F-16 qırıcılarına “maneə” aktiv deyil...
05.10.2023 [10:40]
Antitürk mövqeyində olan Bob Menendezin vəzifədən kənarlaşdırılması bu prosesə müsbət təsir edəcək
Türkiyə ilə ABŞ arasında F-16 qırıcı təyyarələrinə dair müzakirələr hələ də davam edir. Hələ bu ilin iyul ayında iki ölkənin liderləri telefon danışığında müzakirə etmiş və məsələnin həllində irəliləyiş olduğu bildirilmişdi. O zaman ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə məlumat vermişdi ki, Prezident Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Türkiyəyə F-16 qırıcılarının tədarükünün Birləşmiş Ştatların maraqlarına uyğun olduğunu deyib. Ankaraya döyüş təyyarələrinin tədarükü ilə bağlı vəziyyəti şərh edən Ceyk Sallivan qeyd edib: “Bayden açıq və ardıcıl şəkildə F-16-nın satışının müttəfiqlik və ikitərəfli ABŞ-Türkiyə münasibətləri üçün məqsədəuyğun olduğunu bildirib. Bu, bizim marağımızdadır”.
Lakin F-16 qırıcılarının Türkiyəyə verilməsində ən böyük maneələrdən biri ABŞ Konqresində antitürk mövqeyində olan qanunvericilərin mövcudluğudur. Qatı antitürk olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez həmişə bu prosesə əngəl olub. Amma onun bu yaxınlarda korrupsiyada ittiham olunaraq tutduğu vəzifəsindən istefa verməsi F-16-ların Ankaraya satışına yol aça bilər. Bu barədə ABŞ-da fəaliyyət göstərən “Atlantic Council” beyin mərkəzinin təhlilində F-16 müqaviləsinin ABŞ-Türkiyə münasibətləri üçün strateji əhəmiyyət kəsb etdiyinə və Menendezin Senatdan getməsi ilə Vaşinqton-Ankara əlaqələrinin inkişaf edə biləcəyi vurğulanıb. Təhlildə Vaşinqtonun Ankaraya F-16 satması ilə Türkiyənin İsveçin NATO üzvlüyünə razılıq verməsinin bir-biri ilə əlaqəli olduğu vurğulanıb, ən böyük riskin “Türkiyə və Konqresin sözügedən məsələlərdə qarşılıqlı fəaliyyət gözləntilərinin çıxılmaz vəziyyətə düşməsi” olduğu qeyd edilib: “Menendez qalmaqalı potensial dəyişiklik deməkdir, çünki Senatın Xarici Əlaqələr Komitəsinin sədri kimi o, xarici ölkələrə silah satışına təsirli veto hüququna malik idi və F-16-ların Türkiyəyə satışına qarşı olduğunu dilə gətirirdi”.
Məqalədə Bayden administrasiyasına çağırış və xəbərdarlıq edilib ki, “Türkiyə F-16-ların təhlükəsizliyini təmin edə bilməsə və döyüş təyyarələrini başqa yerdən almağa çalışsa, ABŞ və Türkiyə bir nəsil və ya daha uzun müddət davam edə biləcək müdafiə əlaqələrində daha geniş qırılma ilə üzləşə bilər”.
Onu da qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsində Menendesi əvəz edən demokrat senator Ben Kardin də Türkiyəyə F-16 satışı ilə bağlı açıqlamalar verib. Kardin məsələ ilə məşğul olacağını bildirib və komitənin F-16 satışı ilə bağlı qərarına Türkiyənin İsveçin NATO üzvlüyünü qəbul etməsindən başqa mövzuların da təsir edəcəyini bildirib. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ F-16 qırıcılarını hələ də Türkiyəyə verməməsinin əsas səbəblərindən biri süni əngəldir. Türkiyə regionda ABŞ-ın əsas NATO müttəfiqidir. Belə olan halda, erməni lobbisinin Konqresdəki nümayəndələrinin pozuculuq fəaliyyəti müttəfiqliyə böyük zərbə vururdu. Bu mənada, Bob Menendezin vəzifədən kənarlaşdırılması F-16 qırıcılarının Türkiyəyə verilməsi prosesini sürətləndirə bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

