Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Salyanda fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb

Salyanda fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb

04.04.2025 [12:19]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan şəhəri, Y.Qasımov küçəsində “Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Salyan 20” aptekində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı aptekin anbar sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, zəruri təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı obyektin rəhbəri Mehdiyev Mehdi Əsgər oğlu barəsində inzibati protokol tərtib olunub və anbar sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət tətbiq edilib.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30