Fransanın neo-müstəmləkəçi siması BMT-də ifşa olunub
26.09.2023 [11:28]
Bakı Təşəbbüs Qrupunun ilə Bəyanat qəbul edilib
Xəbər verildiyi kimi, sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində BMT-nin qərargahında Baş Assambleyasının davam edən ümumi müzakirələri çərçivəsində “Müstəmləkəçiliyə son qoyulması: Sakit inqilab” adlı konfrans keçirilib. Konfrans Qoşulmama Hərəkatının (QH) bu il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılmış Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilib. Tədbirdə neo-müstəmləkəçilik problemi BMT müstəvisinə qaldırılıb və aparılan müzakirələrin sonunda Bəyanat qəbul edilib.
Azərbaycanın qlobal səviyyədə dəstəklənən təklifi
Qeyd edilməlidir ki, beynəlxalq platformalarda fəal iştirakı ilə seçilən Azərbaycanın Qoşulmama Hərəkatı müstəvisindəki fəaliyyəti olduqca uğurludur. Ölkəmizin qurumun prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də Azərbaycana böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə örüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ölkəmizin QH- sədrliyi nümunəvi olub. Buna görə də QH- üzv olan dövlətlər 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müraciət respublikamız tərəfindən qəbul olunub. Bu, dünyada ölkəmizə, onun Liderinə olan böyük inamın və etimadın ifadəsidir.
Azərbaycan QH çərçivəsində daim qlobal əhəmiyyət daşıyan təşəbbüslərlə çıxış edir. Qurumun Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı tədbir keçirilib. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib. Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər.
Fransa müstəmləkəçiliyinin kədərli izləri
Fransanın müstəmləkəçilik tarixinin 1524-cü ildən başladığı bildirilir. Fransa Afrikanın qərbində və şimalında 20-dən çox ölkədə hökmranlıq qurmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində Fransanın nəzarətində qalıb.
Lakin demokratik dəyərləri ilə öyünən Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə, ən qəddar vasitələrlə ram edilən ölkələr sivilizasiya ilə bir araya sığmayan mühafizəkar qanunlarla idarə olunub, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb. Fransa, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Tarixi sənədlərdə də öz əksini tapdığı kimi, 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımda 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Həmin əməliyyat zamanı yerli tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı isə rəsmi Parisdə siyasi böhrana səbəb oldu. Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çox sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərlə sonuclanıb. Bütövlükdə, Afrikada yerləşən Benin, Çad, Cibuti, Qabon, Qana, Kamerun, Komor adaları, Mavritaniya, Seneqal, Tunis, daha sonra Suriya, Livan zaman-zaman Fransa tərəfindən törədilən dəhşətli qırğınlara şahidlik edib. Fransanın ilk nüvə silahı da məhz Əlcəzairdə sınaqdan keçirilib. Fransa hələ 1945-ci ildən etibarən Afrikada Fransız Müstəmləkələri frankı (CFA) adlı pul vahidini dövriyyəyə buraxıb. Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Məlum olduğu kimi, Afrikanın Sahil regionu ölkələri, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub.
Bakıdan Nyu-Yorkadək
Müstəmləkəçilik siyasəti müasir dövrün tələbləri və çağırışları ilə bir araya sığmır. O cümlədən də Fransanın müstəmləkəçilik siyasətini indiki dövrdə neo-kolonializm formasında davam etdirməsi bu ölkə üçün son dərəcə utanvericidir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransanın neo-müstəmləkəçilik siyasətinə qarşı etirazları Bakıdan Nyu-Yorka - BMT müstəvisinə daşımağa nail olub. Cari ilin iyulunda Bakıda keçirilən tədbirin davamı olaraq BMT ofisində bəhs olunan konfransın keçirilməsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması olub. Tədbirdə Fransanın dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun təmsilçisi iştirak ediblər. Müstəqillik və millətçi hərəkatlarının nümayəndələri Fransa müstəmləkəçiliyindən tam azad olunanadək və müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirəcəklərini bəyan ediblər.
Daha sonra, konfrans iştirakçılarına yeni yaradılmış “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyinin fəaliyyəti ilə əlaqədar geniş məlumat verilib, Qoşulmama Hərəkatının koordinasiya bürosu tərəfindən müstəmləkəçiliyə qarşı təşkilatın öhdəliyi haqqında danışılıb, iştirakçılar tərəfindən təmsil etdikləri bölgələrdəki vəziyyətə dair çıxışlar edilib və dekolonizasiya mövzusu ilə bağlı iştirakçılar arasında geniş müzakirələr aparılıb.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

