Ermənistan hakimiyyəti parlament seçkilərini satın alır
29.03.2012 [23:42]
Ermənistanlı politoloq Akop Badalyanın seçkilərlə bağlı “Erkramas” internet qəzetində dərc etdirdiyi məqalə diqqəti çəkir.
A.Badalyan yazır ki, Ermənistan hakimiyyətinin parlament seçkilərinə nə qədər pul xərcləyəcəyini demək çətindir. Əlbəttə ki, söhbət heç də büdcə vəsaitlərindən getmir. Aydın məsələdir ki, seçkilər ərəfəsində dövlət qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması, kəndlərdə yaşayanlara yanacaq almaq və vergi güzəştləri üçün hökumət konkret məbləğ ayırmaq haqqında qərar qəbul edib və gələcəkdə də belə qərarlar olacaq.
Politoloq seçkilərlə bağlı heç bir hesabatda qeyd olunmayan maliyyə vəsaitlərinə xüsusi diqqət çəkir. A.Badalyan deyir ki, burada söhbət heç bir hesabatda qeyd olunmayan, hakim Ermənistan Respublikaçılar Partiyasının və digər iqtidaryönümlü partiyaların istər proporsional, istətsə də majoritar sistem üzrə namizədliyi irəli sürülmüş adamların qələbəsi üçün rüşvət şəklində paylayacağı pullardan gedir. Cəmiyyəti aldadan hakim siyasi qüvvələr seçkiqabağı kampaniyalarını qeyri-şəffaf mənbələrdən maliyyələşdirir və özlərinə sərfəli namizədləri satın alırlar. Belə namizədlər isə hər an satılmağa hazırdırlar. Burada söhbət, həm də seçki komissiyalarının üzvlərinin və müşahidəçilərin pulla ələ alınmasından gedir.
Politoloqun fikrincə, seçki marafonu ilə bağlı “xərclər maddələrinə” nəzər yetirdikdə aydın olur ki, hakimiyyət parlament seçkilərinə yüz milyonlarla dollar pul xərcləyəcək. Ermənistanın məmur-oliqarxları, cinayətkar aləmin tanınmış simaları öz ciblərini boşaltmağa məcbur olacaqlar ki, qarşıya qoyulmuş məqsədə çata bilsinlər.
Bu seçkilərə xərclənən pulların bir qisminin qondarma “Dağlıq Qarabağ hakimiyyəti”ni təmsil edənlərə məxsusluğunu və onların Ermənistanda keçiriləcək parlament seçkilərində biznes və siyasi maraqlarının olmasını qeyd etmək lazımdır. Ermənistanın kriminal-oliqarx sinfinin nümayəndələri parlamentdə daha çox yerə sahib olmaq üçün bütün çirkin vasitələrdən istifadə edəcəklər.
Ermənistanın kriminal-oliqarxları dövlətin adından istifadə edərək külli miqdarda kreditlər alır, enerji, sosial və tikinti proqramlarını həyata keçirmək adı ilə mənimsəyirlər. Həmin pullar indi xalqın ehtiyacları üçün deyil, parlamentdə çoxluğu təmin etmək üçün xərclənəcək.
Rüşvət və bəzi adamların ələ alınması üçün xərclənəcək pulların hesabına ölkə üçün faydalı işlər görmək mümkündür. Lakin faydalı işlər görmək oliqarxlara lazım deyil. Onlar seçkilərə xərclədikləri milyonların əvəzini növbəti beş ildə beş-on dəfə artıqlaması ilə çıxaracaqlar.
Buna görə də Ermənistanın məmur və kriminal-oliqarxları strateji xarakterli proqramlara bir qəpik də xərcləmirlər. Əksinə, deputat mandatının alınmasına milyardlar sərf edirlər.
Məhz bu faktlar Ermənistanın bir dövlət kimi, məhv olmasını şərtləndirir.
Analitiklər bir maraqlı faktı da qeyd edirlər ki, seçkiqabağı dövrdə Yerevanın küçələrində qadın və qızlara gül paylanılır. Onlar qeyd edirlər ki, gül verilən qadınlar da, onu paylayanlar da bu güllərin hansı pullarla alındığını yaxşı bilirlər.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

