Radikal müxalifətin "mitinq" arzusu növbəti dəfə biabırçı fiaskoya uğradı
09.04.2012 [23:31]
Aprelin 8-də İctimai Palata adlanan qondarma müxalifət qurumunun keçirməyə cəhd göstərdiyi “kütləvi aksiya” radikal düşərgənin “gücünü”, bazasını, elektorat sayını və ən əsası acınacaqlı vəziyyətini bir daha ortaya çıxardı. Qəti şəkildə söyləmək olar ki, düşərgə təmsilçilərinin “mitinq” adlandırdığı, amma iştirakçı sayına görə mitinqdən çox-çox geridə qalan, ən yaxşı halda “piket” adlandırıla biləcək bu “aksiya” növbəti dəfə radikalların heç bir sosial bazaya, elektorata malik olmadığını əyani şəkildə göstərdi.
Hələ bir müddət öncə, öz nəzarətlərində olan qəzetlərdə aprelin 8-də keçiriləcək “aksiyanı” “ümummüxalifət” aksiyası adlandıran, guya xalq tərəfindən dəstəkləndiklərini iddia edən, həmçinin, boyundan böyük iddialar irəli sürən radikal müxalifət növbəti dəfə xarici “sponsorların” maliyyə dəstəyi ilə onların əlaltısına çevrilən sapı özümüzdən olan bir neçə pulgir “balta”dan ibarət olması faktı ilə üz-üzə qaldı. Əslində, “ümummüxalifət” adından “mitinq-piket”in keçirildiyi yerə yığılan bir neçə yüz nəfərin də məqsədlərinin arxasında hansı mətləblərin yatdığı hər kəsə bəllidir.
“Kütləvilik” oyunu və ya qohum-əqrəba “aksiya”sı
Yuxarıda qeyd olunduğu kimi, bu aksiyada cəmisi bir neçə yüz iştirakçı olub. çünki səslənən 1200 rəqəminin böyük əksəriyyətini jurnalistlərin və həmin partiyaların funksionerlərinin, o cümlədən, həmin funksionerlərin ailə üzvlərinin olduğunu nəzərə alsaq, ortada qalan rəqəm “birləşmiş müxalifətin” hansı gündə və vəziyyətdə olduğunu deməyə əsas yaradır. Həqiqətən də, radikal müxalifətin hər zaman olduğu kimi, şou yaratmaq cəhdləri, aksiyaların kütləviliyini təmin edə bilməmələrinin səbəbini, hətta günahını min bir ünvana yönəltməsi onların məqsədlərinin birmənalı olduğunu göstərir. Görünən odur ki, onlar xarici qüvvələrdən əldə etdikləri maddi vəsaitin mənimsənilməsinə istiqamətlənən bu “mitinq-piket” oyunları ilə sadəcə gözdən pərdə asmaq istəyirlər. Səsləndirdikləri min yalan isə bir daha xatırladaq ki, aksiyanın kütləviliyini təmin edə bilməmələrindən irəli gəlir. “Mitinq”in təşkilatçıları aksiya iştirakçılarının sayının azlığını guya onların fəallığı ilə kompensasiya etməyə çalışsalar da, bu da uğursuzluqla müşayiət olunub. Qeyd etmək yerinə düşər ki, hər zaman olduğu kimi, bu dəfə də radikalların aksiyasında özləri danışıb, özləri əl çalıblar. Yəni, həm çıxış edənlər, həm də ön cərgədə dayananlar xüsusi fəallıq nümayiş etdiriblər ki, heç olmasa səs-küy bir az çox olsun. Bundan başqa, bu yalançı səs-küydə aqressiv və emosional şüarlar da səslənib.
Göründüyü kimi, radikal müxalifətin bu oyunu da baş tutmayıb. Onların sadəcə maraq qarşısında bu yola əl atdıqları isə əllərində tutduqları şüarların xarici dillərdə yazılmasından bəlli olub. Bu isə bir daha radikalların istinad nöqtə(lər)sinin sərhədlərimizdən kənarda olmasından xəbər verir. Daha doğrusu, “aksiyada” xarici dildə şüarların, transporantların olması, xüsusi geyim formalarının hazırlanması radikal düşərgənin müəyyən xarici dairələr tərəfindən maliyyələşdiyini bir daha göstərdi. Yeri gəlmişkən, sözügedən aksiyanın iştirakçıları xarici dildə şüarların çoxluğunun aksiyaya beynəlxalq təşkilatların diqqətini cəlb etmək məqsədi daşıdığını etiraf ediblər.
Əli Kərimli - İsa Qəmbər mübarizəsi açıq fazaya qədəm qoyub
Verilən məlumatlara görə, İP adı altında keçirilən bu tədbirdə Müsavat və AXCP-nin təmsilçiləri ayrı-ayrı tərəflərdə dayanıblar. Bunun isə bir neçə səbəbi olub. Ən əsası bu, xaricdən ayrılan maddi vəsaitin bölünməsi məsələsinə yenidən baxılması istiqamətində yeni bir “addım” sayılan həmin “taktika” nəticəsində iki partiya sədri arasında növbəti münaqişənin başlanmasını şərtləndirib. Əldə olunan məlumata əsasən, hər iki partiya sədri aksiyadan sonra açıq şəkildə rəhbərlik etdiyi partiyanın “mitinq-piketə” daha çox adam çıxardığını iddia ediblər. Hətta aksiyanın aparıcısı olan İbrahim İbrahimlinin xüsusi canfəşanlıqla İsa Qəmbəri təbliğ etməsi AXCP üzvlərinin narazılığına səbəb olub. Bundan başqa, aksiyada müsavatçılar daha fəal olublar və AXCP nümayəndələri ümumiyyətlə nəzərə çarpmayıblar. Bu isə iki sədr arasında yeni mübarizənin əsasını qoyub. Hətta aksiyadan sonra İsa Qəmbərlə Əli Kərimli arasında mübahisə baş verib. Yaxın çevrələrin təkidi ilə sakitləşdirilən mübahisə bir daha onu deməyə əsas verir ki, xarici təkidlər nəticəsində, eyni “İP-dən sallanmağa” məcbur olan AXCP və Müsavat arasında növbəti dəfə açıq döyüş başlayıb. Yeri gəlmişkən, bir müddət öncə hər iki partiya sədrinə 2013-cü illə bağlı ünvanlanan suala verilən cavablar da təsdiqləyir ki, onlar nəinki biri-birilərinə güzəşt edəcəklər, əksinə, indiyə qədər yaşanan biabırçılıqdan betər bir mənzərə yaranacaq...
Xalq bir daha radikal düşərgəyə etinasızlığını nümayiş etdirdi
Qeyd edək ki, aksiya start veriləndən bir az sonra iştirakçılar ərazini tərk etməyə başlayıblar. Onlar gedə-gedə əllərindəki Azərbaycanın və aksiyada iştirak edən partiyaların bayraqlarını yerə ataraq ərazidən uzaqlaşıblar. Aksiyanın sonunda səslənən Azərbaycanın dövlət himninin fitlərlə və qışqırıqlarla müşayiət olunması isə radikalların milli dəyərlərimizə, dövlət atributlarımıza “hörmətinin” təcəssümü sayıla bilər.
ümumiyyətlə, keçirilən bu uğursuz aksiya cəhdi radikal müxalifətin bir daha mitinq arzusunu dilə gətirməsinin yalnız gülüş doğuracağını ortaya qoyur. Digər tərəfdən, aprelin 8-də keçirilən bu aksiya bir daha göstərdi ki, Azərbaycan xalqı, cəmiyyətimiz radikal müxalifətin hətta icazəli aksiyalarına belə qatılmaqdan imtina edirlər və bu düşərgənin öz qohum-əqrəbasından başqa elektoratı yoxdur. Gəncləri dövlətə, millətə qarşı kökləməyə cəhd göstərən, bu istiqamətdə aldıqları sifarişləri yerinə yetirən bu insanlar xalqdan və ən əsası gənclikdən öz layiqli cavablarını bir daha aldılar. Azərbaycan xalqı növbəti dəfə düşərgəyə etinasızlıq göstərməklə onlara layiqli cavab verdi.
Xalqımız növbəti dəfə radikal müxalifətə onların yerlərini, kim olduqlarını göstərdi və bir daha inkişafı dəstəklədiyini, dövlətinin, hakimiyyətinin arxasında olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, Azərbaycan xalqı, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiyini və Onun ətrafında sıx birləşdiyini bir daha təsdiqlədi. Radikal müxalifətin anti-Azərbaycan siyasəti və onları maliyyələşdirən maraqlı xarici dairələrin ölkəmizdə sabitliyi pozmaq cəhdləri isə növbəti dəfə iflasa uğradı...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58

