Avropa Yayım Birliyindən BBC-yə növbəti zərbə...
13.01.2012 [23:59]
Məlum olduğu kimi, beynəlxalq arenada Azərbaycanın mühüm uğurları, əldə etdiyi qələbələr bəzi antiazərbaycançı dairələri ciddi surətdə narahat etməkdədir.
Təsadüfi deyil ki, Azərbaycan gənclərinin Avropanın bir nömrəli musiqi yarışması olan “Eurovision” mahnı müsabiqəsində qələbəsindən, bunun ardınca isə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən sonra həmin dairələr Azərbaycana qarşı geniş qara piar kampaniyası təşkil etdilər və ölkəmiz haqqında reallığa uyğun olmayan, qərəzli məlumatlar yaymağa başladılar. Bu sırada isə BBC xüsusi olaraq fərqləndi.
Belə ki, BBC başda olmaqla, bəzi Qərb KİV-ləri, həmçinin, Ermənistan mətbuatı davamlı olaraq “Eurovision-2012” mahnı müsabiqəsini siyasiləşdirməyə cəhd göstərir, bu məqsədlə müsabiqəyə aidiyyəti olmayan məsələləri qərəzli və əsassız şəkildə qabardırlar. Məsələn, onlar Bakı şəhərində həyata keçirilən yol, nəqliyyat və digər infrastruktur layihələrini, Bakı bulvarının genişləndirilməsi ilə bağlı tədbirləri, xüsusilə bayraq meydanı ətrafında aparılan işləri birbaşa “Eurovision”a hazırlıqla bağlayır və iddia edirdilər ki, guya “Eurovision” Azərbaycanda insan haqlarının pozulmasına səbəb olub. Qeyd etmək lazımdır ki, burada əsas məqsəd Azərbaycanın imicinə xələl gətirmək olsa da, əslində, onlar bütün “Eurovision” hərəkatını gözdən salırlar. Buradan isə belə bir nəticəyə gəlmək olur ki, siyasi informasiya manipulyasiyasına istinad etməklə BBC həm də bütövlükdə Avropaya qarşı çıxış edir. BBC-nin “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə qarşı geniş kampaniya aparması isə ona dəlalət edir ki, bəhs olunan qurum dolayısıyla transmilli aktorların strateji oriyentasiyalarına və maraqlarına müvafiq surətdə Avropanın ən mötəbər mədəniyyət müsabiqəsini informasiya manipulyasiyasının obyektinə çevirir. Bu isə BBC-nin fəaliyyət mexanizminin hansı prinsiplərə, oriyentasiyalara və maraqlara əsaslandığını bir daha aşkar edir.
ümumiyyətlə, BBC hər zaman konkret imperialist güclərin transmilli maraqlarına müvafiq media fəaliyyəti sərgiləyib. Transmilli media strukturu olan BBC-nin fəaliyyətində nəzərə çarpan başlıca hal informasiya manipulyasiyasıdır və buna görə də, çox zaman bəhs olunan qurum ideoloji təzyiq qrupu kimi səciyyələndirilməkdədir. Bundan başqa, BBC-nin fəaliyyətində müşahidə edilən başlıca reallıqlardan biri də müxtəlif dövlətlərə qarşı istifadə edilən şantaj vasitələridir. Belə ki, bəhs edilən qurum beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan milli dövlətlərə qarşı müxtəlif məsələlər ətrafında şantaj siyasəti həyata keçirir və bu sırada daha çox informasiya manipulyasiyasına, xüsusilə də qara piar komponentlərinə istinad edir.
Bütün bunlar bir daha ona dəlalət edir ki, BBC-nin fəaliyyət mexanizmi dünya siyasətində hegemon güclər qismində təmsil olunan milli aktorların informasiya siyasətinə xidmət edir. Daha da dəqiqləşdirsək, bəhs olunan qurumun fəaliyyəti yeni dünya düzəninin fonunda imperialist güclərin apardığı “informasiya savaşı”nın fonunda strateji “silah” və mexanizm qismində çıxış edir.
Yeri gəlmişkən, bu arada qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatı “Eurovision-2012”yə qarşı kampaniya təşkil etdiyinə görə Avropa Yayım Birliyinin BBC-yə xəbərdarlıq məktubu göndərəcəyi barədə məlumat yaymış, həmin informasiya Azərbaycan mətbuatında geniş müzakirə olunmuş, BBC-nin “Eurovision”a qarşı fəaliyyəti kəskin tənqid edilmişdi. Məsələyə dərhal aydınlıq gətirməyə çalışan BBC-nin Bakı bürosu isə yaydığı məlumatla daha çox elə BBC-nin informasiya siyasətini ifşa edib, onun materiallarının qərəzli, qeyri-obyektiv olduğunu təsdiq edib. BBC-nin Bakı bürosu Avropa Yayım Birliyinin anonim qalmaq istəyən rəsmisinə istinadən bildirib ki, BBC-yə xəbərdarlıq məsələsinin AYB-də müzakirə olunması ilə bağlı məlumat həqiqətə uyğun deyil: “AYB özü müsabiqənin keçirilməsi üçün Azərbaycan hökumətindən yeni məkanın tikilməsini xahiş edib. Azərbaycan hakimiyyətinə sorğumuza cavabda müsabiqə keçiriləcək Büllur Zalının (Crystal Hall) indiyədək boş sahədə tikiləcəyi bildirilib. Yaşayış binasının uçurulma planının əsas səbəbi, göründüyü kimi, Büllur Zalının inşası deyil. Hakimiyyət binanın şəhər infrastrukturunun yenidən qurulması və inkişafı üzrə geniş plan çərçivəsində uçurulacağını bildirib”.
Bununla da AYB rəsmisi Bayraq meydanının yaxınlığında yerləşən binanın sökülməsi və orada yaşayan şəxslərin köçürülməsinin “Eurovision”la bağlı olduğu barədə BBC-nin iddialarını təkzib edib.
Xatırladaq ki, bir müddət öncə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında bildirmişdi ki, Dövlət Bayrağı Meydanı ətrafında həyata keçirilən tədbirlərin “Eurovision” mahnı müsabiqəsinə və tədbir üçün müvafiq yerin hazırlanmasına heç bir aidiyyəti yoxdur. Şöbə müdirinin sözlərinə görə, bütün Bakıda, həmçinin, qeyd edilən ərazidə görülən işlər şəhərin əvvəlki illərdə pozulmuş infrastrukturunun yeniləşdirilməsini, yol, nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsini, həmçinin, Bakı bulvarının genişləndirilməsini nəzərdə tutan konkret layihələrin icrası ilə bağlıdır: “Təəssüf ki, müəyyən maraqlı dairələr “Eurovision”a aidiyyəti olmayan məsələləri məqsədyönlü şəkildə siyasiləşdirərək bu tədbirlə əlaqələndirilməyə cəhd göstərirlər və bəzi hallarda xarici KİV-lər də məsələni araşdırmadan onların əsassız məlumatlarının təsiri altına düşürlər”.
AYB rəsmisi isə BBC-yə bildirib ki, Avropa Yayım Birliyi siyasətə müdaxilə etmir: “Biz Azərbaycan hökumətinin işinə müdaxilə etsək, “Eurovision” müsabiqəsi əyləncə kimi yoxa çıxaraq başqa şeyə çevrilə bilər və bu da brendimizə ciddi xələl gətirə bilər”.
Göründüyü kimi, AYB “Eurovision”un siyasiləşməsinin yolverilməz olduğunu bəyan edir və belə halın müsabiqənin nüfuzuna ciddi xələl gətirəcəyi qənaətindədir.
Bütün bunların fonunda belə bir haqlı sual meydana çıxır: Görəsən BBC və “Eurovision-2012”yə qarşı kampaniya aparan digər media orqanları bundan nəticə çıxaracaqlarmı?! Əminliklə demək olar ki, belə qərəzli informasiya siyasəti davam etdirildiyi halda AYB öz təsir mexanizmlərini işə salacaq və BBC daha sərt təpki ilə üzləşəcək.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32

