Dost dosta tən gərək...
30.07.2024 [11:10]
Beynəlxalq Dostluq Günüdür
Yeganə BAYRAMOVA
İnsanların ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun bəşəriyyət üçün böyük əhəmiyyəti var. Hər birimizin həyatımızı, düşüncələrimizi, hisslərimizi, sevinclərimizi və məyusluqlarımızı paylaşa biləcəyi birinə ehtiyacı var. Dünyanın elə bir guşəsi yoxdur ki, orada dostsuz-yoldaşsız yaşamaq mümkün olsun.
Təbii ki, hamı ilə dost olmaq mümkün deyil. Bu baxımdan dost seçimində ilk öncə ağlımız, yəni həyata baxışımız dost olacağımız insanla uyğun olmalıdır. Bizi başa düşə bilən, hisslərimizi paylaşan, lazım olanda bizə dəstək olan, hər şeydən əvvəl bizi incitmədən səhvlərimizi söyləyən insanlarla dost olmalıyıq.
Bəlkə elə buna görədir ki, 2011-ci ildə Paraqvay Respublikasının təşəbbüsü ilə BMT-nin Baş Məclisi iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etdi. Qurumun üzvü olan ölkələrdə Dostluq Gününün qeyd olunmasının Baş Məclis tərəfindən tövsiyə edilməsi həm də xalqlar, ölkələr, mədəniyyətlər arasında sülh səylərini ruhlandırmaq və icmalar arasında körpülər qurmaq ideyasından irəli gəlirdi.
Yaxınlıq və oxşarlıq...
Dostluğun formalaşmasında ən vacib amillərdən biri yaxınlıqdır. İnsanlar bir-birinə fiziki cəhətdən yaxın olduqda, məsələn, eyni məhəllədə yaşayırlarsa, eyni məktəbdə oxuyur və ya eyni iş yerində işləyirlərsə, daha çox dostluq edirlər. Bundan əlavə, oxşarlıq da dostluğun inkişafında rol oynayır. Biz ümumi maraqları, dəyərləri və münasibətləri paylaşdığımız biri ilə dost olmağa meyl edirik.
Qarşılıqlılıq və güvən...
Qarşılıqlılıq dostluğun mühüm aspektidir. Balanslaşdırılmış duyğular, dəstək və lütf mübadiləsi dostlar arasındakı bağı gücləndirir. Dostluqda güvən də vacib ünsürdür. Çünki güvən əsl dostluğun mühüm göstəricilərindən sayılır.
Emosional dəstək və empatiya...
Dostluğun əsas funksiyalarından biri emosional dəstək verməkdir. Dostlar dinləmək, empatiya qurmaq və həyatdakı çətinliklərin öhdəsindən gəlməyə kömək etmək üçün yanımızdadırlar. Belə ki, başqalarının keçirdiyi hisləri başa düşmək və bölüşmək bacarığı güclü bir dostluq əlaqəsinin olduğunu sübüt edir.
Münaqişələrin həlli və ünsiyyət...
Dostlar münaqişələrdən və fikir ayrılıqlarından qorunmur. Onların baş vermiş münaqişələri necə həll etmələri və hislərini ifadə etmələri dostluq münasibətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Effektiv ünsiyyət, aktiv dinləmə və konfliktləri konstruktiv həll etmək bacarığı sağlam dostluq münasibətlərinin qorunması üçün vacibdir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

