/ / Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb
17.02.2012 [23:49]
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda aparılan uğurlu islahatlar, siyasi-iqtisadi sabitliyin bərpa olunması, siyasi sistemin möhkəmləndirilməsi sürətli iqtisadi inkişafla nəticələnib, ölkəmizə böyük həcmdə investisiyalar qoyulub. Zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Azərbaycan Prezidenti qeyd edib ki, iqtisadi inkişafın dinamikası qarşıya qoyulan bütün məqsədlərə çatacağımızı nümayiş etdirir.
ölkəmizin qazandığı nailiyyətlərin təməlində düşünülmüş siyasətin dayandığını deyən Prezident İlham Əliyev xarici siyasətimizin uğurlarından danışarkən Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini bildirib. Dövlətimizin başçısı bu gün dünyada Azərbaycana böyük inamın, etimadın olduğunu vurğulayıb, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin bu baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib. Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq təşkilatlar, o cümlədən NATO ilə uğurlu əməkdaşlığını qeyd edib.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha ölkəmizin mövqeyini diqqətə çatdırıb. Bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Sonra üzv ölkələrin NATO yanında daimi nümayəndələri çıxış ediblər. Onlar təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.
Daimi nümayəndələr Azərbaycanın NATO ilə əməkdaşlığına toxunaraq ölkəmizin Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakını yüksək qiymətləndiriblər. Bildiriblər ki, təmsil etdikləri ölkələr Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir.
çıxış edənlər Azərbaycanın iqtisadi inkişafını vurğulayaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunun önəmini qeyd ediblər.
Sonra Prezident İlham Əliyev daimi nümayəndəliklərin rəhbərlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu və digər məsələlərlə bağlı suallarına cavab verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

