Fransa bankında çirkli pullar necə yuyulub?
29.12.2023 [11:10]
Prezident Emmanuel Makronun apardığı “Don Kixot” siyasəti beynəlxalq miqyasda bu ölkənin imicinə ciddi şəkildə xələl gətirir. Ölkənin ənənələrlə zəngin olan tarixi keçmişi ilə bugünkü mənzərəsi getdikcə daha çox ziddiyyət təşkil edir. E.Makron iqtidarı dönəmində Fransanın adı vaxtaşırı ölkə hüdudlarından kənarda baş verən qalmaqallı hadisələrlə və mənfi proseslərlə gündəmə gəlir. Paytaxt Parisin və regionların həyatı da bu baxımdan “zənginliyi” ilə diqqət çəkir. Təkcə son günlərdə Parisdə kommunal xidmət işçilərinin törətdikləri “zibil”, əyalətlərdə fermerlərin “peyin” inqilabları bütün dünyada transmilli KİV-in manşet xəbərlərinə çevrildi. Bunların ardınca isə Fransa növbəti dəfə çirkli pulların yuyulması qalmaqalı ilə gündəmə gəlib. Söhbət Fransada ölkənin ən böyük bankı olan “BNP Paribas”, “BNP Paribas Securities Services” və Kiprdə qeydiyyatdan keçmiş “TCR International Limited” broker şirkətinin filialına qarşı ağırlaşdırıcı hallarda çirkli pulların yuyulması ilə bağlı başlanan ilkin istintaqdan gedir. Bu barədə Fransanın “Monde” qəzeti Paris prokurorluğuna istinadən xəbər yayıb.
Dünyada çirkli pulların yuyulması praktikası
Hazırda çirkli pulların yuyulması və yaxud leqallaşdırılması bütün dünya üzrə aktual mövzulardan birinə çevrilib. Çirkli pul dedikdə qadağan olunmuş vasitələrlə, ələlxüsus da qeyri-qanuni orqan transplantasiyası, insan alveri, narkotik vasitələrin satışı, oğurluq, qəsbkarlıq, nəzarətdən kənar silah alveri, qaçaqmalçılıq, korrupsiya və bu kimi digər yollarla əldə edilən gəlirlər nəzərdə tutulur. Belə pulların leqallaşdırılması nəticəsində cinayət yolu ilə əldə olunan gəlir qanuni vəsait kimi görünür.
Dünya təcrübəsində qeyri-qanuni yollarla əldə olunan gəlirlərin leqallaşdırılması və yaxud ağardılması müxtəlif mexanizmlərlə həyata keçirilir. Ən çox yayılan mexanizmlərdən biri şirkətlərin təsis edilməsidir. Əyri yollarla qazanılan pullar məqsədli şəkildə yaradılan belə şirkətlərin “gəlirlərini” təşkil edir. Şirkət şişirdilən gəlirlərə uyğun həcmlərdə vergilər ödəyir. Beləliklə, dövriyyədəki vəsaitlərin qəlp izlərinə şübhələr aradan qalxır. Eyni vaxtda bir necə belə şirkətin yaradılması və onların kağız üzərində qarşılıqlı “əməkdaşlığı” praktikası da geniş yayılıb. Bundan başqa, qiymətli kağızlar, daşınmaz əmlak, qiymətli daşların alınması, qumarxana açmaq, at yarışları təşkil etmək, sənət əsərləri almaq və ya hədiyyə etmək də çirkli pulların yuyulma vasitələrindən sayılır. Ən çox yayılmış üsul isə ofşor şirkətlər vasitəsilə pulları yumaqdır.
Daha populyar olan üsullardan biri də banklar vasitəsilə çirkli pulların yuyulmasıdır. Banklarda anonim hesablar açılmaqla, müxbir hesablardan istifadə etməklə, peşəkar vasitəçilərin köməyindən bəhrələnməklə çirkli pulların yuyulması həyata keçirilir.
“Çirkli pul” termini dünya leksikonuna ilk dəfə 1973-cü ildə “Uoterqeyt qalmaqalı”ndan sonra daxil olub. Çirkli pulların yuyulmasını isə ilk dəfə 1920-1930-cu illlərdə ABŞ-ın Çikaqo şəhərində qanqster cinayətkar qruplaşmasını nəzarətdə saxlayan Al Kapone reallaşdırıb. Belə ki, o, qeyri-leqal yolla qazandığı pulları o dövrdə ABŞ-da dəbdə olmayan biznes şəbəkəsi quraraq - çoxlu sayda camaşırxana açaraq “yuyub” və bu gəliri həmin camaşırxanalardan əldə olunmuş kimi göstərib. Qanqsterin biznes imperiyası illər ərzində fəaliyyət göstərib və bütün şübhələrdən kənarda qalıb. Ancaq hər halda o, arxasınca ləkəli izlərini qoyub. 1931-ci ildə vergi orqanları onun əməllərini ifşa edib. Bu da bir yanlışlıq” ucbatından baş verib. Maraqlıdır ki, məhkəmədə Al Kaponeyə uzun illər ərzində məşğul olduğu mafiya fəaliyyətinə görə deyil, məhz 388.000 dollar məbləgində vergidən yayınma səbəbindən ittaham irəli sürülüb.
Sonralar çirkli pulların yuyulmasına qarşı mübarizə aparan bir sıra beynəlxalq təşkilatlar yaradılıb. Bunlardan aşağıdakı qurumların adını çəkmək mümkündür:
- FATF (Financial Action Task Force) - maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə üzrə hökumətlərarası İşçi Qrup;
- MONEYVAL - Avropa Şurasının pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi tədbirlərinin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi;
- Egmont Group - Maliyyə Monitorinqi Orqanlarının Eqmont Qrupu;
- BCBS - Banklara Nəzarət üzrə Bazel Komitəsi və s.
Fransanın ən böyük bankı mafiya rolunda
Bu dəfə mafiya rolunda Fransanın ən böyük bankının çıxış etdiyi xəbərləri yayılıb. Belə ki, hüquq-mühafizə orqanları 2019-cu ildən 2021-ci ilə qədər “TCR International Limited” vasitəsilə həyata keçirilən bir neçə maliyyə əməliyyatından şübhələniblər. Həmin vaxt broker şirkəti müştəriləri adından “BNP Paribas Securities Services” şirkətinin köməyi ilə investisiya əməliyyatları həyata keçirib.
Prokurorluğun məlumatına görə, “TCR International Limited” şirkətinin Fransadakı hesablarından 220 milyon avrodan çox şübhəli mənşəli vəsait keçib. “2019 və 2021-ci illər arasında bankın Fransadakı nağd hesabları vasitəsilə potensial şübhəli mənşəli vəsaitlərə uyğun gələn və ya aydın iqtisadi məntiqə malik olmayan bir neçə yüz milyon avro və dollar dövriyyədə olub”, - deyə Paris prokurorluğunun yaydığı məlumatda bildirib.
“TCR İnternational” Fransa hüquq-mühafizə qurumlarının diqqətini Amerika hakimiyyət orqanlarının bütün dünyada rezonans doğuran bəzi proseslərlə bağlı apardıqları araşdırmasında yer alan faktlar cəlb edib və onlar çirkli pulların yuyulması əməliyyatlarının izinə düşüblər. Paris prokurorluğu ABŞ Ədliyyə Nazirliyinin bununla bağlı Fransaya hüquqi yardım üçün sorğu göndərdiyini təsdiqləyib. Bu yerdə Fransa hakimiyyətinin soyuqqanlı davranışları da müəyyən suallar doğurur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

