Hər kəsin əlindəki silah...
09.12.2025 [08:53]
Korrupsiyaya qarşı birləşmək vacibdir
Dünyanın istənilən ölkəsində korrupsiya yalnız qanunları deyil, həm də insanların dövlətə olan inamını zədələyən görünməz bir xəstəlik kimidir. Korrupsiya elə bir mərəzdir ki, təkcə büdcəyə deyil, ədalət hissinə zərbə vurur. Bu gün korrupsiyaya qarşı mübarizə təkcə hüquq-mühafizə orqanlarının işi deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir.
BMT-nin təşəbbüsü ilə dekabrın 9-da Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü qeyd edilir. 2003-cü il dekabrın 9-da Meksikanın Merida şəhərində keçirilən Yüksək Səviyyəli Siyasi Konfransda 2003-cü il noyabrın 1-də BMT Baş Məclisi tərəfindən qəbul edilmiş BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası imzalanmaq üçün açıq elan edilmişdi.
Bu sənədi imzalayan dövlətlər rüşvətləri, büdcə vəsaitlərinin oğurlanmasını və korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin təmizə çıxarılmasını cinayət elan etməyə borcludurlar. Konvensiyanın müddəalarından birinə görə, vəsaitlər korrupsiya nəticəsində hansı ölkədən daxil olmuşdursa, həmin ölkəyə qaytarılmalıdır. 2003-cü il Konvensiyası bu qəbildən ilk sənəddir. Konvensiya korrupsiyaya qurşanan strukturlar, milli rifaha ziyan vurulduğu ölkələr üçün xüsusilə əhəmiyyətlidir.
Bu gün dünyanın bir sıra ölkələrində korrupsiyaya qarşı beynəlxalq mübarizə gününə həsr edilmiş nümayişlər, görüşlər, konfranslar, seminarlar və digər tədbirlər keçirilir.
Qeyd edək ki, Azərbaycanda da “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun mövcuddur. Bu qanun dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında, qurumlarda qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.
Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda, onlar inzibati qaydada cərimə edilirlər. Cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə edilir. Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.
Bu gün korrupsiya ilə mübarizə təkcə dövlət qurumlarının işi deyil, bu, cəmiyyətin hər bir üzvünün üzərinə düşən vəzifədir. Çünki korrupsiya bir nəfərin şəxsi faydası naminə bütün cəmiyyətin hüquqlarını tapdalayır. Nəticədə, cəmiyyətdə haqsızlıq normaya çevrilir, bu da ən təhlükəli proseslərin başlanğıcıdır. Sağlam idarəetmə, ədalətli cəmiyyət və güclü dövlət üçün bu mübarizə davamlı olmalı, hər bir insan öz payına düşən məsuliyyəti dərk etməlidir. Unutmayaq ki, korrupsiyaya qarşı ən böyük silah dürüstlükdür və bu silah hər kəsin əlindədir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07

