Vaxt çatıb?
05.04.2024 [10:11]
Moskva üçtərəfli mexanizmlərinin dinamik fəaliyyətinin bərpa edilməsini istəyir
44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılır. Məqsəd regionun sülh və əməkdaşlıq məkanına çevrilməsidir.
Hazırda bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən tərəfsiz və ədalətli beynəlxalq təşəbbüsləri dəstəkləyir. Məlumdur ki, beynəlxalq aktorların vasitəçiliyi ilə Azərbaycan və Ermənistan sülh sazişi üzrə müzakirələr aparır. Sülh sazişi üzrə iki ölkənin xarici işlər nazirləri arasında yeddi görüş keçirilib. Bu görüşlərin biri Cenevrədə, ikisi Moskvada, üçü Vaşinqtonda baş tutub. Sonuncu görüş isə bu ilin fevralında Almaniyanın təşəbbüsü ilə Berlin şəhərində baş tutub. Rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.
Onu da qeyd etmək lazımdır ki, indiyə kimi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əsasən Rusiya, Avropa İttifaqı və ABŞ vasitəçilik edib. Bu beynəlxalq aktorların vasitəçiliyi ilə hər iki ölkənin liderləri, eləcə də XİN başçıları müxtəlif vaxtlarda görüşüblər. O da məlumdur ki, İkinci Qarabağ müharibəsi Rusiyanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanması ilə dayandırılıb. Bu bəyanatın imzalanmasından sonra Moskvanın vasitəçiliyi ilə liderlər bir neçə dəfə görüşüb, Soçi bəyanatı da imzalanıb, eləcə də regionda kommunikasiyaların bərpası üzrə Üçtərəfli İşçi Qrupu da yaradılıb. Avropa İttifaqının təşəbbüsü ilə tərəflər arasında ilk görüş isə 2021-ci ilin dekabrında baş tutub və bir neçə üçtərəfli görüş keçirilib. Eləcə də, ABŞ Azərbaycan və Ermənistan liderlərinin bəzi görüşlərində vasitəçi olub.
Lakin Azərbaycanın ötən ilin sentyabrında Qarabağdakı erməni separatizminə son qoymasından sonra ABŞ və Avropa İttifaqından ermənipərəst bəyanatların sayı artıb. Bu da rəsmi Bakının haqlı etirazına səbəb oldu. Rusiyanın vasitəçiliyinə gəlincə, Ermənistan rəsmi Moskvanın vasitəçilik təşəbbüslərindən imtina edir.
Yeri gəlmişkən, bugünlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib ki, Bakı ilə İrəvan arasındakı bütün ərazi mübahisələri və iddiaları yalnız Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində siyasi-diplomatik vasitələrlə həll edilməlidir: “Biz öz tərəfimizdən buna hər cür kömək göstərməyə hazırıq. Hesab edirik ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin dinamik fəaliyyətini bərpa etməyin vaxtı çoxdan çatıb. Tərəfdaşlarımızı siyasi iradə göstərməyə, Rusiyanın köməyi ilə ən çətin məsələlərə, o cümlədən sərhədlərin delimitasiyası, bölgədəki nəqliyyat-logistika marşrutlarının açılması və sülh müqaviləsinin hazırlanması üçün səmərəli həll yollarının axtarışına imkan verən formatlarda səmərəliliyini sübuta yetirən əlaqələri bərpa etməyə çağırırıq”.
M. Zaxarova, həmçinin vurğulayıb ki, tərəflərdən birinin güzəştlərinin məhdudlaşdırılması, digər tərəfin isə ünvanına təhdidlərin irəli sürülməsi ilə məşğul olan Avropa İttifaqından və ABŞ-dan fərqli olaraq Rusiya həmişə Cənubi Qafqazda davamlı sülhün və firavanlığın təmin edilməsi üçün mövcud fikir ayrılıqlarının kompleks şəkildə, kompromisli həllinin tərəfdarı olub. Onun sözlərinə görə, bu təklif danışıqlar masasında qalmaqda davam edir.
Ümumiyyətlə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra qarşıdakı mərhələ regionda təhlükəsizlik arxitektirasının formalaşması istiqamətində inkişaf etməlidir. Bu, özlüyündə daha geniş anlam daşıyır. Ermənistanın sülhlə bağlı real münasibət nümayiş etdirəcəyi, təhdid olmaqdan vaz keçəcəyi təqdirdə özünün də yeni inkişaf mərhələsinə qədəm qoya bilər. Bunu anlayan və görən dünya birliyi məsələnin mahiyyətini də obyektiv şəkildə dəyərləndirməlidir. Çünki Azərbaycanın sülh üçün yaratdığı pozitiv imkanlar mühüm məqamlardan xəbər verir. Təbii ki, məsələnin real həllində maraqlı olan tərəflər həm də bu sülhün dayanıqlı olması üçün səy göstərməlidir. Bu gün Azərbaycan bölgənin yeni inkişaf mərhələsi naminə məhz dayanıqlı və əbədi sülhü təbliğ edir.
Bütün beynəlxalq aktorlar, o cümlədən da vasitəçilik etmək istəyən tərəflər anlayır ki, Azərbaycan Cənubi Qafqaz regionunun lideri və əsas siyasi-iqisadi oyunçusudur. Yeni dönəmdə Cənubi Qafqaz regionu ilə münasibətlərin sıxlaşdırılması, pozitiv gündəliyə töhfə verilməsi birbaşa Azərbaycanın iştirakı ilə realaşır. Bu isə qarşılıqlı tərəfdaşlığı daha da gücləndirən amil kimi çıxış edir. Təəssüfləndirici haldır ki, Ermənistan ötən dövrdə yalnız neqativ mövqe və addımları ilə yadda qalıb. Sülh sazişini imzalamağı uzadan İrəvan regionda kommunikasyaların açılmasına da əngəl olmaqda davam edir. Halbuki, 10 noyabr Bəyanatının 9-cu bəndi kommunikasiyaların açılmasıdır ki, burada Ermənistanın öhdəlikləri var. Lakin İrəvan bu öhdəlikləri yerinə yetirməkdən imtina edir. Təbii ki nəticə ortadadır - bu ölkənin qlobal miqyasda Azərbaycana qarşı formalaşdırmağa çalışdığı bütün kampaniyalar fiaskoya uğrayıb. Ermənistanın hakimiyyəti ilə yanaşı erməni diasporu və lobbisinin apardığı qarayaxma kampaniyası ifşa edilib. Təbii olaraq bu kimi hallar sülh ilə eyni məzmuna malik deyil, tam əksinə təşəbbüslərə zərbə vurur. Sülh üçün Ermənistanın da real və konkret mövqeyə gəlməsi vacibdir.
NARDAR
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

