Öz gözündə tiri görməyib başqasında çöp axtaran İran...
29.12.2011 [18:54]
Müasir dünyada etiqad və əxlaqi baxımından kasad olan, adi insan hüquqları belə tapdalanan dövlətlərin özlərini digər ölkələrə etalon kimi təqdim etməsi, onların daxili işlərinə qarışması artıq adi hala dönüb. Hər addımbaşı insanların hüquqlarını pozmaq, daxildə etnik, irqi və dini diskriminasiyaya yol vermək, şovinizmi rəsmi siyasət səviyyəsinə yüksəltmək və s. bu kimi dövlətlərin ənənəvi fəaliyyətinə çevrilib. Dünyada qeyri-demokratik dövlət kimi tanınan bu ölkələr gözlərində tiri görməyib, başqalarında çöp axtarırlar. Belə dövlətlərdən biri də məhz əməllərilə İslam dininə, dinimizin müqəddəs dəyərlərinə kölgə salmağa çalışan, müsəlmanların düşmənlərilə sıx əməkdaşlıq edən İrandır...
Bu gün hər kəsə bəllidir ki, İran din faktorundan istifadə etməklə, bir sıra dövlətlərin, həmçinin, Azərbaycanın daxili işlərinə qarışır. Tehranın bu fəaliyyətdə əsas məqsədi isə sabit və dinamik şəkildə inkişaf edən, demokratik dəyərləri, insan amilini üstün tutan Azərbaycan kimi dövlətlərdə dini zəmində qarşıdurma yaratmaqdır. Bu yolla total böhran şəraitini yaşayan İran daxilindəki dini, irqi və etnik qarşıdurmanı qonşu ölkələrə transformasiya etməyə cəhd göstərir. Amma kamil cəmiyyətlər İranın bu addımını anlayır və vaxtında adekvat cavablar verməklə, Tehranın çirkin əməllərini beşiyindəcə boğur.
Lakin İran proseslərin bumeranq effektindən deyəsən bixəbərdir. Dinin ali dəyərlərinə əsaslanan vahid mənafeli cəmiyyət formalaşdırmağı bacarmayan İranın siyasi və dini dairələri başa düşmürlər ki, onlar, əslində, bu cür addımları ilə öz ölkələrini daxildən çürüdən vəbanın daha da genişlənməsinə yol açırlar. Artıq molla rejiminin cəmiyyətdə yaratdığı xof nəticəsində “qəfəsə salınmış” daxildəki saf inanclı müsəlmanlar həqiqəti görməyə başlayıblar. İrandan qonşu ölkələrə pənah aparan insanlar molla rejiminin gilyotonundan, dar ağaclarından, qamçılarından, həbsxanalarından və s. göz yaşı tökərək danışırlar. Hətta vəziyyət o dərəcədə ağırlaşıb ki, İran İslam Respublikasında molla rejiminin özbaşınalıqları, cəmiyyətdə hökm sürən total qorxu mühiti, insanların hüquq və azadlıqlardan məhrum olunması, hakimiyyətin öz vətəndaşlarına qarşı aqressiv davranışı və s. bu kimi məsələlər artıq bu ölkənin yüksək mövqe sahibi olan ruhaniləri tərəfindən də etiraf olunur.
Məsələn, Qum dini dairəsinin ruhanisi, Mübariz Ruhanilər Birliyinin üzvü ayətullah Seyid Məhəmməd Musəvi Xoeyniha Tehran Universitetinin tələbələri ilə görüşü zamanı bildirib ki, İran cəmiyyətində əxlaq və dini etiqadın səviyyəsi əvvəlki illərlə müqayisədə dəhşətli dərəcədə aşağı düşüb və tənəzzülə uğrayıb. O, vurğulayıb ki, hakimiyyəti tənqid edənlərə qarşı təzyiq, təhdid, böhtan, təhqir kampaniyasının təşkil edilməsi cəmiyyətdə əxlaqa yer qoymayıb: “ölkədə insana hörmətlə yanaşma, onun hüquqlarının təmin edilməsi artıq unudulub. İnsanlar yalnız qüdrət sahibləri olduqları və ya hakimiyyətə yaxın olduqları halda sayılırlar”.
Bununla yanaşı, İran hakimiyyəti İslamı özünün diskriminasiya, şovinist siyasətinin həyata keçirilməsi üçün bir vasitəyə çevirib. Ayətullah Seyid Məhəmməd Musəvi Xoeyniha bununla bağlı deyib ki, hakimiyyətdəkilər öz çirkin əməllərini əsaslandırmaq üçün müqəddəs Quranda kiminsə kimisə söydüyünü iddia edir, bununla da dindən maya tutur, dinin təlim-tərbiyə ilə bağlı qanunlarını istədikləri kimi təhrif edirlər: “Onlar öz bəd niyyətlərini həyata keçirmək üçün Allahın kitabını vasitəyə çeviriblər”.
Əslində, din insana yaradılışdan xasdır, insanın daxili aləmindən, mənəvi tələbatından, təbiətindən doğan Allaha inamdır. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil edib. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. Amma görünür, İran hakimiyyəti hələ də bu ali dəyəri anlaya bilməyib. İranın ruhani və siyasi dairələrinin İslam dinini alətə çevirməsi cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin deqradasiyasına və sonda cəmiyyətin parçalanmasına, mənəvi böhranın dərinləşməsinə gətirib çıxarır. Elə bu səbəbdəndir ki, bu gün İranda mənəvi-əxlaqi sahədə vəziyyət acınacaqlıdır.
ümumiyyətlə, İran rəhbərliyinin İslam dinindən siyasi alət kimi istifadə etməsini sübut edən başqa faktlar da var. Elə İran prezidenti M.Əhmədinejatın Ermənistana səfəri də bir daha göstərdi ki, İslami dəyərlər İranın dini və siyasi hakimiyyəti üçün manipulyasiya vasitəsidir. Necə ola bilər ki, İslam dövlətinin başçısı müsəlmanları kütləvi şəkildə qıran, məscidləri, qəbirləri yerlə-yeksan edən Ermənistana səfər edir, bilavasitə həmin proseslərdə fəal iştirak etmiş Serj Sarkisyanla qucaqlaşır, Ermənistan və ermənilər haqqında ağızdolusu təriflər səsləndirir. Əhmədinejat, hətta İran və erməni xalqlarını qohum hesab edir, ortaq maraqların irəli aparılmasının vacibliyini vurğulayır. Əgər İran özünü dünyaya təqdim etdiyi kimi həqiqi İslam ölkəsidirsə, nəyə görə, Əhmədinejatın Sarkisyanla çoxsaylı görüşlərində bir dəfə də olsun Zəngəzurda, Göycədə, İrəvanda, Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində məscidlərin, İslam abidələrinin yerlə-yeksan olunması, müsəlmanların qətlə yetirilməsi ilə bağlı məsələlər qaldırılmır?
Əhmədinejat, həmçinin, İranla Ermənistan xalqı arasında ortaq mədəniyyətdən dəm vurub. Əhmədinejat Ermənistana səfəri zamanı jurnalistlərlə görüşündə bildirib ki, biz qonşu və qohumuq və yanaşı yaşamalı, öz maraqlarımızı irəli aparmalıyıq: “Əməkdaşlığımızın genişləndirilməsində heç bir məhdudiyyət yoxdur”.
Əhmədinejatın İran və Ermənistan xalqlarının ortaq mədəniyyətə malik olması barədə bu fikirləri necə başa düşülməlidir? Bu halda ortaya cavabı gözlənilən bir sıra suallar çıxır: Məgər İranda yaşayan 30 milyon azərbaycanlı erməni cəlladları ilə eyni mədəniyyət daşıyıcıları ola bilərlərmi? İran və Ermənistan xalqlarının mədəniyyəti arasında paralellər aparmaq, ortaq dəyərlər müəyyənləşdirmək İslam dövlətinin rəhbərinə yaraşırmı? Bəs bütün dünyada İslamın müdafiəsi missiyasını üzərinə götürmüş İranın dini rəhbəri Ayətullah Xomenei, Azərbaycana qarşı gündə bir bəyanat verən İranın digər qatı mühafizəkar dindarları niyə susurlar? Axı 75 milyonluq İran əhalisinin 30 milyonunu azərbaycanlılar təşkil edir. Azərbaycanlıların öz dili və İslam dinindən qaynaqlanan mədəniyyəti var. Farslar, bəluclər, puştunlar, türkmənlər və digərləri də müsəlman olduğundan ortaq mədəniyyət formulu yaranmaqda idi. Amma ermənilər ayrı dinə və dilə məxsus etnos kimi İranda yaşayan xalqlarla ortaq mədəniyyəti paylaşa bilməz.
Bir sözlə, göstərilən amillər bir daha İranın əsl simasını açır. Artıq hər kəs anlayır ki, İranın siyasi və dini dairələri İslam dinindən alət kimi istifadə etməklə, öz çirkin əməllərini reallaşdırmağa çalışır. Bununla da, İran İslam dininin müqəddəs dəyərlərinə kölgə salır, xələl gətirir. Yaxşı olar ki, İran hakimiyyəti müsəlmanların düşmənlərinə kömək etmək əvəzinə öz daxilindəki mənəvi-əxlaqi böhranı aradan qaldırsın, insanlarda hakimiyyətə qarşı inam formalaşdırsın.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

