"Eurovision-2012" bu müsabiqənin tarixində ən möhtəşəm yarışma olacaq
01.02.2012 [11:59]
Azərbaycan “Eurovision” mahnı müsabiqəsində ilk dəfə 2008-ci ildə təmsil olunub və cəmi bir neçə il keçməsinə baxmayaraq, ən yüksək nailiyyətlərə imza atmağı bacarıb. 2011-ci ildə Azərbaycan təmsilçilərinin bu möhtəşəm mahnı müsabiqəsində qalib gəlməsi bütün Avropanı şoka salmaqla yanaşı, həm də inkişaf edən, güclənən ölkəmizi, böyük potensialımızı, zəngin mədəni irsimizi beynəlxalq birliyə daha yaxından tanıtdırmaq üçün əlverişli fürsət idi. Azərbaycan uzun müddət bütün dünya mətbuatının dilindən düşmədi, hamı ölkəmizlə daha yaxından tanış olmaq üçün internetin imkanlarından yetərincə bəhrələndi.
Təbii ki, həmin dövrdən ötən bir ilə yaxın müddət ərzində dünya mətbuatında Azərbaycan haqqında çoxlu sayda material dərc olunub, televiziya reportajları hazırlanıb və yayılıb. Onların böyük əksəriyyətində Azərbaycanın inkişafı, böyük imkanları və parlaq perspektivi barədə kifayət qədər sanballı arqumentlər səsləndirilib, faktlar göstərilib. Bununla yanaşı, əvvəlcədən də ehtimal edilirdi ki, ənənəvi olaraq, Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr, xüsusilə də, Ermənistan və erməni lobbisi “Eurovision-2012”nin diskreditasiyası, gözdən salınması üçün var gücləri ilə çalışacaqlar. Bu ehtimal isə özünü çox gözlətmədi.
Bəzi xarici media mənsubları, bütün Ermənistan KİV-ləri, xüsusilə də, “Panorama.am”, “Times.am”, “tert.am”, “news.am” və digər internet resursları “Eurovision” mahnı müsabiqəsinə hazırlıqla bağlı ardıcıl şəkildə dezinformasiya xarakterli, qeyri-obyektiv, əsassız məlumatlar yaymağa başladılar. ölkənin daxilində isə “Azadlıq” qəzeti, “Demokratiya üçün musiqi” kampaniyasının təşkilatçıları (Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Siyasi Azadlıqlar uğrunda Siyasi Alyans və İnsan Hüquqları Uğrunda təşkilatı) “Eurovision-2012”yə qarşı xüsusi gözdənsalma kampaniyası təşkil etdilər.
“Azadlıq” qəzetində dərc edilən yalan materiallar erməni saytları tərəfindən tərcümə olunaraq tirajlandı.
“Demokratiya üçün musiqi” kampaniyasının təşkilatçıları xarici mətbuata açıqlamalar verir, ciddi cəhdlə Avropa Yayım Birliyinin mövqeyinə təsir göstərməyə və müsabiqənin Bakıda keçirilməsini əngəlləməyə çalışırdılar. Erməni saytları Azərbaycana qarşı açıqdan-açığa hücuma keçdiyini gizlətməsə də, yerli qrup öz niyyətini demokratiya və insan haqları məsələləri ilə pərdələyir. Antitəbliğat kampaniyasının əsas istiqamətlərinin identikliyi bu prosesin bir mərkəzdən idarə olunduğunu açıq göstərir. Misal kimi Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi və Bayraq Meydanı yaxınlığında doqquzmərtəbəli binanın sakinlərinin köçürülməsi ətrafında süni şəkildə yaradılan ajiotajı, gey-parad və guya Bakı şəhərinin küçələrində itlərin məhv edilməsi ilə bağlı təşkil edilən kampaniyaları göstərmək olar.
Əlbəttə, əsasında yalan, məkr, qərəz dayandığına və ümumi konturları aydın göründüyünə görə, bu kampaniya iflasa məhkum idi. üstəlik Avropa Yayım Birliyi rəsmilərinin bu müsabiqəni siyasiləşdirməmək haqqında çağırışları, bütün ölkələrdə seçim turlarının müvəffəqiyyətlə keçirilməsi və iştirakçı dövlətlərin sayının rekord səviyyəyə çatması öz sözünü deyirdi. Yanvarın 25-də “Eurovision-2012”nin möhtəşəm rəsmi təqdimat mərasimi isə sözün əsl mənasında antieurovision kampaniyasının iflası mərasiminə çevrildi.
Bununla yanaşı, görünür ki, erməni təbliğat maşını və onun informasiya təminatçısı funksiyasını yerinə yetirən “Azadlıq” qəzeti öz missiyalarını sona kimi yerinə yetirmək iddiasındadırlar. çünki, məhz, erməni saytları sönük şəkildə olsa da, antitəbliğat kampaniyasını davam etdirirlər. Məhz, “Azadlıq” qəzetində təqdimat mərasiminin əsassız və primitiv tənqidinə cəhd olundu. Həmçinin, bu qəzet Düsseldorfda keçirilmiş “Eurovision-2011”in təcrübəsini əsas gətirərək belə bir iddia ilə çıxış etdi ki, guya musiqi müsabiqəsi ilə bağlı Azərbaycana turist gəlməyəcək və s.
Təcrübədə isə görünən odur ki, Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq mərhələsi özünün ən qızğın dövrünə qədəm qoyub. ölkəmizə səfər edən müsabiqə rəsmilərinin fikrincə, Azərbaycan bu yarışmanın tarixində bir sıra yeniliklərə imza atacaq. “Eurovision” layihəsinin icraedici rəhbəri Yan Ola Sand qeyd edib ki, ötən illərdə müsabiqəyə qatılmayan ölkələrin builki yarışmada iştirakı yaxşı göstəricidir: “Bu həm də Azərbaycanda keçiriləcək yarışmaya marağın yüksək olduğuna işarədir. Hazırlıqlar da yüksək səviyyədə aparılır. Müsabiqə ilə bağlı gözəl ideyalar irəli sürülüb. Mən inanıram ki, müsabiqə çox möhtəşəm keçəcək”.
“Eurovision” mahnı müsabiqəsinin tədbirlər və kommunikasiya rəhbəri Sietse Bakkerin sözlərinə görə, müsabiqənin loqosu (“öz məşəlini alovlandır!”) inanılmaz şəkildə gözəldir: “Mən düşünürəm ki, bu “Eurovision” mahnı müsabiqəsi üçün çox müasir təqdimatdır və mən həqiqətən hesab edirəm ki, bu şüar və loqo “Eurovision” tarixində ən gözəli hesab edilə bilər”.
Bekkerin aşağıdakı fikirləri isə “Eurovision”a aidiyyəti olmayan məsələlərin siyasiləşdirilməsinə qarşı da aydın cavab kimi qəbul edilə bilər: “Bakıda aparılan tikinti işləri, xüsusilə Billur Sarayın tikintisi ölkənin paytaxtı abadlaşdırmaq üçün apardığı işlərə daxildir və bunun “Eurovision”la heç bir əlaqəsi yoxdur”.
Yeri gəlmişkən, müsabiqənin keçirildiyi yer də daxil olmaqla bir sıra texniki məsələlərin uğurla həll olunduğu da Bekkerin diqqətindən yayınmayıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti öz ölkəsinə daha çox “Eurovision” pərəstişkarı cəlb etmək üçün viza rejimini sadələşdirməklə bağlı tədbirlər görür. Dəyişikliklər yaxın həftələrdə elan olunacaq. Tədbir üçün bilet qiymətləri hələ ki, qərarlaşdırılmasa da, qiymətin münasib olacağı şübhə doğurmur.
Müsabiqənin tikilməkdə olan Billur Sarayda (Baku Crystal Hall) keçiriləcəyi bu günlərdə artıq rəsmi şəkildə təsdiqlənib. 23 min yerə malik saray izləyicilər və iştirakçılar üçün ən yaxşı məkan olacaq. Tikinti işini aparan “ALPINE Bau Germany AG” şirkətinin texniki direktoru Günter Vihinq bəyan edib ki, saray mahnı müsabiqəsinə kimi tam hazır olacaq: “Biz “Baku Crystal Hall”un bünovrəsinin tikintisinə avqustun ortalarında başladıq. Bu işlər sentyabrın sonunda başa çatdı və oktyabr ayında quraşdırma işlərinə başladıq. Zalın və damın quraşdırılması artıq başa çatıb. Hazırda şirkət kompleksin örtük işlərini həyata keçirir və fasadın işıqlandırılması üzərində işlərə başlayıb. Məkan may ayına qədər tam hazır olacaq”.
“ALPINE Bau Germany AG” şirkətinin layihə üzrə tərəfdaşı, İsveçrənin “Nüssli International AG” şirkətinin planlaşdırma işləri üzrə direktoru Rayner Kventser isə bildirib ki, bu cür möhtəşəm bir məkanın tikintisinin qısa müddət ərzində başa çatdırılması üç əsas komponentin paralel olaraq istehsal edilməsi, buraya gətirilməsi və quraşdırılması nəticəsində mümkün olub: “Bu komponentlər kompleksin özəyi olan “Modular Stadia”, daxili tavan və üst fasaddır. O, qeyd edib ki, “Baku Crystal Hall”un fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onun işıq saçan büllur görünüşü olacaq. “Fasad üzərində müxtəlif rənglərdə 45 minə yaxın işıq çalarları olacaq. Fasad özü də şou üçün istifadə olunacaq”.
“Eurovision” müsabiqəsinin səhnəsinin tərtibatı ilə məşğul olacaq “Brainpool” şirkətinin rəhbəri Jörg Graboschın sözlərinə görə, “Eurovision” müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycan üçün böyük fürsətdir ki, öz mədəniyyətini, ölkəsini Avropaya, bütün dünyaya tanıtsın: “çoxları Azərbaycanın Avropaya yaxınlığından, onun gözəl mədəniyyətinin olmasından xəbərsizdir. Deyərdim ki, builki “Eurovision” yarışması indiyədək keçirilən müsabiqələrin ən möhtəşəmi olacaq”.
Bir sözlə, “Eurovision”un keçirilməsinə məsul şəxslərin fikirləri bir daha sübut edir ki, Azərbaycan hökuməti müsabiqənin layiqli şəkildə keçirilməsi üçün üzərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirir. Bütün maneçiliklərə, problem yaratmaq cəhdlərinə baxmayaraq, “Eurovision-2012”nin bu müsabiqənin tarixində ən möhtəşəm yarışma olacağına əminlik böyükdür.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48

