Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Ermənistan tərəfi bu addımları ilə işğalçı olduğunu etiraf edir

Əli Əhmədov: Ermənistan tərəfi bu addımları ilə işğalçı olduğunu etiraf edir

09.05.2012 [17:17]

“Ermənilərin apardığı bu təbliğat, əslində, onların özünün əleyhinə çevrilib”. APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov erməni katolikosu II Qaregin və Ermənistan dövlət rəsmilərinin Şuşanın işğalı münasibətilə Azərbaycanın işğalı olunmuş ərazisinə səfər etməsi barədə xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, dünya Şuşanın Azərbaycana məxsus olduğunu yaxşı bilir: “İkincisi, bütün beynəlxalq qurumlar - BMT-dən Avropa qurumlarına qədər - Azərbaycanı işğal olunmuş əraziləri ilə birlikdə öz təşkilatlarına qəbul ediblər. Buna görə də erməni işğalına kimlərinsə - siyasi və ya dini liderlərin hansısa don geyindirməsinin heç bir əhəmiyyəti yoxdur. Əksinə, onlar bu hərəkətləri ilə işğalçı olduqlarını etiraf etmiş olurlar. Onlar bu cür “vətənpərvərlik” hərəkətləri ilə xalqda özlərinə qarşı inam formalaşmağa, xalqın itmiş inamını qaytarmağa çalışsalar da, bu, mümkün deyil. çünki ermənilər iqtisadi, sosial - ümumilikdə hər sahədə ağır bir duruma düşüblər, demoqrafik faciə yaşayırlar və bütün bunların hamısı erməni tərəfinin işğalçılıq siyasətinin erməni xalqına gətirdiyi əzab və əziyyətlərdir”.
Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30