Azərbaycan GUAM-a sədrlik edəcək
05.12.2023 [10:20]
Ölkəmiz digər beynəlxalq platformalar kimi GUAM çərçivəsində də fəal siyasətini davam etdirir
Nardar BAYRAMLI
2024-cü ildə GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək. Bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasından məlumat verilib. Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşma prioritet məsələlər olub.
2020-ci ildə Azərbaycanın sədrliyi dövründə prioritet istiqamət enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi olub. Azərbaycan yanvarın 1-dən GUAM-a sədrlik edəcək.
Qeyd edək ki, GUAM Məşvərət Forumu 10 oktyabr 1997-ci ildə Avropa Şurasının Strasburq şəhərində keçirilmiş Zirvə Görüşündə iştirak çərçivəsində yaradılıb. 23 may 2006-cı ildə Kiyevdə keçirilmiş Zirvə Görüşündə iştirakçı dövlətlərin dövlət başçılarının GUAM nizamnaməsini imzalamaları ilə GUAM təşkilat statusuna sahib olub. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna GUAM-ın təsisçiləri və hazırkı üzv-dövlətləridir. Demokratiyanın inkişafı, iqtisadi inkişaf, təhlükəsizlik və sabitlik GUAM-ın əsas məqsədləri sırasındadır və üzv dövlətlər bu istiqamətdə fəal əməkdaşlıq edir. İqtisadi əməkdaşlığın ticarət, nəqliyyat, gömrük, turizm, texnologiyalar kimi sahələri GUAM çərçivəsində əməkdaşlığın prioritet istiqamətləridir. GUAM Azad Ticarət Sazişi və GUAM Nəqliyyat Dəhlizi təşkilat çərçivəsində ən vacib layihələrdir.
Təşkilatın Nizamnaməsinə uyğun olaraq, GUAM çərçivəsində əməkdaşlıq aşağıdakı mexanizmlər tərəfindən aparılır: Dövlət və Hökumət Başçıları Şurası; Xarici İşlər Nazirləri Şurası; Milli Əlaqələndiricilər Şurası; Daimi Nümayəndələr Şurası və Katiblik. GUAM çərçivəsində sahəvi əməkdaşlıq ticarət, nəqliyyat, gömrük, turizm, enerji, fövqəladə hallar, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, təbii fəlakətlərin idarə olunması, təhsil, mədəniyyət, elm və texnologiya və s. kimi işçi orqanlar tərəfindən aparılır. GUAM İşgüzar Şurası və GUAM Parlament Assambleyası GUAM-ın əlaqədar təşkilatlarıdır. GUAM katibliyi nizamnaməyə əsasən Kiyev şəhərində yerləşir. Altay Əfəndiyev təşkilatın baş katibidir.
Təsisçi üzv dövlət olaraq, Azərbaycan Respublikası GUAM çərçivəsində fəal əməkdaşlıq edir və təşkilatın daha aktiv quruma çevrilməsi təşəbbüslərini dəstəkləyir. Azərbaycan ticarət, nəqliyyat, gömrük, enerji, turizm, texnologiyalar və kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı fayda əsasında əməkdaşlığa xüsusi önəm verir, ticarət və nəqliyyatın asanlaşdırılması və rəqəmsallaşdırılması üzrə layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır.
Azərbaycan 2007-2008, 2012, 2016 və 2020-ci illərdə GUAM-da sədrlik etmişdir. Prioritet istiqamətlərinin ticarət və nəqliyyat müəyyən edildiyi sonuncu sədrlik proqramı COVID-19 pandemiyasına baxmayaraq, çox sayda onlayn görüş, müzakirə və qərarların qəbul edilməsi ilə həyata keçirilib. Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri eyni zamanda ölkəmizin GUAM yanında daimi nümayəndəsidir.
Azərbaycanın GUAM-a növbəti sədrliyi təşkilatın işinin güclənməsinə nə dərəcədə təsir edə bilər? GUAM ötən illər ərzində önəmli beynəlxalq platforma kimi özünü təsdiq edib. Təşkilata üzv olan dövlətlər arasında bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan, GUAM-Azərbaycan əlaqələri və GUAM çərçivəsində Azərbaycanla digər üzv ölkələr arasında münasibətlərin inkişaf tendensiyası aydın göstərir ki, təşkilatın yaranması müxtəlif sahələrdə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi baxımından vacib addım idi. Azərbaycan GUAM formatında ən çox fəallıq nümayiş etdirən ölkələrdən biridir. Belə ki, Azərbaycan zəngin enerji resurslarına malik olmaqla, enerji daşıyıcılarının əlverişli və təhlükəsiz marşrutlarla dünya bazarına çıxarılması istiqamətində xüsusi fəallıq nümayiş etdirir, dünyanın ayrı-ayrı güclü ölkələri ilə enerji sahəsində konstruktiv əməkdaşlıq qurur. Eyni zamanda, üzv ölkələri bu təşkilatda birləşdirən vacib amillərdən biri dövlətlərin ərazi bütövlüyü ilə bağlı üzləşdiyi problem olmuşdu. GUAM üzvləri bütün beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Və bu gün də dəstəkləməkdə davam edir.
Azərbaycanın GUAM-a sədrliyi təşkilata üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığın inkişafı perspektivləri diqqət mərkəzində ola bilər. Həm ikitərəfli, həm də GUAM çərçivəsində əlaqələrimizin daha da inkişafı üçün ciddi potensial mövcuddur. Ölkəmiz bundan sonra da digər beynəlxalq platformalar kimi GUAM çərçivəsində də fəal siyasətini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

