Fransa Senatının sədr müavini YAP Gənclər Birliyinə cavab məktubu göndərdi
01.02.2012 [11:59]
Əlbəttə ki, bu etirazların ciddi əsasları vardır. çünki Fransa parlamentinin nə beynəlxalq hüququn prinsiplərinə, nə də Fransanın öz daxili qanunlarına uyğun olmayan bu addımını əsaslanadıracaq heç bir hüquqi və mənəvi dayaq yoxdur. Məlumdur ki, erməni diasporu və Ermənistan dövləti ittihamlara məruz qoyduğu Türkiyə ilə qarşılıqlı araşdırma və tarixi sənədlərin öyrənilməsi vasitəsilə iddialarını əsaslandıra bilməyəcəyini yaxşı anladığından bu məsələyə dair istənilən tədqiqata və beynəlxalq müzakirəyə qarşı çıxır. Belə olan halda, Fransa parlamentinin əlində hər hansı bir sübut olunmuş dəlil, razılaşdırılmış qərar olmadan belə bir qanunu qəbul etməsi, bu ölkənin qərəzli mövqeyindən xəbər verir. Sözügedən qanun eyni zamanda, Fransanın insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, söz və fikir azadlığı kimi ən təbii insan haqlarına hörmətlə yanaşıldığı ölkələrdən biri kimi tanınan imicinə ağır zərbə vurdu. Fransanın insanları tarixi hadisələrlə bağlı fikirlərinə görə cinayət məsuliyyətinə cəlb etmək istəməsi bu ölkənin bundan sonra hər hansı digər bir dövlətə “demokratiya dərsi” vermək, yaxud insan haqlarına hörmətlə yanaşmağa çağırmaq haqqını da əlindən alır. çünki Senatın qərarı istər-istəməz belə bir sualı meydana çıxarır: öz ölkəsindəki insanların hüquq və azadlıqlarını tapdalayan bir dövləti başqa xalqların pozulan hüquqları nə dərəcədə maraqlandıra bilər? Fransanın ermənipərəst mövqeyi və insan haqlarına laqeyd yanaşması, bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini də şübhə altına qoyur.
Məlum olduğu kimi, Fransa parlamentinin qəbul etdiyi bu sənədə Azərbaycan gəncliyinin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tərəfindən də kəskin etiraz bildirilib. Belə ki, bu ölkənin Milli Assambleyasında məlum qərar qəbul olunduqdan sonra YAP Gənclər Birliyinin üzvləri Fransa Senatına və hər bir senatora müraciət ünvanlamışdırlar. Həmin müraciətdə məqsəd həm Fransa Milli Assambleyasının “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul edilməsinə etirazı bildirmək, həm də Fransa Senatını ölkənin parlamentinin aşağı palatasının səhvini və ədalətsizliyini təkrar etməməyə səsləmək idi. Müraciətdə qeyd olunurdu: “Əgər sizi bizim müraciətin motivləri maraqlandırırsa, güman edirik ki, o tamamilə anlaşılandır. Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məqsədilə ATƏT-in yaratdığı Minsk qrupunun həmsədridir və biz gənc insanlar olaraq xalqımız üçün həlledici qərarın qəbul edilməsinə yardım göstərən ölkənin ədalətsiz addım atmasını arzu etmirik.
Açıq etiraf etmək istəyirik. Gənc insanlar olaraq Qarabağ münaqişəsinin taleyini həll etməli olan dövlətin nümayəndələrinin “ikili standartlar” prinsiplərindən davranması bizi çox narahat edir. Axı biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sizdən ədalətli mövqe gözləyirik. İnsanı inamına görə cəzalandırmaq cəhdini də başa düşə bilmirik. Gənc insanlar kimi biz haqqa, ədalətə inanırıq, xeyirxahlığa inanırıq, gələcəyə inanırıq və indi məlum olur ki, Fransada insanı nəyəsə inanmadığına görə cəzandırmaq istəyirlər. Keçmişdə insanlara Allaha inanmadığına görə cəza verirdilər. Sonralar bolşeviklər gəldilər və Sovet İttifaqında insanları Allaha inandığına görə cəzalandırmağa başladılar. Nə yaxşı ki indi bunların heç biri yoxdur”.
Müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində yüzlərlə günahsız dinc insanın qətlə yetirilməsi faktlarla da qeyd olunurdu. Eyni zamanda, belə bir inam ifadə edilirdi ki, Fransa Senatı insanı inamına görə cəzalandırmağa əsas ola biləcək qanunu qəbul etməyəcək. Amma gözlənilənlərin əksinə olaraq Fransa Senatı yanvarın 23-də uydurma “erməni soyqırımı”nı inkar edənlərə qarşı məsuliyyət müəyyən edən qanunu qəbul etdi və bununla da, demokratik dəyərləri ayaqlar altına atdığını bütün dünyaya göstərdi.
Bu hadisənin ardınca isə YAP Gənclər Birliyi yeni bir kampaniyaya - “Xocalı soyqırımını tanı!” kampaniyasına start verdi. Qeyd edək ki, bir neçə gün öncə başlanmış kampaniya çərçivəsində nüfuzlu beynəlxalq təşkilatlara, tanınmış siyasətçilərə, dövlət və hökumət nümayəndələrinə, parlamentarilərə Xocalı soyqırımını əks etdirən fotofaktlar və statistik göstəricilər ünvanlanması nəzərdə tutulur. İlk olaraq isə partiyanın Gənclər Birliyinin adından Fransa prezidenti Nikola Sarkoziyə, bu ölkənin parlamentinin yuxarı və aşağı palatasının-Senatın və Milli Assambleyanın, həmçinin, hökumətinin hər bir üzvünə fərdi qaydada “Xocalı soyqrımını tanı!” başlığı altında müraciət ünvanlanıb. Qeyd edək ki, fransız dilində Xocalı soyqırımı ilə bağlı faktları əks etdirən müraciətdə aşağıdakılar yer alıb: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə. Azərbaycan Respublikası, Xocalı Şəhəri.
Erməni hərbi birləşmələri Xocalı şəhərinə hücum etmişdir. Bu amansız hücumun nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülm və işgəncələrə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.
Əlavə xatırlatma: Azərbaycanın ərazisinin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bir milyondan yuxarı azərbaycanlı öz yaşayış məskənlərindən qovulmuş, minlərlə insan həlak olmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü BMT Təhlükəsizlik Şurasının 1993 - cü ildə qəbul etdiyi qətnamələrdə - 822, 853, 874, 884 - pislənmiş və işğal olunmuş ərazilərin azad olunması tələb edilmişdir. Münaqişənin sülh yolu ilə aradan qaldırılması məqsədilə 1992-ci ildə yaradılmış ATƏT - in Minsk qrupunun bu il 20 ili tamam olur. Ancaq hələ də Azərbaycanın işğal olunmuş torpaqları Ermənistan ordusunun nəzarəti altındadır. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Biz sizə müraciət edirik:
BƏS, SİZ, FRANSA QANUNVERİCİLƏRİ-SENATORLAR, PARLAMENTARİLƏR, HöKüMƏT üZVLƏRİ, XOCALI SOYQIRIMINA NƏ ZAMAN MüNASİBƏT BİLDİRƏCƏKSİZ? ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa Azərbaycanın işğal olunmuş torpaqlarının Ermənistan ordusundan azad edilməsini nə vaxt tələb edəcək?”.
Yeri gəlmişkən YAP Gənclər Birliyinin bu yöndəki fəaliyyəti öz nəticəsini verməkdədir. Belə ki, partiyamızın gənclərinin yanvarın 19-da Fransa Senatına və hər bir senatora ünvanladığı müraciətə Fransa Senatının sədr müavini Jan-Klod Karl artıq cavab verib. Cənab Jan-Klod Karlın cavab məktubunda qeyd olunur: “Qanunla tanınmış soyqırımların inkarının cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin ötən 23 yanvar tarixində Senatın açıq seansında müzakirəyə çıxarılması ilə bağlı yazdığınız məktubunuzu aldım və buna görə sizə təşəkkürümü bildirirəm.
Əmin ola bilərsiniz ki, mən 3 səbəbə görə yersiz və lazımsız hesab etdiyim həmin qanun layihəsi barədə sizin mövqeyiniz və müşahidələrinizlə böyük diqqətlə tanış oldum. Mənə gəldikdə, öz adımdan onu deyə bilərəm ki, mənə aşağıdakı 3 səbəbə görə yersiz və lazımsız görünən qanun mətninə səsvermədə iştirak etməmişəm.
Ən birinci, tarixə qiymət verilməsi Fransa Parlamentinin işi deyil. Bu tarixçilərdən ibarət bir missiyanın işidir və mən hesab edirəm ki, beynəlxalq səviyyədə olan tarixçilər qrupunun olması məqsədəuyğun olardı. Digər tərəfdən, hal-hazırda, bizdə mövcud olan qanunvericilik və konstitusional baza neqasionistləri cəzalandırmağa imkan verir.
Nəhayət, Fransa parlamentinin təcili hərəkət etməli olduğu məsələlər yaddaş üçün qanunların qəbul edilməsi deyil. Mənə ünvanlanan məktubda ünvanları göstərilməyən digər dostlarınıza da bu mövqeyi çatdıracağınız üçün sizə təşəkkürümü bildirirəm.
Məktubu alacağınız ümidi ilə, sizə xüsusi ehtiramımı ifadə edir və sizi hər an dinləməyə hazır olduğumu bir daha bildirirəm”.
Nardar Bayramlı
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48

