"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin rolu"
05.07.2012 [23:53]
Xəbər verildiyi kimi, artıq bir neçə gündür ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Azərbaycanın dilbər guşələri olan Oğuz və Lerik rayonlarında gənclər üçün “Yay məktəbi” layihəsi çərçivəsində tədbirlər həyata keçirilməkdədir. öz əhəmiyyəti ilə seçilən həmin tədbirlər çərçivəsində gənc nəslin nümayəndələri üçün müxtəlif mövzularda “dəyirmi masa”lar, diskussiyalar keçirilir. Onu da xatırladaq ki, bu kimi tədbirlər artıq ənənə şəklini alıb.
Beləliklə, iyulun 5-də “Yay məktəbi” öz işini Lerik rayonunda davam etdirib. Belə ki, partiyanın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin deputatı Hadi Rəcəbli, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev və millət vəkili Sədaqət Vəliyevanın iştirakı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
Dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir
“Yay məktəbi”nin iştirakçısı olan gənclər qarşısında çıxış edən YAP-ın Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov deyib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri də gəncləri müxtəlif dövlət proqramlarının hazırlanmasında iştiraka cəlb etməkdir. YAP-ın Sədr müavini Azərbaycan gənclərinin potensialının üzə çıxarılmasının, onlara ölkə daxilində və beynəlxalq səviyyədə geniş yer verilməsinin vacibliyini vurğulayıb. Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti həyata keçirdiyini deyən Əli Əhmədov Prezident İlham Əliyevin Azərbaycan gəncliyi ilə bağlı 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının təsdiq edilməsinə dair Sərəncam verdiyini xatırladıb: “Bu fakt bir daha təsdiqləyir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir”.
Gənclər Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər
YAP-ın İcra katibi eyni zamanda, gənclərin Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etdiklərini deyib. O, bildirib ki, bütövlükdə YAP-ın həyata keçirdiyi siyasətdə gənclərə qayğı, diqqət, onların bacarığından istifadə edilməsi, gənclərə geniş meydanın açılması əhəmiyyətli yer tutur: “Azərbaycanın firavan gələcəyinin təmin edilməsində, bu gələcəyin qurulmasında yaxından iştirak edən ən mühüm təbəqələrdən biri gənclər olacaq. Bunun iki səbəbi var: Birinci səbəb ondan ibarətdir ki, təbii ki, gənclər Azərbaycanda say etibarı ilə də çoxdur, onlar proseslərdə öz yüksək fəallıqları ilə də seçilirlər. Bu mənada gənclər Azərbaycanda ictimai-siyasi proseslərdə, quruculuq işlərində yaxından iştirak edirlər. Azərbaycan hökuməti də gənclərin bütövlükdə dövlət siyasətində, quruculuq işlərində yaxından iştirak etməsinə həm imkan yaradıb, həm də bunu diqqət mərkəzində saxlayır. İkinci səbəb, ondan ibarətdir ki, gənclər gələcəyə meyilli olan təbəqədir. Gələcəyi daha çox duyan və yenilikçilik təfəkkürü ilə seçilən gənclər təbiidir ki, cəmiyyətimizin inkişafında, tərəqqisində daha çox maraqlıdırlar”.
YAP gənclərə xüsusi önəm verir
Əli Əhmədov çıxışında xüsusilə, vurğulayıb ki, YAP gənclərə xüsusi önəm verir və mütəmadi olaraq gənclərlə müxtəlif toplantılar keçirir. Eyni zamanda, gənclərimizin özləri də çox maraqlı və əhəmiyyətli layihələr həyata keçirirlər: “YAP-ın gənc üzvləri 2012-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında daha yaxından, daha yüksək fəallıqla iştirak edəcəklər. Daha maraqlı layihələri həyata keçirərək, bütövlükdə Azərbaycan gəncliyini öz ətrafında toplamaq istiqamətində səylərini artıracaqlar”.
“Dəyirmi masa”da çıxış edən gənclər də öz növbələrində Yeni Azərbaycan Partiyasının bu kimi əhəmiyyətli tədbirlərində iştirak etdiklərinə görə sevinc hisslərini və məmnunluqlarını bildiriblər. Onlar bundan sonra da Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edəcəklərini, fəallıq göstərəcəklərini deyiblər. “Dəyirmi masa” maraqlı fikir mübadilələri və diskussiyalarla davam edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41

