mesaji…
Azərbaycan Prezidentinin həmin suala cavabına və erməni xalqına mesajlarına gəldikdə isə A.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev mesajlarını iki hissəyə bölüb - Qarabağ ermənilərinə bir müraciət etdi, Ermənistan ermənilərinə başqa müraciət etdi: "Görünür ki, Azərbaycan Prezidenti müxtəlif auditoriyalara müraciət etdiyinin fərqindədir və bu səbəbdən öz mesajlarını fərqli tezislərin üstündə qurdu. Həqiqətən də Ermənistan ermənilərinin və Qarabağ ermənilərinin siyasi motivasiya mənbələri oxşar deyil. Tək bunu deyək ki, Qarabağ ermənilərini yoldan çıxaran məhz "irəvanlılar" oldu. Qarabağ ermənilərinin siyasi motivləri İrəvandakı separatçılardan, İrəvanlıların isə Kremldən və Qərbdən aldıqları şübhəsizdir. Beləliklə, Prezident Əliyevin Ermənistan ermənilərinə əsas mesaji bu oldu - Azərbaycan sizin dövlətinizlə sülh istəyir. Mesajın mənası:
1.Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü guya tanımadığı barədə təbliğatlar yalandır və inanmayın.
2.Azərbaycanın guya yeni müharibəyə hazırlaşdığı barədə deyilənlər də yalandır.
3.Əgər Ermənistan da həqiqətən sülh istəyində olsa, bölgəmizə sülh və hüzür lap tez gələcək.
Azərbaycan Prezidentinin Qarabağ ermənilərinə mesajı şərti olaraq iki hissədən ibarət oldu:
1- ci hissə. Prezident Qarabağ ermənilərinin son 35 ildə gəldikləri yolun səhv olduğunu və separatçıların ziyanlı, faydasız ideologiyalarına uyduqlarını dedi.
2- ci hissə. Prezident ermənilərə 35 illik səhv yolun bundan sonrakı düzgün davamını da göstərdi.Azərbaycan konstitusiyasını qəbul etmək və Azərbaycandakı sayı onlarla olan digər milli azlıqlar kimi təhlükəsiz və təminatlı yaşamaq.
Göründüyü kimi, iki liderin qarşı tərəf xalqlarına iki mesajı məzmunca çox fərqlidir, mesajlarda iki səviyyə, iki çox fərqli keyfiyyət aydın görünür. Paşinyanın çağırışı ünvansız, yarımçıq və predmetsizdirsə, Prezident İlham Əliyevin mesajları yönəldici və mükəmməlliyi ilə seçilir. Məzmun və ifadə tərzlərindəki fərqlilik bu iki mesajın doğuracağı təsir və effektlərin də fərqli olacağını bu başdan təyin edir".
P. SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

