2029-cu ilədək Zəngəzur dəhlizi...
30.11.-0001 [00:00]
Türkiyəli nazir mühüm layihə ilə bağlı anons verdi
Artıq 3 ildir ki, sülhlə bağlı prosesləri məqsədli şəkildə yubadan Ermənistan bununla yanaşı, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəli Bəyanatın müddəalarına da riayət etmir. Belə ki, Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Bu isə o deməkdir ki, Ermənistanın bu gün reallaşmasına ciddi-cəhdlə mane olduğu Zəngəzur dəhlizini işlək vəziyyətə gətirmək və ona zəmanət vermək kimi öhdəliyi var.
Regionun iqtisadi inkişafı üçün yeni perspektiv...
Vurğulayaq ki, dəhlizin fəaliyyətə başlaması perspektivində regionun tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və respublikamız perspektivdə etibarlı tranzit ölkə kimi bundan böyük həcmlərdə gəlirlər əldə edəcək.
Eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması digər region dövlətləri, xüsusilə Ermənistan üçün olduqca vacibdir. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək.
Hazırlıq prosesi beş il çəkəcək...
Ermənistan nə qədər təkzib etsə də, layihənin reallaşması ehtimalı yüksəkdir. Yeri gəlmişkən, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “tvnet” telekanalına müsahibəsində bildirib ki, Türkiyə Zəngəzur dəhlizi layihəsinin 2029-cu ilədək həyata keçiriləcəyinə ümid edir. “Zəngəzur dəhlizinin Bakıdan Horadizədək olan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 kilometrdir. Onun hazırlıq prosesi beş il çəkəcək. 2028-ci ildə bütün işlərin başa çatacağını düşünürəm”, - deyə Abdulkadir Uraloğlu deyib. Nazirin sözlərinə görə, dəhlizin Ermənistan ərazisi istisna olmaqla, Horadizdən Ordubadadək olan hissəsində tikinti işləri davam edir.
“Naxçıvanı Türkiyə ilə birləşdirən 100 kilometrlik mövcud yol yenidən qurulmalıdır. Dəhliz İğdır-Qars dəmir yolu ilə davam edəcək. Tender prosedurları artıq başa çatan dəmir yolunun tikintisinə bu il başlanacaq”, - deyə Abdulkadir Uraloğlu əlavə edib.
Zəngəzur dəhlizi ilə bağlı İrəvanın mövqeyinə toxunan nazir bu yaxınlarda Nikol Paşinyanın layihə barədə müsbət mesajlar verdiyini vurğulayıb: “Zəngəzur dəhlizinin Ermənistan hissəsinin uzunluğu təqribən 43 kilometrdir. İrəvan dəhlizin planlaşdırılma və tender prosedurlarını həyata keçirdikdən sonra o, tam başa çatdırılmış hesab olunacaq. Beləliklə, Türkiyə Türk dünyası və Orta Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək”.
Nazir İranın Azərbaycanı Türkiyə ilə birləşdirəcək yolun öz ərazisi ilə tikilməsi təşəbbüsü ilə çıxış etdiyini və Ankara ilə Bakının buna etiraz etmədiyini xatırladıb.
Azərbaycanın yeni təşəbbüsü...
Zəngəzur dəhlizinin fəaliyyət mexanizmi ilə bağlı fikirlərini bölüşən “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə deyib ki, dəhlizdə hərəkət və daşınmalara sərhəd-gömrük nəzarəti ilə bağlı Azərbaycanın prinsipial mövqeyi son reallıqlara uyğun olaraq yenilənir və təkmilləşdirilir. “Məlumdur ki, bu məsələyə Azərbaycanın yanaşmasının əsaslarını hələ xeyli əvvəllər Prezident İlham Əliyev ifadə etmişdi. 10 noyabr 2020- ci il sənədinin imzalanmasından sonrakı ilk vaxtlarda Ermənistan “dəhliz” anlayışını yaxına buraxmırdı. Tədricən bu ifadə beynəlxalq diplomatik leksikona daxil olandan sonra Ermənistan onu qəbul etməsə də, gözü- qulağı bu ifadəyə alışdı. Daha sonra Ermənistan dəhlizdə sərhəd-gömrük rejiminin necə olacağı ilə bağlı mübahisələr açdı. Həmin vaxt Azərbaycan Prezidenti mübahisələrə tam aydınlıq gətirən belə bir baxış ortaya qoydu: “Laçın yolunda hansı rejim olacaqsa, Zəngəzur dəhlizində də həmin rejim qüvvədə olacaq. Təbii ki, Ermənistan bununla da razılaşmadı, çünki onun strategiyası ümumiyyətlə heç nə ilə razılaşmamaq və bu yolla normallaşma prosesini uzatmaqdır. Lakin İlham Əliyevin yanaşması mövcud mübahisədən ən asan çıxış imkanları təklif edən variantdır. Azərbaycanın bu mövqeyi ötən il aprelin 23-də Laçın yolunda KPP qurulmasından və separatizm yuvasını məhv edən antiterror tədbirlərindən əvvəl ifadə edilmişdir. Hazırda separatizm yuvası yoxdur, ermənilər Qarabağdan öz xoşları ilə köçüb gediblər, Qarabağla İrəvanı vanı bağlayan Laçın yolu artıq bu təyinatla işləmir, Xankəndi ilə Ermənistanın birbaşa humanitar və logistik əlaqəsinə də ehtiyac qalmayıb. Bu o deməkdir ki, Zəngəzur dəhlizində sərhəd-gömrük nəzarətinin məzmununu yeni reallığa uyğun dəyişməliyik, çünki onu müqayisə edə biləcəyimiz alternativ, yəni Xankəndidən İrəvana birbaşa “Laçın yolu” yoxdur. Bundan sonra deyə bilmərik ki, “Laçın yolunda hansı rejim olacaqsa, Zəngəzur dəhlizində də o rejim olacaq”. İndi Zəngəzur dəhlizində sərhəd-gömrük rejimi ilə bağlı yeni baxışlar olmalıdır”.
Baş redaktor vurğulayıb ki, bu istiqamətdə də perspektivli təşəbbüskarlığı ilk olaraq Azərbaycan göstərdi. Məlumdur ki, dəhlizdə avtomobillərin, yüklərin və insanların təhlükəsizliyi 10 noyabr sənədi ilə Rusiya FSB- nin Sərhəd qoşunlarına həvalə edilib. Lakin həmin sənəddə sərhəd-gömrük nəzarətinin mexanizmi müəyyən edilməyib, bu səbəbdən yeni gömrük-sərhəd mexanizminin müəyyən edilməsinə böyük ehtiyac duyulur. “Prezidentin köməkçisi Hikmət Hacıyevin bu günlərdə BBS- yə müsahibəsində ifadə etdiyi mövqe əslində Prezident İlham Əliyevin Zəngəzur dəhlizində sərhəd-gömrük rejimi ilə bağlı yeni baxışları kimi qəbul edilməlidir. “Zəngəzur dəhlizi ilə Azərbaycanın böyük hissəsindən Naxçıvana doğru hərəkət Ermənistanın sərhəd-gömrük nəzarətindən kənarda qalmalıdır, Naxçıvan üzərindən üçüncü ölkələrə daşımalar üzərində isə Ermənistanın sərhəd- gömrük nəzarəti ola bilər”. Azərbaycan bununla ?əm də Zəngəzur dəhlizi ilə bağlı daha konstruktiv mövqeyə qayıtmaq üçün Ermənistana daha bir şans verir”, - deyə A.Quliyev əlavə edib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

