Beşinci sosial paketin ikinci mərhələsinə start verildi
01.07.2025 [09:51]
İyulun 1-dən etibarən ölkəmizdə beşinci sosial paketin ikinci mərhələsinə start verilir. Prezident İlham Əliyevin cari il iyunun 12-də imzaladığı “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri orta hesabla 20-30 faiz artırılıb. Belə ki, növbəti sosial paket çərçivəsində əmək pensiyası hüququ olmayan birinci qrup əlilliyi olan şəxslərin aylıq müavinəti 270 manatdan 300 manata, ikinci qrup əlilliyi olanların müavinətləri 220 manatdan 250 manata, üçüncü qrup əlilliyi olan şəxslərin müavinətləri isə 150 manatdan 180 manata qaldırılıb. Ailə başçısını itirməyə görə müavinət 120 manatdan 140 manata çatdırılıb.
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır...
Sosial dövlət modelinin nümunəsi
Həmçinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına ödənilən müavinətin məbləği 140 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən müavinətin məbləği 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq və beşdən çox uşağı olan qadınlara hər uşaq üçün müavinət 140 manata, övladlığa götürülən uşağa görə isə müavinət 240 manata çatdırılıb.
Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə, müavinətlər 0-6 yaş arası uşaq üçün 500, 7-13 yaş arası uşaq üçün 600, 14-18 yaş arası uşaq üçünsə 650 manat məbləğində müəyyənləşib. Uşağın anadan olmasına görə, müavinətin məbləği 600, habelə dəfn üçün müavinətin məbləği 600 manat təsdiqlənib.
İyulun 1-dən təqaüdlərin məbləği də təxminən 25-30 faiz həddində artırılır. “Vətən Müharibəsi Qəhrəmanı”na verilən aylıq təqaüdün məbləği 2200, Milli Qəhrəmanlar üçün 2000, şəhid ailəsi üçün 700, həmçinin 20 Yanvar şəhidinin ailəsi üçün 700, Əfqanıstanda döyüşlərdə həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 700 manat məbləğində müəyyən olunub, Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən təqaüdlər isə birinci qrup üzrə 600, ikinci qrup üzrə 500, üçüncü qrup üzrə 400 manat təsdiqlənib.
Sonuncu artımlar 1,1 milyon vətəndaşı əhatə edəcək
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği isə 1700 manat müəyyən edilib. Fəxri adlara görə aylıq təqaüdün məbləği 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat həddində təsdiqlənib.
Beləliklə, təkcə iyulun 1-dən qüvvəyə minən beşinci paketin növbəti mərhələsi üzrə sonuncu artımlar 1,1 milyon vətəndaşı əhatə edəcək. Bu, Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən işlərin tərkib hissəsi kimi səciyyələndirilə bilər və vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsinə xidmət edən siyasətin nümunəsidir.
Ötən 6 ayda 1 milyondan çox insanın rifahı yaxşılaşıb
Qeyd edək ki, 2025-ci ilin yanvar ayından etibarən ölkəmizdə beşinci sosial islahat paketi çərçivəsində bir sıra sahələrdə sosial artımların icrasına start verilib. Dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamına uyğun olaraq, minimum aylıq əməkhaqqının məbləği 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılıb. Vahid tarif cədvəlinə (VTC) əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə (sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma və s) çalışan işçilərin əməkhaqları artırılıb. Habelə minimum pensiyanın məbləği 280 manatdan 320 manata çatdırılıb, əmək pensiyalarının artımı təmin olunub. Ehtiyac meyarının məbləğinin 2025-ci il yanvarın 1-dən 285 manata çatdırılması sayəsində ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı yardım məbləği də artırılıb.
Həmçinin dövlət başçısının “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamına əsasən, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı və Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Atatürk Mərkəzi, dövlət arxivləri və filialları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Aqrar İnnovasiya Mərkəzinin Aparatı, Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Dövlət Film Fondu, Quba şəhərində “Soyqırımı memorial kompleksi”, Milli Aerokosmik Agentliyinin Aparatı, Milli Kulinariya Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqların maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb. Nəticədə, ötən 6 ayda 1 milyondan artıq vətəndaşın sosial həyatında müsbət dinamika baş verib.
Dövlət büdcəsindən 1,4 milyard manat ayrılacaq
Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, Müdafiə Nazirliyinin və digər güc strukturlarının həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb. Eləcə də bir sıra dövlət orqanlarında xüsusi hərbi rütbəsi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə maaşlarında artımlar edilib.
Ümumilikdə, beşinci sosial paket 3 milyon vətəndaşımızı əhatə etməklə, pensiya, minimum əməkhaqqı, maaş, sosial müavinət və təqaüdlərin hər birinin artımlarını təmin etməyə xidmət edir. 2025-ci ildəki artımlar üçün dövlət büdcəsindən illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Bu sosial rifah proqramı ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini əks etdirməklə, dövlətin yürütdüyü siyasətin mərkəzində vətəndaş rifah prinsipinin dayandığını bir daha təsdiq edir.
Beləliklə, növbəti sosial islahat paketinin həyata keçirilməsi ölkədə əhalinin rifah halının və sosial təminatının və həyat şəraitinin daha da yüksəldilməsi istiqamətində əvvəlki illərdə aparılan sosial qayğı strategiyasının mühüm tərkib hissəsi hesab edilə bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14

