Ermənistanda seçkiqabağı gərginlik getdikcə artır
29.03.2012 [23:41]
Məlum olduğu kimi, işğalçı Ermənistan növbəti parlament seçkilərinə hazırlaşır. Artıq yerli və xarici müşahidəçilər bununla bağlı çeşidli fikirlər səsləndirməkdədirlər. Bütün bu fikirlərdə vurğulanan ümumi məqam isə ondan ibarətdir ki, may ayında keçirilməsi planlaşdırılan seçkilər işğalçı ölkə üçün müsbət heç bir şey vəd etmir. Əksinə, bu seçkilərdən sonra Ermənistandakı durumun daha da ağırlaşacağı kimsədə şübhə doğurmur. Əslində, seçki öncəsi işğalçı ölkədə cərəyan edən proseslər də ehtimalların əsassız olmadığına işarə edir. Belə ki, Ermənistan KİV-in məlumatına görə, seçkilər yaxınlaşdıqca işğalçı ölkədə ictimai-siyasi durum daha da gərginləşir və siyasi subyektlərarası mübarizə destruktiv olaylarla müşayiət olunur. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu olayların mərkəzində Ermənistanda hakimiyyət başında olan qüvvələrin və onlara yaxın dairələrin çirkli maliyyə əməliyyatları, həmçinin, digər bu kimi qaranlıq işləri dayanır. Belə ki, erməni mətbuatında istər proporsional, istərsə də majoritar sistem üzrə namizədliyini irəli sürmüş və hakimiyyətə yaxın şəxslərin qələbəsi üçün hakim Ermənistan Respublikaçılar Partiyasının, həmçinin, digər iqtidaryönümlü partiyaların rüşvət şəklində pul paylamağa hazırlaşdıqlarına, hətta, bu istiqamətdə ilkin addımların da atıldığına dair məlumatlar yayılır.
Seçki ərəfəsində Ermənistan hakimiyyəti ciddi ictimai qınaq hədəfində
Bu cür məlumatlarda qeyd olunur ki, erməni ictimaiyyətini aldadan hakim siyasi qüvvələr seçkiqabağı kampaniyalarını qeyri-şəffaf mənbələrdən maliyyələşdirir və özlərinə sərfəli namizədləri satın alırlar. Eyni zamanda, Sarkisyan hakimiyyətinə yaxın olan Ermənistanın kriminal-oliqarx sinfinin nümayəndələri parlamentdə daha çox yerə sahib olmaq üçün bütün çirkin vasitələrdən istifadə etməyə hazır olduqlarını nümayiş etdirirlər. Belə ki, məlumatlara görə, Ermənistanın kriminal-oliqarxları dövlətin adından istifadə edərək külli miqdarda kreditlər alırlar. Həmin pullar isə xalqın ehtiyacları üçün deyil, parlamentdə çoxluğu təmin etmək üçün xərclənəcək.
Təbii ki, bütün bunlar Ermənistan hakimiyyətini ciddi ictimai qınaqla baş-başa qoyur. Məsələn, martın 27-də Yerevanda keçirilən mətbuat konfransında “Azad Demokratlar” partiyasının sədr müavini Anuş Sedrakyan bəyan edib ki, Ermənistan Respublikaçılar Partiyasının seçki kampaniyasına ayırdığı maliyyə vəsaitinin ölkədəki ağır iqtisadi vəziyyətin yaxşılaşmasına, həmçinin, cəmiyyətdə artan sosial narazılığın və miqrasiyanın aradan qaldırılmasına heç bir aidiyyəti yoxdur: “ölkədəki ağır duruma baxmayaraq, bütün sorğularda hakimiyyətin reytinqi yüksək olur. Lakin bu, əksinə olmalıdır. çünki bütün normal ölkələrdə hökumət qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlmədiyi halda, müxalifətin reytinqi artır”.
O qeyd edib ki, başqa ölkələrdən fərqli olaraq, Ermənistanda böhran əhalinin sosial cəhətdən zəif təbəqəsinə daha çox zərbə vurub: “Ermənistanda vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı sosial zəmanət mexanizmi yoxdur. Bu barədə qanunlar yazılır və qəbul olunur, lakin reallıqda tətbiq olunmur. Hökumət iddia edir ki, Ermənistanda korrupsiya, inhisarçılıq yoxdur, eləcə də, vəsaitlərin müəyyənləşdirilməsində, biznes sahəsində, maliyyə axınında heç bir problem mövcud deyil. Əksinə göstərdiyim problemlər həmin amillərin üzə çıxmasına səbəbdir”.
“çiçəklənən Ermənistan” Partiyası seçki rüşvətxorluğu üzrə liderdir
Müxalifətçi “İrs” partiyasının parlament fraksiyasının deputatı Anait Baxşyan isə may ayının 6-da keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürdüyü 12 saylı majoritar seçki dairəsindəki rüşvətxorluq halları ilə bağlı faktları ictimaiyyətin diqqətinə çatdırıb. Onun sözlərinə görə, “Şenqavit” cəmiyyətində, xüsusilə də, Manandyan küçəsində “Ayvaz ləqəbli Arsen deyilən bir şəxs” hakim Respublikaçılar partiyasının adından vətəndaşlara 8 min dram (təxminən 21 ABŞ dolları) məbləğində rüşvət təklif edir. Eyni adlı küçədə yerləşən seçkiöncəsi qərargahda koalisiya partiyası olan “çiçəklənən Ermənistan”ı təmsil edən Volodya adlı bir şəxs isə 13 min dram (33 ABŞ dolları) məbləğində rüşvət təklif edir.
Baxşyan əlavə edib ki, Manandyan küçəsində yerləşən bütün ali təhsil məktəblərində çalışan müəllimlərə tapşırılıb ki, həmin təhsil müəssisələrində təhsil alan tələbələrin valideynlərinin telefon nömrələri və şəxsiyyət vəsiqələrindəki məlumatlar Respublikaçılar partiyası tərəfindən hazırlanmış xüsusi vərəqələrdə qeyd olunsun: “Bu haqda mənə məlumat verilib, lakin bunun canlı şahidi olmamışam. Deputatlığa namizəd kimi mən bu cür qanunazidd hallara diqqəti yönəltməyə çalışacam”.
Bu barədə ona məlumat verildiyini deyən deputatlığa namizəd əlavə edib ki, əgər bu cür hallara yol verən şəxsi aşkar edərsə, həmin şəxs barədə bütün məhkəmə instansiyalarına müraciət edəcək.
Qeyd edək ki, həmin seçki dairəsindən Anait Baxşyanın rəqibləri müxalifətdə olan “Daşnaksütyun” partiyasının namizədi Karlen Qevorqyan, “çiçəklənən Ermənistan” partiyasından namizəd (hazırki deputat) Leva Xaçatryan, bitərəf Robert Masumyan, müxalifyönümlü “çorord İnknişxanutyun” qəzetinin müxbiri Qoar Vəziryan və bitərəf Tiqran Ter-Petrosyandır (eks prezident Levon Ter-Petrosyanın qohumu).
Sözügedən mətbuat konfransı zamanı 41 saylı seçki dairəsindən namizədliyini irəli sürən Marksist partiyasının sədri David Akopyan da siyasi partiyaların seçkiqabağı proporsional siyahılarını qiymətləndirib. O hakim Respublikaçılar partiyasının siyahısını “parazitlər” siyahısı adlandırıb: “Burada satqınlardan xainlərə qədər hamı toplaşıb”.
Akopyanın sözlərinə görə, hakim partiya bütün hakimiyyət resurslarından istifadə etsə belə, 20 faizdən çox səs toplaya bilməz.
“Sardarapat” hərəkatının təşəbbüs qrupunun koordinatoru Jirayr Sefilyan isə deyib: “Fikrimcə, majoritar sistem əsasında namizədliyini verən müxalifət nümayəndələrinə heç bir yer qalmayacaq. Bu, prinsip məsələsidir. Seçkilər zamanı hakimiyyət təmsilçiləri deyirlər ki, siz proporsional sistem üzrə seçkidə səs toplamağa çalışın, biz isə sizin istəyinizdən asılı olmayaraq, sizə nə qədər yer verəcəyimizi müəyyənləşdirəcəyik. Yəni, müxalifət tələb edən rolunu oynamalıdır”.
Sürücülərin ümidinə qalmış partiya
Erməni mətbuatının yazdığına görə, bu ölkədə hakim dairələrə yaxın qüvvələrdə eyni zamanda namizəd qıtlığı yaşanmaqdadır. Məsələn, “Orinats erkir” partiyasının proporsional siyahısı kifayət qədər absurd görünüşə malikdir. Belə ki, siyahı Artur Baqdasaryanla başlayır, Artur Marqaryanla yekunlaşır. A.Baqdasaryanı hamı tanıyır. A.Marqaryan isə Ermənistanın Milli Təhlükəsizlik Şurası aparatının sürücüsü və “Orinats erkir” partiyasının üzvüdür. Belə çıxır ki, 160 minlik partiyada, həqiqətən də, sürücülərin hesabına doldurulan kadr çatışmazlığı problemi var. Sürücülərdən başqa, həmin siyahıya partiyanın katibləri, təlimatçıları, bir sözlə partiya rəhbərliyinin əllərinə keçən hər kəs daxil edilib.
“çiçəklənən Ermənistan” seçicilərin qeydiyyatını aparan zaman onlara pul vəd edir
Ermənistanda seçkiqabağı gərginliklər və neqativ hallar heç də sadalananlarla tamamlanmır. Belə ki, yayılan məlumatlara görə, “çiçəklənən Ermənistan” partiyası fəalları vasitəsilə seçiciləri qeydiyyata alır və onlara pul vəd edir. Partiya fəalları özlərinə yaxın olan 10-15 nəfərdən ibarət siyahını təqdim edir. Həmin fəalın işinin nəticəsi olaraq, onun ətrafındakılara pul verilir. Partiya təşkilatçılarının sözlərinə görə, bu seçkilər tamamilə fərqli olacaq, çünki “çiçəklənən Ermənistan” Respublikaçılar partiyası üzərində üstünlük əldə edəcək. Eyni zamanda, Respublikaçılar partiyası da boş dayanmır, öz əməkdaşlarını qonşularının evlərinə seçici qeydiyyata almaq üçün göndərir.
“Joxovurd” qəzetindəki “Voyaj-voyaj” başlıqlı məqaləyə qəzetin redaksiyasına zəng etməklə reaksiya verən Ermənistan Milli Konqresinin əməkdaşı bildirib ki, qurumun sədri Camvel Nikoyan və Respublikaçılar partiyasının təmsilçiləri Qaqik Minasyan, Areq Qukasyan Almatıya rəsmi səfərdən sonra BƏƏ-yə öz hesablarına deyil, qurumun büdcəsi hesabına gediblər. Eyni mənbənin bildirdiyinə görə, Nikoyan səfərə yalnız Respublikaçılar partiyasının üzvlərini göndərməyə çalışır. Belə ki, “Avronest” Parlament Assambleyasının erməni heyətinin Bakıya səfəri istisna olmaqla, bütün qalan səfərlərdə koalisiyada olan “Orinats erkir” və “çiçəklənən Ermənistan” partiyalarından bir nəfər də olsun nümayəndə iştirak etməyib. üstəlik, səfərlər onlardan gizli saxlanılıb.
Göründüyü kimi, Ermənistanda keçiriləcək parlament seçkilərinin ilkin mərhələsində hakim və hakimiyyətyönümlü partiyalar rüşvət verməklə seçicilərin dəstəyini qazanmağa çalışırlar. Bu fakt isə bir daha sübut edir ki, Ermənistanda siyasi sistem tamamilə çürüyüb və xalqın dəstəyini ala bilməyəcəyini anlayan hakim rejim çıxış yolunu qeyri-qanuni yollara əl atmaqda görür.
HüLYA,
üMİDƏ
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48

