Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Birlik Ulduzları" mükafatına layiq görülüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Birlik Ulduzları" mükafatına layiq görülüb

11.04.2012 [00:10]

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva 2011-ci il üçün “Birlik Ulduzları” dövlətlərarası mükafatına layiq görülüb. Bu yüksək mükafat ona humanitar fəaliyyətinə görə verilib. AzərTAc xəbər verir ki, “Birlik Ulduzları” mükafatı laureatlarının təltif edilmə mərasimi yaxın vaxtlarda Moskvada keçiriləcək.
“Birlik Ulduzları” dövlətlərarası mükafatı MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və Birliyin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib. Mükafat hər il elm və təhsil, mədəniyyət və incəsənət sahəsində, humanitar fəaliyyətə sanballı töhfə və nailiyyətlərə görə verilir. Bu il “Birlik Ulduzları” mükafatı üçüncü dəfə təqdim ediləcək.
Paylaş:
Baxılıb: 902 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30